Adnan Oktar türmədə də "dinc dayanmır" - Şantaj, təhdid, təhrik...

Adnan Oktar türmədə də "dinc dayanmır" - Şantaj, təhdid, təhrik...Adnan Oktarın başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı hazırlanan ittihamnamədə qalmaqallı həqiqət üzə çıxıb. A.Oktar türmədə də "rahat" oturmayıb və qanunsuzluqlarını davam etdirib. İttihamnamədə qeyd olunub ki, A.Oktar təşkilatın vəkilləri vasitəsilə həbsdə olan üzvlərə kağız yazaraq göndərib. Bundan başqa, türmədə etirafçı olmağa hazırlaşan təşkilat üzvlərinə də təzyiq göstərib və təhdid edib.

Türkiyənin "Sabah" qəzetinin xəbərinə görə, ittiham aktında yer alan ifadəsində etirafçı B.K. bildirib ki, türmədə olan təşkilat üzvlərindən kimsə etirafçı olmağa hazırlaşırdısa, bu barədə etirafçı olmayanlar xəbər tutan kimi təşkilatın vəkilinə xəbər edir və sonuncu da həmin şəxsə qarşı təhdid və təzyiq kampaniyasına başlayırdı.

'ETİRAFÇI OLACAĞIMI ANLADI, OKTARIN VƏKİLİNİ ÇAĞIRDI"

İttiham aktında yer alan ifadəsində etirafçı B.K. bildirib ki, dörd aydan sonra etirafçı olmaq istəyib və bunu həftədə bir dəfə icazə verilən telefon danışığında anasına çətin şərtlər altında deyib: "Türmədə telefonla danışmaq sadəcə cümə günləri mümkün olurdu. Bütün təşkilat üzvləri də yan-yana telefonla danışırdıq. Mən anama zəng edəndə ona "mənə təcili vəkil göndər" dedim. Anam bu dediyimi anlamadı. İki əlimi birləşdirib ağzıma doğru apardım. Təşkilat üzvlərinin başa düşməyəcəyi bir şəkildə deməyə çalışarkən bu hərəkətimdən təşkilatın üzvü Pınar Sezgin bunu başa düşüb. Eyni kamerada qalan Selda Göktan ilə təşkilat tərəfindən tutulan və hamımıza ortaq gələn Aslı adındakı vəkilə Ayşə T. adlı vəkilin təcili olaraq türməyə gəlməsini deyirlər" dedi.

"SƏNİN VƏKİLİNLƏ GÖRÜŞMƏK İSTƏYİRƏM"

Etirafçı olmaq istəyən bir digər təşkilat şübhəlisinin ailəsi tərəfindən hər həftə qızlarının yanına göndərildiyini danışan B.K. sonradan etirafçı olan Ç.T.'yə "Sənin vəkilinlə görüşmək istəyirəm" dediyini, onun vəkili ilə görüşəndən sonra etirafçılıq və məhkəmə haqqındakı bütün məlumatları öyrəndiyini dedi.

B.K. etirafçı olma müddətində təşkilatın üzvü olan bir etirafçı ilə aralarında gedən dialoq barədə bunları deyib: "Ç.-yə bildirdim ki, burdan çıxandan sonra Adnan Oktarın yanında davam etmək istəmirəm. Bu səbəbdən də etirafçı olacam. Ç. T.-yə daha öncə də təşkilatdan qaçmaq istədiyimi demişdim. Ç. T. də mənim kimi təşkilatda psixoloji qorxu və travma yaşamasından ötrü etirafçı olmaqdan çəkinir və qorxurdu. Mən onunla bu mövzu barədə uzun-uzun danışandan sonra Ç. razılaşdı. İkimiz vəkil Hüseyn Küçüklə danışdıq. Biz Ç. Ilə bərabər kamerada bildiklərimizi prokurorluğa ayrı-ayrı ərizələr şəklində yazıb göndərdik".

''GÖRÜŞMƏ OTAĞINDA TƏŞKİLATIN VƏKİLİ BİR QEYD YAZARAQ TƏLİMAT VERDİ"

Digər etirafçı G.K. isə türməyə gələn təşkilat vəkillərinin türmədəki görüş otağında Adnan Oktarın kağıza yazdığı qeydləri onlara çatdırdığını və bu qeydlərlə təşkilat üzvlərinin təlimat aldıqlarını bildirib. Məhbuslarla görüşə gələn təşkilat vəkilləri bu qeydləri sənədlərin arasına qoyaraq, türməyə giriblər.

