Məktəblinin qida çantası necə hazırlanmalıdır? – VİDEO

Məktəblinin qida çantası necə hazırlanmalıdır? – VİDEOYeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Tədris prosesi, dərs yükü ilə yanaşı məktəblilərin qidası da önəmli məsələlərdən biridir.

ARB TV xəbər verir ki, qida çantaları daha çox 6-10 yaş qurupunda olan məktəblilər üçün hazırlanır, bu dövrü yaşayan uşaqlar inkişaf və böyümə çağında olduğundan bol vitaminli qidalarla bəslənməlidir.

Şagird: "Anam mənə məktəbdə yeməyə kökə, peraşki, qoğal qoyur. Atam bəzən sosiska çörək alır".

Valideyn: "Uşağa hərdən aladik edirəm. Buterbrod edirəm".

Şagird: "Hərdən evdə kolbasa olanda, çörəyin arasına kalbasa-çörək qoyur, su qoyur".

Valideyn: "Bulka alıram, sonra pirojnalar, kekslər hazırlayıb qoyuram".

Apardığımız sorğudan da bəllidir ki, valideynlər övladlarınının qida rasionunu təyin edərkən həm hazır, həm də evdə hazırlanan qidalara üstünlük verirlər. Ev üsulu qidalar daha çox asan hazırlana bilən, dərsarası yeyilməsi mümkün yeməklər olur. Lakin mütəxəssislər deyir ki, bunlarla yanaşı məktəblinin gündəlik qida rasionuna meyvə-tərəvəz qrupundan olan qidalar, ət və süd məhsulları da daxil edilməlidir.

Cavidan Quliyev – AQTİ-nin Aparıcı Mütəxəssisi: "Əsas nəzərə almaq lazımdır ki, gündəlik qida rasionumuzda ehtiyac duyduğumuz qida kamponentləri; zülallar, karbohidratlar, yağlar, vitaminlər, mineral duzlardır ki, məktəbli çantasında qoyulan qidalar bu kamponentləri əhatə etsin. Ev şəraitində bişirilən qidaların məktəbli çantasında olması tövsiyyə olunandır. Çünki, valideyinlər özləri də əmin olurlar ki, belə qidalar nə qədər qida dəyərinə malikdir və nə qədər keyfiyyətlidir".

Məktəblinin qida rasionuna mütləq daxil edilməli olanlardan biri də sudur. Lakin bu, qazlı, yaxud müxtəlif rəngləndirici maddələr qatılmış şirələr deyil, mineral sular və ya təbii meyvə şirələri olmalıdır. Sözügedən yaş aralığında uşaqların gündəlik su norması isə 1-1,5 litrdir.

Qidaların qablaşdırılması və lazımi çantanın seçilməsi də vacib məqamlardandı. Bir neçə ildir satışa məktəbli ləvazimatı kimi müxtəlif materialları olan qablar çıxarılıb. Əvvəllər bu tip qablar məişətdə qidaların saxlanması üçün istifadə olunsa da indi məktəbli çantasına rahat yerləşən və yeməklərin daşınmasına yardımçı olan bir vasitəyə çevrilib. Qiymətləri isə müxtəlifdir.

Həsən Həsənov – Satıcı: "Kalçuk 5 manatdır, bunlar mikrovalnovkaya gedəndir, keyfiyyəti başqadır. Baha olanlar 10 manatdan 15 manatadək dəyişir. Su qabları, şüşə də var, dəmir də. Daha çox uşaqlar dəmir götürürlər ki, salıb sındırmasınlar. Dəmirlər 10 manat, 14 manat, 18 manata. Şüşələr 6 manatdır".

Bəli, dövr dəyişdikcə, müasir vasitələr də hazırlanaraq, insanların istifadəsinə verilir. Dəyişməyən bir şey var - sağlamlıq, həmişə ən çox diqqət edilməli olan məsələlərdəndir. Böyümə çağında olan məktəblilərin sağlam qidalanması isə valideynlərin əlindədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459