"Gəlinlər teleseriallara baxıb evdən qaçırlar" - Azərbaycanlı sosioloqdan ŞOK SÖZLƏR
Xəbər verdiyimiz kimi son günlərin ən aktual problemlərindən biri də məhz "gəlinlər"-in evdən çıxaraq bir daha geri qayıtmamasıdır. Bəzən qadınlar deyil övladları ilə birgə evi tərk edirlər. Təəssüf ki, son dövrlər qadınların evdən qaçma halları çoxalıb. Bəs günbəgün belə hadisələrin yaşanmasına səbəb nələrdir? Gəlinlər niyə "itkin" düşür?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, bu tendensiyanın artmasına səbəb köhnə nəslin gənclərə təzyiq etməsi, onları erkən və məcburi nikaha cəlb etməsi ilə əlaqəlidir. "Hər hansı bir yaşa gəlib çatırsansa mütləq evlənməlisən. Mən sənin ailə qurduğunu görməliyəm kimi basqılar həmin ailədə dəyər sisteminin, hörmətin, sevginin, qayğının olmamasına gətirib çıxarır. Bu basqılar artıq o dərəcəyə gətirib çıxarır ki, ailədə mənəvi və psixoloji problemlər yaranır.
Vəfa Əkbər qeyd edib ki, hətta psixoloji zorakılıq o həddə çatır ki, qadın bilmir ki, kimə müraciət etsin: "Ailəsinə müraciət edə bilməz. Çünki, valideynlər onu özü zorla verib. Sevib ailə qurubsa o zaman düşünür ki, artıq geri qayıda bilməz".
Psixoloq vurğulayıb ki, gənc qadının ailədə problemi olursa ilk olaraq çıxış yolunu özünü və övladını götürüb qaçmaqda görür: "Heç bir qadın ailəsini səbəbsiz yerə dağıtmaq istəməz. Səbəbsiz evdən qaçan qadın olmur. Artıq problemə dözə bilməyən, yox olmaq, buxarlanmaq istəyən qadınlar olur. Kim deyirsə həyat yoldaşım evdən qaçıb, problem müraciət edənin özündədir. Qadınlar bu addımı özlərinə və ətrafına güvəni olmadığı üçün atırlar".
Sosioloq Əhməd Qəşəmoglu söyləyib ki, bu gün problem gənclərin ailə barədə aydin təsəvvürünün olmamasından qaynaqlanır: "Evdəki münasibətlər dayanıqlı deyil. Bu gün qurulan yüz ailədən 25-27-si dağılır. Azərbaycanda 20 faiz ailəni normal qəbul etmək olar. Digərlərin də isə gərginlik var. Məhz bu gərginliyin nəticəsində evdən qaçma halları baş verir. Evdən qaçan gəlinlərlə bərabər özünü öldürmək istəyən kişilər də çoxdur. Kişilərin vəhşi obrazını yaratmayaq. Problem ailənin gərginliyindədir".
Əhməd Qəşəmoglu həmçinin istənilən insanın sosial davranışına 4 faktorun çox mühüm təsir etdiyini də deyib. "İnsanın daxili mənəvi potensialı, yaşadığı mühit, aldığı informasiya , üstünlük verdiyi dəyərlər onu formalaşdırır. Bu dəyərlərdən birini əksikliyi problemin yaranmasına gətirib çıxarır. Mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyir. Bu gün mənəvi dəyərlər arxa plana keçir. İnformasiyanın məzmunu bərbad haldadır. İndi gənclər informasiyanı sosial şəbəkələrdən, teleseriallardan əldə edirlər. Qadınlar da məhz dözümsüzlüklərini bu informasiyalardan alır. Görürlər ki, başqaları qaçıb canını qurtarıb, o da bu yolu seçir. Bu da mənəvi aşınmaya səbəb olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 973 Tarix: 27 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 143 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
15:03 210 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
15:55 122 Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)
Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"
17.12.2025 402 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 166 "Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 305 Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir
"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk
15:19 148 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 158 Ölkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
10:35 208