Ən maraqlısı da odur ki, A.Oktarın yazdığı məktublar "Xalam dedi ki..." başlığı ilə yazıldığından bu kod onların deşifrə olmamalarına səbəb idi. Həmin qeyddə isə aşağıdakılar yazılmışdı: "Vəkil Calal Ü. kimi etirafçı olmalarını istəyən vəkillərlə görüşməyin. Bu dosyanın içi boşdur, hər kəs bir neçə ay yatıb çıxacaq. Onsuz da əfv fərmanı məsələsi gündəmdədir. Səbirli olun, bir-birinizə mütləq məktub yazın. Etirafçılar da iftiraçıdırlar, məhkəmənin sonunda onsuz da günahkar vəziyyətə düşəcəklər. Kameralarda kamera təmizliyi kimi işlərə girişməyin. Yemək-içməyimizə fikir verin, bol-bol zeytun yağlı, tərəvəz və meyvə yeyin".

OKTAR TƏLİMAT VERDİ, SAXTA EVLİLƏR DANIŞDI

Türmədəki təşkilat mənsublarına evliliklərinin saxta olmadığını göstərmək üçün Adnan Oktardan təlimat gəldiyi, bundan sonra "həyat yoldaşları" ilə telefonla danışmağa başladıqları da etirafçı B.K.-nın açıqlamalarında yer alıb. "Təşkilatı bu şəkildə təmizə çıxararaq, sanki burda saxta evliliklər yoxmuş kimi göstərilməyə çalışıldı".

"NƏ SORUŞURLARSA, SORUŞSUNLAR, "BİLMİRƏM" DEYİN"

Mütəşəkkil cinayətkar dəstənin işi üzrə iddianamədə ifadəsi yer alan Ç.Ç. bildirib ki, əməliyyatdan əvvəl təşkilatın rəhbərlərindən olan Didem Ürer ona deyib: "Nə soruşsalar, "bilmirəm" de". Əməliyyatdan sonra saxlanan Ç.Ç. başqa təşkilat mənsublarının da göz altına alındığını, onların gəlməsilə paralel nələr yaşandığını və necə təzyiq gördüyünü danışıb: "Bizdən 15-20 dəqiqə sonra Gülgün Göktan, Merve Büyükbayrak, Yeliz Sucu, Aslı Efeoğlu, Didem Rahvancı, Banu Şener, Pınar Sezgin gəldilər. Bunlardan sonra da Hüma Babuna, Ceyda Ertüzün və Duygu Altınok gəldi. Bu müddətdə Gülgün və Mervə mənə daim verilə biləcək suallar barədə düşünərək (evlilik, Bora ilə tanışlığım, Kartal Göktan haqqında verilə biləcək suallara) necə cavab verməli olduğumu dedilər. Məsələn, Gülgün mənə deyirdi ki, "Bora ilə 18 yaşında tanış olduğunu, evliliyinin isə çox xoşbəxt və rahat keçdiyini söylə, ailəni daim pislə, Adnan Oktarın məsum olduğu ilə bağlı danış". Eyni zamanda "Onsuz da biz bir həftə sonra burdan çıxacağıq" deyərək üstü qapalı təhdidlər də edirdi".

İSTİNTAQ ÖNCƏ KAMERADAKI İMTAHAN

Göz altında olanda şübhəlilərin ifadələri alınandan sonra nəzarətxanaya qayıdan şübhəli Gülgün Göktan ona ünvanlanan sualları ordakı şübhəlilərə çatdırır və eyni sual onlara yönləndirilərsə, ona necə cavab verməli olduqlarını deyirdi: "Bizə deyirdi ki, orda hər kəs bizə "Adnan Oktar təşkilatı, qruplaşması' deyir. Amma siz bunu inkar edin və dost qrupu olduğumuzu deyin. FETÖ ilə bağlı hər hansı sual veriləndə də yenə bilmədiyinizi deyin. Üstəlik, əlavə edin ki, Adnan Oktar FETÖ-yə qarşı idi. İmam bacı ifadəsini soruşanda isə cavab verin ki, belə bir ifadə ümumiyyətlə, yoxdur və onu ilk dəfə eşitmisiz. Adnan Oktarın bizi heç bir zaman məhdudlaşdırmadığını, qadınlara qarşı əsla şiddət tətbiq etmədiyini deyin. Ayrıca mənə dedi ki, bacı-qardaşlarınla bağlı sualları da inkar et. Peşmanlıq maddəsindən faydalanmaq istədiyinizi soruşanda isə "istəmirik" cavabını verin" deyə təlimatlar verilirdi".

