Vaqif Sadıqov: "Klublar Premyer Liqadakı oyunlara görə mükafat ödəyirlərsə, milliyə niyə verilməsin?"

Vaqif Sadıqov: "Klublar Premyer Liqadakı oyunlara görə mükafat ödəyirlərsə, milliyə niyə verilməsin?""Azərbaycan millisinin Uels və Xorvatiya yığmalarına qarşı sərgilədiyi futbol, oyun nizam-intizamı bizi qane etdi. Düzdür, Kardiffdə heç-heçə hesabını sonadək qoruya bilmədik, amma bunun da obyektiv və subyektiv səbəbləri var".

Bunu "Report"a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına məğlubiyyətini və Bakıda Xorvatiya ilə heç-heçə oynamasını şərh edərkən deyib.

60 yaşlı mütəxəssisin sözlərinə görə, Kardiffdəki oyunda baş hakim Farrucia Kann Trustinin səhvləri nəticəyə təsir edib: "İkinci qolda qapıçımız Səlahət Ağayevə qarşı aşkar qayda pozuntusu vardı. Bunu dəqiqliklə deyə bilərəm. Yan xətt hakimi həmin epizodda bayrağını qaldırsa da, referi ona məhəl qoymadı. Heyətdə bəzi itkilər olsa da, gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Bu, sevindirici haldır. Həm Uelslə, həm də onun davamı kimi Xorvatiya ilə qarşılaşmada millimiz tamamilə fərqli oyun sərgilədi. Kardiff şəhərindən Vətənə xalla olmasa da, ümidverici oyunla döndük. Bakıda isə güclü Xorvatiya komandasına qarşı xüsusən də 2-ci hissədə çox gözəl futbol nümayiş etdirməklə ilk xalımızı qazandıq. Ancaq mənim üçün xaldan önəmlisi gənc futbolçularımızın performanı və ortaya qoyduğumuz oyun oldu. Azarkeşlərimizi də qeyd etmək istərdim. İlk dəqiqələrdən sonadək komanda ilə birgə nəfəs aldılar. Xorvatiya ilə matçda baş məşqçimiz Nikola Yurçeviçin əvəzetmələri də böyük rol oynadı. İlk yarı ilə müqayisədə, fasilədən sonra tam fərqli oyun modelinə keçməklə üstünlüyü ələ aldılar. Biz sona qədər hücumda olan bir Azərbaycan millisi gördük. Həmçinin müdafiədə də çox etibarlı çıxış etdilər. Komandanın əhval-ruhiyyəsi çox yaxşıdır. Bu çıxışın davamını gözləyirik".

Vaqif Sadıqov: "Klublar Premyer Liqadakı oyunlara görə mükafat ödəyirlərsə, milliyə niyə verilməsin?"Sadıqov heyətdə yer alan gənclərin gələcəyə nikbin baxmağa əsas verdiyini vurğulayıb: "Əvvələr deyirdik ki, hansısa səbəblərdən heyətdə itkilər var. Ancaq son 2 matçda itkiləri əvəz edənlər işlərinin öhdəsindən çox yaxşı gəldilər. Qapıçı Emil Balayevdən tutmuş, Bəhlul Mustafazadə, Ramil Şeydayev, Mahir Emreli və digərləri çox inamlı oynadılar. Bu gənclər gələcəyə nikbin baxmağımıza əsas verir".

Azərbaycan millisinin sabiq baş məşqçisi olan Sadıqov Xorvatiya yığması ilə heç-heçəyə görə heyət üzvlərinə mükafat verilməsinə də toxunub: "Heç bir futbolçu millinin forması ilə oyunlara mükafat üçün çıxmır. Bunu həm şəxsi təcrübəmə, həm də hazırkı müşahidələrimə əsasən deyirəm. Heç bir oyunçu ölkəsinin əsas komandasında mükafat iddiası da qaldırmır. Ardıcıl 5 oyunda uduzub, 6-cı matçda xal qazanırıqsa, həvəsləndirici mükafat ola bilər. Bu, bütün dünyada normal qəbul olunmuş haldır və təbii qarşılanmalıdır. İstər milli komandalarda, istərsə də klublarda mükafat verirlər. Xorvatiya ilə bərabərliyə görə mükafatın verilib-verilməməsindən xəbərsizəm. Verilbsə, bu, normal haldır. Bizim də vaxtımızda həvəsləndirici mükafatlar vardı. Bunu da seçmə mərhələnin əvvəlində təyin edirdilər. Ancaq yenə deyirəm, bizim dönəmimizdə milliyə dəvət alanlar mükafat məsələsinə önəm vermirdilər. İndi də elədir. Milli komandanın formasını geyinən şəxs vətəni, xalqı, öz ailəsi üçün meydana çıxır. Belə məqamlarda mükafat fikirləşmirlər. Bu gün 8 komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında klublar nəticələrə görə mükafat verirlərsə, beynəlxalq miqyasda uğur əldə edən milli üzvlərinə niyə verilməsin? Bir daha təkrar edirəm, millidə oynayanlar mükafat fikirləşmirlər. Digər tərəfdən, bir futbolçunun milliyə düşməsi onun inkişafı üçün geniş imkanlar açır. İnkişaf olandan sonra pul onsuz da özü gəlir".

Qeyd edək ki, Uelsə səfərdə 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Xorvatiya ilə ev oyununda heç-heçəyə nail olub - 1:1.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 735   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 477
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 340
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 382
.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 478
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 300
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 372
.

İspaniya klubu ukraynalı futbolçuya görə cəzalana bilər

İspaniyanın "Jirona" klubu ukraynalı futbolçu Artyom Dobvikin transferinə görə cəzalandırıla bilər. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hüquqşünas Yevgeni Kuzmin futbolçunun transferinin Ukraynada vergidən yayınacaq şəkildə rəsmiləşdirildiyini bildirib

04.05.2024 142
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 581
.

"Fənərbağça" rəhbərliyindən meydanı tərk edən U19 komandasını sevindirəcək sürpriz

"Fənərbağça"da tarixi Superkubok etirazının əks-sədaları davam edir. Meydandan çıxmaq qərarının arxasında duran "sarı-lacivərd"lərin rəhbərliyi U19 komandasını mükafatlandırmaq qərarına gəlib. Bunun üçün rəhbərlik Şanlıurfaya yollanacaq. Superkuboku qazanan gənc futbolçulara mövsümdə

09.04.2024 517