"Allahı varsa mənim borcumu gətirib qaytarsın" - Xalq artisti ilə bağlı İDDİA

"Allahı varsa mənim borcumu gətirib qaytarsın" - Xalq artisti ilə bağlı İDDİA"Rafael Dadaşovun 30 ildir mənə 2 min dollar borcu var.Əgər Allahı tanıyırsa mənim pulumu qaytarsın".

Bunu BiG.AZ-a müraciət edərək adının Səid olduğunu iddia edən İran vətəndaşı bildirib. Həmin şəxs qeyd edib ki, hadisə 30 il əvvəl Ərdəbildə baş verib. O, məktubunda yazıb:

"Rafael 30 il əvvəl İrana gəlmişdi. O vaxtlar onu burda tanıyan az idi. Mən onu görüb tanıdım və ona hörmət etdim. Onu evimdə qonaq etdim, mağazalardan mal aldı hamısını mən ödədim. Daha sonra Azərbaycana qayıdanda maşınımla sərhədə qədər yola saldım. Onda vəziyyəti yaxşı deyildi, amma indi imkanı var".

Səid bəy həmçinin pulunun dalıyca Bakıya gəldiyini də məktubunda qeyd edib:

"Daha sonra mən Bakıya gələrək, onun evinə getdim. Səhv etmirəmsə mikrorayonların birində qalırdı. Evində oturub onu gözlədim, daha sonra gəldi danışdıq. Dedi başıma iş gəlib, vəziyyətim çətindir. Pulu 10 günə qaytaracam. Lakin məni aldatdı pulumu vermədi, mən də geri İrana qayıtdım".

Məsələ ilə bağlı xalq artisti Rəfael Dadaşovla telefon bağlantısı qurduq. Tanınmış aktyor BiG.AZ-a açıqlamasında bildirib ki, elə bir şəxs tanımır:

"Təbii ki, yalandır. Mən bu şəxsi görmək istəyirəm axı kimdir bu məlumatı yayan? Həmin şəxs nə üçün özümü tapmır?! Amma əsassız iddiaları ilə sizə müraciət edir? Bakıda Rəfael Dadaşovu tapmaq olmurmu? Mən İranda müxtəlif səbəblərdən çox olmuşam. 90-cı illərdə gedəndə məni orda aktyor kimi tanıyırdılar deyə müxtəlif hədiyyələr verirdilər. Bu mənim sənətimə sevənlərim tərəfindən verilən qiymət idi. Hansı ki, onlar mənim üçün xatirə hədiyyələridir. Ola bilər ki, həmin şəxs də mənə nə isə hədiyyə verib, amma indi geri istəyir. İstənilən halda mənim heç kimə 2 min dollar borcum yoxdur. Sadəcə bu şəxs kimdir, niyə mənim üçün pul xərclədiyini deyir anlamıram".

Qeyd edək ki, sənətçi həmin şəxslə canlı görüşməyə də hazır olduğunu bildirib. Biz də BiG.AZ saytı olaraq problemin həlli üçün hər iki tərəfin əlaqə nömrələrini bir-birilərinə təqdim etdik.


Afaq Rza


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5613   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 478
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1161
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 926
.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 378
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 967
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 623
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 3188
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29.04.2024 1048
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 526