Dilənçi qadının şok dəyişimi - VİDEO

Dilənçi qadının şok dəyişimi - VİDEO
Xalq artisti Ramiz Novruzun nəvəsi, tanınmış stilist Ayan Şəfəq dilənçi qadının imicində dəyişiklik edib.

Stilist bu dəyişikliyi həmin xanıma ad günü hədiyyəsi olaraq etdiklərini bildirib.
A.Şəfəq həmçinin qeyd edib ki, xanımın oğlu əqli məhdudiyyətli olduğu üçün onu başqasına qoyub gedə bilmir və bu səbəbdən də onu işə götürmürlər:

"Ana var ki, öz sağlam uşağını atır, amma bu qadın öz əngəlli uşağını özündən də çox sevir, əlini bir dəqiqə də olsun buraxmırdı. Saçı da bir dəfə oğlunu itirdiyi üçün tökülüb".

Stilist dilənçi qadına maddi yardım edildiyini bildirib və imkanlı şəxslərdən dəstəyini əsirgəməməyi xahiş edib.

Dilənçi qadın özünün yeni halını görəndə göz yaşlarını saxlaya bilməyib.


kult.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2694 Tarix: 24.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər