"Hər şeydən bezib yorulmuşdum" - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı

"Hər şeydən bezib yorulmuşdum" - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramıBakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BiG.AZ-ın virtualaz.org-a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Günel Hüseynova barəsində 3 il həbs cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Xatırladaq ki, hadisə bu il fevralın 20-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Gecə saat 1 radələrində içkili vəziyyətdə evdə dava salan, ailə üzvlərini söyüb təhqir edən 49 yaşlı İlham Hüseynov qızı tərəfindən susdurulub. Belə ki, sərxoş atanın hərəkətlərindən bezən gənc qız ona üç bıçaq zərbəsi endirib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, ailə başçısı İlham Hüseynov heç yerdə işləməyib, spirtli içki aludəçisi olub, səbəbsiz yerə ailədə dava-dalaş salıb. Ailə ağır maddi vəziyyətdə olduğundan Günel orta məktəbi bitirdikdən sonra işləmək məcburiyyətində qalıb. Evə qazanc gətirən yeganə şəxs Günel olub. İmkansızlıq ucbatından hətta qaz pulunu ödəyə bilməyiblər və evə gələn qaz xətti kəsilib. Uzun müddət yeməyi, çayı həyətdə odun sobasında hazırlayıblar.

Ailə başçısı isə hər gün hansısa yolla əldə etdiyi içkiləri qəbul edib, evdə dava-dalaş yaradıb, həyat yoldaşını, qızını aşağılayıb, döyüb. Güneli dəfələrlə evdən qovub. Atasi tərəfindən qovulan Günel ya məscidə, ya da xalasıgilə sığınıb. Buna baxmayaraq heç vaxt ailə üzvləri onun barəsində polisə şikayət etməyiblər. Növbəti dəfə sərxoş atanın evdəkiləri təhqir etməsi, həyat yoldaşını döyməsi, evi yandıracağı ilə hədələməsi sonda Güneliin bıçağa əl atmasına səbəb olub.

"Hər şeydən bezib yorulmuşdum. Qeyri-ixtiyari anamla əlbəyaxa olan atama bıçaqla zərbə endirdim. Hadisə ani baş verdi. Atamın kürəyində qan görən kimi bıçağı yerə atıb ağladım. Hadisədən sonra atamla barışmışam. Törətdiyim əmələ görə çox peşmanam. Atamı öldürmək niyyətim olmayıb. Hal-hazırda atamla yenə də bir evdə yaşayırıq. Atam daha içki içmir, dava salmır, mehriban dolanırıq"- G.Hüseynova məhkəməyə verdiyi ifadəsində belə deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1396   Tarix: 25 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

29.04.2024 426
.

Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?

Azərbaycanda kişi həyat yoldaşını telefonun gizli şifrəsini ona vermədiyi üçün döyüb. Qaynarinfo xəbər verir ki, hadisə bu il fevral ayında Abşeron rayonunda baş verib. İşlə bağlı məhkəmə prosesində kişi məsuliyyətdən azad edilib. Bəs, qadının telefonun şifrəsini həyat yoldaşı bilməlidirmir? . "Təmi

29.04.2024 341
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

29.04.2024 188
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 0
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 188
.

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisd

29.04.2024 338
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

29.04.2024 322
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

29.04.2024 394
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

29.04.2024 173