"AİLƏNLƏ GÖRÜŞMƏYƏCƏKSƏN!"

Həbs olunandan sonra türməyə Adnan Oktarın vəkili Ayşə T.-nin onun yanına gəldiyini deyən etirafçı Ç.Ç. onunla danışdıqlarından bəhs edib: "Ayşe T. məndən ailəmlə görüşüb-görüşmədiyimi soruşdu. Mən də görüşdüyümü dedim. Daha sonra mənə "Nə gözəl, görüşərsən" dedi. Amma əlindəki kağıza "Bir daha əsla görüşməyəcəksən" deyə yazaraq bu kağızı mənə göstərdi. Adnan Oktarın bir il sonra çıxacağını, Silivridə özünə ev hazırlatdırdığını bildirdi".

"ÇILPAQ ŞƏKİLLƏRİM VARDI, ETİRAFÇI OLMAQDAN QORXDUM"

İfadəsində bu təzyiqlərdən çox qorxduğunu deyən etirafçı Ç.Ç. Oktarın vəkili Ayşe T.-nin dediklərini eşidəndə A.Oktarın həqiqətən də azadlığa çıxacağını düşündüyünü və qorxduğunu bildirdi: "Adnan Oktarın həqiqətən də çıxacağını düşünmüşdüm. Əgər mən etirafçı olaraq çıxsaydım, Adnan Oktar məni məhv edər və bitirərdi. Bir çox uyğunsuz və çılpaq şəkillərim Gülgün Göktan və Adnan Oktardaydı. O səbəbdən də Ayşənin bu danışıqlarından, daha doğrusu, təhdidlərindən qorxdum. Ertəsi gün ailəmlə görüşmək istəmədiyimlə bağlı türmə rəhbərliyinə bir ərizə yazdım. Adnan Oktarın çıxacağından çox qorxurdum".

Ç.Ç. həmçinin deyib ki, digər təşkilat şübhəlilərinin anaları öz tutduqları vəkilləri qızlarına göndərdiyi zaman şübhəlilərdən Gülşah "Əsla o gələn vəkillə görüşməyin" deyə xəbərdarlıq edir, onlar da ailənin vəkilləri ilə görüşmürmüş: "Vəkil Arzu F.-nin hər həftə bizə göndərdiyi vəkil gəldi. Bu vəkilin adı Əsli A.-dır. Bu vəkil bizə hər həftə adımıza özəl qeydlər göndərirdi. Məsələn, "anangil Adnan Oktara, Bora Yıldıza, Emre Tekerə qarşı məhkəmə şikayətlərini geri götürsünlər" deyirdi. Mən də onların bu tapşırığını çatdırmaq üçün ailəmlə yenidən görüşdüm".

OKTAR "HƏR KƏS BİR-BİRİLƏ MƏKTUBLAŞSIN" DEYİB

Ç.Ç. təşkilat vəkillərinin ona gətirdiyi kiçik məktublarla bağlı da məlumat verib: "Adnan Oktar tərəfindən adımıza yazılmış olan qeydlər gətirdi. Mənə verilən qeyddə 'Bizim ailələrinizə ehtiyacımız yoxdur, ailələrlə görüşülməsin" deyə bir qeyd gəldi. Bu qeydlər Adnan Oktarın istəyinə əsasən yazılırdı. Parol olaraq Adnan Oktar barəsində "xalam", "anam", ya da "yazar" deyə bəhs edilirdi. Vəkil A.Aslının daha öncə gətirdiyi qeyddə "Xalam (Adnan Oktar) deyir ki, hər kəs məktublaşsın, bir-birinə mesaj yazmayan, məktub yazmayan qalmasın!" (musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1873   Tarix: 24 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib. Bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunlar

18.05.2024 579
.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

18.05.2024 222
.

NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?

Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. BİG.AZ -a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanmas

18.05.2024 253
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474