Valideynlərin NƏZƏRİNƏ! Uşaqları evdə tək qoymayın – VİDEO

Valideynlərin NƏZƏRİNƏ! Uşaqları evdə tək qoymayın – VİDEOFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə, bağlı qapı arxasında və liftdə qalması barədə daxil olan məlumatların sayında artım müşahidə edilir.

ARB TV xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, təkcə bu ilin iyul və avqust aylarında qaynar xəttə daxil olan məlumata əsasən, qapı arxasında 42, liftdə isə 33 azyaşlı köməksiz vəziyyətdə qalıb. Onlardan 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

Valideynlər hər-hansı bir iş dalıyca mənzili tərk edirlər və bu zaman uşaqlarına qapını bağlayaraq onları təhlükəsiz mühitdə qoyduqlarını düşünürlər. Amma bu cür valideynlər, əslində, bilməlidirlər ki, həmin evdə balacaların həyatını təhlükəyə atacaq kifayət qədər amillər var. Təhlükəsi bir yana, bu cür xoşagəlməz hadisələr uşaqların psixoloji inkişafına da ciddi təsir edir.

Gülçin Mehdiyeva – FHN-nin Mətbuat Xidmətinin Rəhbəri: "Balaca uşaqların bağlı qapı arxasında qalması onların tək qalma problemi deyil, həm də nəzarətsiz qaldığı halda müxtəlif təhlükələrlə üzləşməsi məsələsidir. Belə ki, evlərdə kimyəvi maddələr, qaz, işıq, elektrik enerjisi, açıq pəncərə, eyvan və s. bu kimi şeylər uşaqların həyatını ciddi təhlükəyə atır. Buna görə də biz əhalini balacalara qarşı daha çox diqqətli olmağa çağırırıq. Və liftlərdən istifadə edərkən uşaqları tək qoymamağa çağırırıq".

Valideynlər isə iddia edirlər ki, övladlarını evdə tək qoyarkən onları təlimatlandırmağı da unutmurlar. Qapı və pəncərəni isə uşaqları evdən kənara çıxmasınlar deyə bağlamaq məcburiyyətində qalırlar.

Valideyn: "Çox nadir hallarda, çalışıram tək qoymayım. Evdə tək qaldığı vəziyyətlərdə təlimatlandırıram. Əlbəttə, təhlükəli cihazlardan, evin pəncərələri adətən dəmirlidir bizdə, onlar başa düşür ki, pəncərəyə yaxın durmaq olmaz".

Valideyn: "Uşaqlara evdə elektrik cihazlarına yaxın durmamağı, evdən çıxarkən elektrik əşyaları cərəyanlardan ayırmağı uşaqlara öyrədirik".

Azyaşlı: "Evdə qapı bağlı olanda qorxmuram, cizgi filminə, televizora baxıram".

Azyaşlı: "Evdə tək olanda qorxuram".

Psixoloqlar isə deyirlər ki, uşaqları evdə tək qoymaq olmaz. Çünki evdə tək qalan uşaqların təkcə həyatı üçün təhlükə yaranmır, eyni zamanda, bu, onların psixoloji inkişaflarına da mənfi təsir göstərir. Belə ki, evdə tək qalan azyaşlılarda çox vaxt güvən problemi, özünəqapanma hallarına rast gəlinir.

Vəfa Əkbər – Psixoloq: "Müstəqil addım ata bilmir, sərbəst ola bilmir, hər yerdə onun fikrini məşğul edəcək fikir - anam indi çıxıb gedə bilər və ya atam gedəcək. Belə olduğu tədqirdə uşaqlar istər bağçada, istər məktəbdə problem yaşayır. Onlarda zaman anlayışı məhdud olduğu üçün uşaqlar elə düşünür ki, bu sonsuzdur. Yəni valideyn birdəfəlik getdi. Qeyri-müəyyənlik hissi onlarda qorxu yaradır".

Psixoloqun fikrincə, ən qorxulu hal budur ki, gələcəkdə uşaqlarda müəyyən şəraitlərdə bu əlamətlər daha da çoxala bilər. Bu da balaca, dar, alçaq tavanlı, pəncərəsiz otaqlarda, liftlərdə, ictimai nəqliyyatda və digər sıxlıq olan yerlərdə özünü daha çox büruzə verə bilər. Elə buna görə də mütəxəssislər övladlarınızı evdə tək qoymamağı, evdən çıxarkən onları ya özünüzlə götürməyi, ya da etibar etdiyiniz birinə tapşırmağı məsləhət görürlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1205   Tarix: 12 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm

Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl

19:10 151
.

Tovuzda ana öldü, oğulla gəlin xəstəxanalıq oldu

Tovuzda bədbəxt hadisə baş verib. BİG.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb. Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysu

18:00 292
.

İranda yəhudi gənc edam ediləcək

İran müsəlmanı öldürməkdə günahlandırılan Kirmanşah şəhərindən olan 20 yaşlı yəhudi Ervin Karmani (Natanal) edam etməyə hazırlaşır. -ın xarici mediaya istinadən məlumatına görə, Ervin təxminən iki il əvvəl törədilən qətlə görə həbs edilib. İran müxalifəti mənbələrinin bildirdiyinə görə, edam mayın 20-n

17:10 192
.

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti evdə yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır

19:00 150
.

İlham Əliyev: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. "Report" xəbər verir ki, bu fikirləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

14:01 167
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19:50 105
.

Oğuzda qumbara və sursat aşkarlandı

Oğuzda qumbara və sursat aşkarlanıb. xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Bucaq kəndində kolluq ərazidən 2 ədəd əl qumbarası, 4 ədəd avtomat silahına məxsus daraq və 400 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır

21:20 64
.

Namibiyada şirlərə görə məktəblər bağlanıb

Namibiya hakimiyyəti ölkənin şimalındakı Şərqi Kavanqo bölgəsində dörd məktəbi müvəqqəti bağlamalı olub. Məlumata görə, təhsil müəssisələrinin yaxınlığında bir neçə şir ailəsi su içmək üçün Okavanqo çayına gəlib. Yırtıcıların yolu yerli məktəblilərin məktəbə getdikləri marşrutlardan keçir. Eyni zamand

14:00 248
.

TƏCİLİ! İran Prezidentini daşıyan helikopter qəzaya uğradı, Rəisinin vəziyyəti...

İran Prezidentini daşıyan helikİran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. "Report" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbayca

17:19 852