"Hacı Əliyevi çox bəyənirəm, Paskal Numadan mesaj almışam" - Afaq Aslanla idman söhbəti

"Hacı Əliyevi çox bəyənirəm, Paskal Numadan mesaj almışam" - Afaq Aslanla idman söhbətiMüğənni Afaq Aslan müsahibəsində şou-biznesdən yox, bu dəfə idmandan danışıb.

Məşhur portuqaliyalı Ronaldonun bəyənmədiyini bildirən müğənni "Beşiktaş"ın sabiq futbolçusu Paskal Numadan mesaj aldığını bildirib.

- Uzun illər fitnesslə məşğul olmuşam, peşəkar səviyyədə. İdmanı sevirəm, xüsusən fitness mənə həyat tərzi kimi gəlir. Sadəcə, son 2 ildə səhhətimdə yaşadığım problemdən dolayı idmana ara vermişdim. Artıq yaxın zamanlarda yenidən məşğul olmağa başlayacam.

- Hansı idman növlərini izləyirsiz, hansıları sevirsiz?

- Voleybol, basketbol, bir də qaydasız döyüşü çox sevirəm, izləyirəm. Mənə ən maraqsız gələni isə futboldur. Heç vaxt futbol azarkeşi olmamışam, oturub nə vaxtsa futbola baxmamışam.

- İzlədiyiniz idman növlərində azarkeşi olduğunuz komanda-idmançı var, yoxsa, sadəcə, tamaşaçı kimi sevirsiz?

- Var, əlbəttə.

- Kimlərdi?

- Misal üçün, 2 ermənini məğlub edərək Avropa oyunlarının qalibi olmuş Hacı Əliyevi çox bəyənirəm, əla güləşir. Xaricilərdən isə Həbib Nurməhəmmədovun döyüş üslubu çox xoşuma gəlir.

- Hacı Əliyevlə şəxsən münasibətiniz var?

- Əlbəttə, şəxsən tanışıq, çox yaxın dostumdu və ən çox hörmət bəslədiyim insanlardan biridir. Amma əgər şəxsi münasibət mənasında nəzərdə tutursuzsa, düzünü deyəcəm, idmançılar heç vaxt mənim diqqətimi çəkməyiblər. Zaman-zaman oyunlarını bəyəndiyim, izlədiyim idmançılar olub, amma şəxsi müstəvidə mənə maraqlı gəlmirlər.

- Afaq xanım, siz Azərbaycanda şou-biznes aləmində gündəmdən düşməyən şəxslərdənsiz. Ola bilməz ki, azərbaycanlı və ya xarici idmançılardan sevgi mesajı almayasız.

- Nə danışırsız, çox-çox məşhur idmançılardan sevgi-etiraf mesajları almışam. Hətta dünyaca tanınmış futbolçu da mənə sevgisini bildirib. Amma bayaq dediyim kimi, heç bir vaxt arzulamamışam ki, idmançı sevgilim olsun.

- Sizə sevgi mesajı yazan idmançıların-futbolçunun kimliyi maraqlıdır...

- Ad çəkmək istəmirəm. Çünki həmin insanların içərisində hazırda evli olanı, həyatında başqa qadın olanları var.

- Onda xarici futbolçunun adını deyin. Çünki onlarda belə problem olmur.

- Bilirsiz, cazibədar xanımam, heç kim yan keçmək istəmir. Hər kəs öz aləmində məni ələ keçirməyə çalışır, sevgisini etiraf edir ki, bəlkə ox hədəfə dəydi (gülür). Amma başa düşmürlər ki, hər atılan ox hədəfə çatmaz. Ona görə aldığım sevgi mesajları çoxluq təşkil edir.

- Təbii ki, gözəlliyiniz, cazibəniz və bədən quruluşunuz hamının diqqətini çəkir. Amma konkret ad çəkmədiz. Şou-biznesdə hansı xanımı dindirsək, idmançılardan mesaj aldığını deyəcək. Ad çəksəz, oxucularımız üçün də maraqlı olar.

- Bir zamanlar "Beşiktaş"da oynamış Paskal Numa.

- Onunla münasibətiniz olub?

- Xeyr, heç vaxt. Sadəcə, bir neçə dəfə tədbirlərdə qarşılaşmışıq, bir yerə düşmüşük, birlikdə şəkil çəkdirmişik, vəssalam. Mətbuat da bir ara sevgili olduğumuzu yazmışdı. Ancaq az əvvəl dedim, nə vaxtsa idmançı ilə sevgili olmağı arzulamamışam.

- Maraqlıdı, idmançılar da adətən diqqətçəkən bədən quruluşuna sahib olurlar. Nə əcəb hansısa idmançı xoşunuza gəlməyib?

- Orası elədi. Amma mənim də münasibət qurduğum, aşiq olduğum insanlar heç də zəif bədən quruluşlu olmayıblar (gülür). Sırf idmançılar çox da diqqətimi çəkmir. Çox adamdan sevgi etirafı alsam da, elə bir qadınam ki, kişi mənim diqqətimi yalnız ağlı-zəkası, yüksək mədəniyyəti, alicənablığı və diqqətcil olması ilə özünə çəkə bilər.

- Azərbaycanlı futbolçulardan tanıdığınız, hansısa tədbirdə rastlaşdığınız, dost olduğunuz var?

- Var, Kamran Ağayev.

- Kamranla necə, harada tanış olmusuz?

- Şəxsi münasibətimiz yoxdur. Onunla tədbirlərdə, toy şənliklərində tez-tez rastlaşırıq. Bilirəm ki, Kamran Ağayev xanımlar tərəfindən çox sevilən bir futbolçudu.

- Bəs siz?

- Mənim diqqətimi Uill Smit (aktyor-kinorejissor), məşhur beysbolçu, Cennifer Lopesin sevgilisi Aleks Rodirges kimi kişilər çəkir. Xarizmatik, kişi tipi. Həmişə istəmişəm ki, Smit kimi sevgilim və həyat yoldaşım olsun.

- Kriştiano Ronaldonu tanıyırsız?

- Tanıyıram, amma mənim zövqümə deyil. (sportinfo.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1574   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 410
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 359
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

00:29 1037
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

19:00 288
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 386
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 1005
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1883
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

14:00 456
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

14:30 547