AzTV-nin yoxsul kimi qələmə verdiyi Avropada əsl mənzərə necədir?

AzTV-nin yoxsul kimi qələmə verdiyi Avropada əsl mənzərə necədir?Avropalılar 400 adda məhsula aylıq gəlirinin cəmi 12%-ni xərcləyir
Avropa Birliyi ölkələrinə, xüsusilə də Almaniyaya qarşı kampaniyaya başlayan rəsmi mətbuat bu qurumda təmsil olunan ölkələrdə iqtisadi böhranın baş alıb getdiyini deyir. Dövlət televiziyası isə "Eurovision" yarışmasından sonra Avropadan Bakıya gələn turistlərin burada qalmaq arzusunda olduğunu dilə gətirməkdən belə çəkinmir. Hətta bu kimliyi bəlli olmayan bir neçə əcnəbini televiziya ekranına çıxararaq Avropadakı acınacaqlı iqtisadi durumdan söz açdırırlar. Bu günlərdə AzTV Avropa Birliyinin aparıcı ölkələri olan Almaniya, Böyük Britaniya, Italiya, Fransada yoxsulluq səviyyəsinin günü-gündən artdığını, Azərbaycanda isə əksinə, bu sahədə vəziyyətin yaxşılaşdığını deyib. Buna misal kimi isə adıçəkilən ölkələrdə yoxsulluq səviyyəsinin 17%, Azərbaycan isə 7% olduğu göstərilib. Qeyd edək ki, Azərbaycanda yoxsulluğun səviyyəsinin 7% olduğunu fikri yalnız rəsmi şəxslərə məxsusdur. Müstəqil iqtisadçıların hesablamaları bu göstəricinin xeyli yüksək olduğunu ortaya çıxarır. Üstəlik, bu gün Azərbaycanda yoxsulluğun ölçülməsinin hüquqi metodoloji bazası yox səviyyəsindədir. 2012-ci ilin büdcə paketində yaşayış minimumu 107 manat civarında təsdiqlənsədə, əslində bu göstərici xeyli artıqdır. Ekspertlər bunun bir neçə yüz manat olduğunu deyir. Ölkədə orta aylıq əmək haqqı isə üç yüz manatdan bir qədər artıq hesab edilsə də, əksər sahələrdə çalışanlar, xüsusilə də müəllim və həkimlər bundan xeyli az maaş alır. Uşaq pulu və təqaüdlərdən isə danışmağa dəyməz. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda adambaşına düşən ÜDM 10,2 min dollardır. Dövlət büdcəsinin 80%-i isə birbaşa neftin hesabına formalaşır. Əhali gəlirlərinin 60%-dən çoxunu ərzağın alınmasına sərf edir. Bütün bunlar barədə dəfələrlə söz açıdığımızdan yenidən qayıtmaq fikrindən uzağıq. Lakin rəsmi mətbuatın antiAvropa təbliğatına cavab olaraq Avropa Birliyi ölkələrində bu sahədə vəziyyətin necə olduğuna nəzər salmaq istərdik.

Amerikada hər yoxsulun mənzili və avtomobili var
Ilk növbədə onu qeyd edək ki, yoxsulluq nisbi anlayışdır. ABŞ və AB ölkələrində yoxsulluğu müəyyən edən kriteriyalar Azərbaycandan xeyli fərqlidir. Məsələn, ABŞ-da aylıq gəliri 1500 dollardan az olan adam yoxsul sayılır. Bu ölkədə əhalinin 14%-i yoxsul hesab edilir. Həmin kateqoriyaya aid edilən şəxslər dövlətdən pulsuz ərzaq və digər həyat üçün zəruri mallar almaqla yanaşı pulsuz kino, teatr, kafe, çamaşırxanalardan istifadə etmək imkanı da əldə edir. Bundan əlavə, ABŞ-da yoxsul hesab edilən şəxslərin, demək olar, hamısının şəxsi mənzili və avtomobili, həmçinin mobil telefonu, kompüteri və internetə çıxışı var. Yoxsulların hamısı tibbi sığortaya sahibdir. Yoxsul ailələrin hamısının övladları dövlətin hesabına təhsil alır və pulsuz yeməklə təmin edilir. Dövlətin hesabına kitabxanalardan istifadə, muzeylərə getmək hüququna sahibdir. Bunlardan əlavə, yoxsul hesab edilənlər dövlətdən maddi yardım da alır. Üstəlik, onlar üçün pulsuz kurslar təşkil edilir və gələcəkdə işlə təmin olunmasına yardım göstərilir. Bu ölkədə ərzaq və digər zəruri xərclərə aylıq gəlirin cəmi 12%-i sərf olunur. Istehlak səbətinə isə 300 adda məhsul və xidmət daxildir.

Avropa ölkələrindən Fransada bu göstərici 250, Böyük Britaniyada 350, Almaniyada isə 475-dir. Bütün bunlara isə əhali aylıq gəlirlərinin cəmi 12-14%-ni xərcləyir.

Avropada 2 min avrodan az maaş alan yoxsul sayılır
Avropa Birliyinə üzv olan 27 ölkədə ümumi əhalinin 17% yoxsul hesab edilir. Bunların böyük əksəriyyəti keçmiş sosialist ölkələrində yaşayır. Birliyin aparıcı ölkələri olan Almaniya, Fransa, Böyük Britaniyada bu göstərici 13%-dən artıq deyil. Avropa Birliyi ölkələrində minimum əmək haqqı 2-3 min avro təşkil edir. Aylıq gəliri bu məbləğin 60%-i təşkil edən şəxslər yoxsul hesab olunur. Məsələn, Lüksemburqda illik gəliri 19 min avrodan, Danimarka, Böyük Britaniya, Isveç, Almaniyada 14 min avrodan az olan şəxslər yoxsuldur. Avropada yoxsulluq eyni zamanda maddi rifah səviyyəsi ilə ölçülür. Əgər vətəndaşın gündə heç olmasa bir dəfə ət yemək imkanı yoxdursa, şəxsi mənzili, avtomobili, mənzilində məişət texnikasından zəruri avadanlıqlardan heç olmasa biri (paltaryuyan maşın, televizor, soyuducu, kondensioner, telefon, kompüter və s.) yoxdursa, evindən kənarda, əsasən ölkə xaricində ən azı bir həftəlik istirahət etmək imkanına, gözlənilməz xərclər üçün bank hesabına sahib deyilsə, bu şəxs yoxsul sayılır.

Yoxsul almaniyalının mənzili 90 kv metrdən az ola bilməz
Yoxsul avropalılar dövlətdən yardım alır. Məsələn, Almaniyada iki uşaqlı yoxsul ailə (bunlar əsasən işsizlərdi) dövlətdən aylıq təxminən 1500 avro, üstəlik, sahəsi 90 kv metrdən az olmayan mənzil alır. Bundan əlavə, bütün kommunal xərclərdən azad edilir, uşaqlar təhsil aldığı müəssisədə pulsuz xidmətlərdən istifadə etmək imkanı əldə edir. Qeyd edək ki, bu ölkədə minimum əmək haqqı təxminən 3 min avrodur. Almaniyada işləyib-işləməməsindən asılı olmayaraq yoxsul hesab edilən bütün vətəndaşlar sosial yardım alır. Böyük Britaniyada da vəziyyət eynidir. Bu ölkədə də minimum əmək haqqı 3 min avrodur. Italiya və Ispaniyada bu göstərici 2500 avro, Hollandiyada isə 7 min avrodan çoxdur. Avropalı kasıbların nəinki məişət texnikası və avtomobil almaq, hətta bank hesabı açdırmaq, təhsil almaq, tibbi xidmətlərdən istifadə etmək, sığorta almaq imkanı da var.

Avropa Birliyi ölkələrində miqrantlar da sosial yardımlardan yararlanmaq imkanına sahibdir.

Bu "yoxsul" Avropa, bu da biz!
Qısaca Avropa ölkələrinin ÜDM-nə də nəzər salmaq yerinə düşər. AzTV-nin kasıb ölkə kimi qələm verdiyi Almaniyada ümumdaxili məhsul 3,6 trln dollardır. Adambaşına düşən ÜDM isə 38 min avrodur. Böyük Britaniyada bu göstərici müvafiq olaraq 2,1 trln dollar və 35 min dollardır. Fransada bu göstərici 2,2 trln dollar, adambaşına düşən ÜDM isə 24 min dollardır. Siyahını uzatmaq da olar. Yeri gəlmişkən, Azərbaycanda isə bu göstərici 40 mlrd dollardır. Bu, AzTV-nin yoxsul kimi qələmə vermək istədiyi ölkələrdəki mənzərənin qısaca təsviridir. Bu Avropa, bu da "uğurla inkişaf edən Azərbaycan". Göründüyü kimi, Avropada, xüsusilə də AB-nin aparıcı ölkələri olan Almaniya, Fransa, Böyük Britaniyada yoxsul hesab edilən şəxslərin həyat səviyyəsi Azərbaycanda nəinki yoxsullarla, heç orta təbəqə ilə də müqayisə oluna bilməz. Bunu rəsmi mətbuatda Avropanın "dərdini çəkənlər" də bilməmiş deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6979   Tarix: 07 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245