Mehriban Əliyevanın doğum günüdür - FOTOLAR

Mehriban Əliyevanın doğum günüdür - FOTOLARBu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ömrünün 55-ci baharına qədəm qoyur.

BiG.AZ xəbər verir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.

1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan – İrs" jurnalını təsis edib.

O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidentidir.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12 faiz (23 106 səs) səs toplayaraq deputat seçilib.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49 faiz (31 797 səs) səs toplayaraq deputat seçilib.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və Mehriban Əliyeva komitənin sədri təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7 faiz (38 029 səs) səs toplayaraq deputat seçilib.

2016-cı ilin iyununda Mehriban Əliyeva Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

O, 24 iyun 2019-cu ildə ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.
Bizdə BiG.AZ və BiG group ailəsi olaraq Mehriban xanımı ürəkdən təbrik edirik ona uzun ömür can sağlığı arzu edirik!

Mehriban Əliyevanın doğum günüdür - FOTOLARMehriban Əliyevanın doğum günüdür - FOTOLARMehriban Əliyevanın doğum günüdür - FOTOLARMehriban Əliyevanın doğum günüdür - FOTOLARMehriban Əliyevanın doğum günüdür - FOTOLARMehriban Əliyevanın doğum günüdür - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3203   Tarix: 26 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib

Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd

16:31 110
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16:19 169
.

Petteri Orpo: Avropa üçün alternativ yoxdur

Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq

12:00 170
.

Rüşvət verib "sertifikatlar" alan plastik cərrahlar - Üzərində "ölüm işi" olan da var

Xəbər verdiyimiz kimi, rüşvət müqabilində plastik cərrahiyəyə icazə verilməsi işi üzrə məhkəmə istintaqına start verilib. Qanunsuz tibbi fəaliyyətə şərait yaratmaqda ittiham olunan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin keçmiş müdiri Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyü

14:35 288
.

Təranə Səmədova amnistiyaya düşəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Amnistiya aktının qəbul ediləcəyi təqdirdə, cəzaya məhkum edilmiş bir sıra şəxslərin azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi mümkün olacaq. Bu kontekstdə tanınmış prodüser Təran

22:00 0
.

Hansı növ sevgi üçün nəzərdə tutulmusunuz? - Doğum tarixinizə əsasən sirri açın

Bəzən insan həqiqi sevgini nə vaxt tapdığını anlamaqda çətinlik çəkir. Çox vaxt karmik partnyoru doğma ruhla qarışdırırıq və ya hər şeyin demək olar ki, düzgün olduğunu hiss edirik, amma nəsə çatmır. Özünüzü tənqid etmək əvəzinə numerologiyaya müraciət edərək sizə hansı sevgi növünün qismət olduğun

21:45 0
.

Xirosima qurbanının kimliyi 80 il sonra müəyyənləşdi

Yaponiyalı alimlər Xirosimaya atılan atom bombası nəticəsində həyatını itirmiş bir uşağın kimliyini ilk dəfə DNT analizi vasitəsilə dəqiqləşdiriblər. Qaynarinfo xəbər verir ki, söhbət 1945-ci il hücumundan sonra itkin düşmüş kimi qeydə alınan 13 yaşlı Hatsue Kajiyamadan gedir. Xirosima Bələdiyyəsini

22:30 1
.

İllərdir qəbul olunan, lakin işləməyən qanunlar... - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Qanunvericilikdə elə qanunlar varki, illərdir qəbul olunsada kağız üzərindədir. Yəni faktiki olaraq işləmir. Məsələn, qanunvericilikdə illərdir qəbul olunan qanuna görə, küçəyə zibil atamağa görə vətəndaş cərimələnməlidir. Ancaq illərdir qanun qəbul olunsada, faktiki olaraq işləmir. Yəni bu gün küçəy

12:13 231
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

17:54 0
.

TOP MP3