"Qıjı simptomu" nədir? – Qıjılıq bu analizlə təyin edilir

"Qıjı simptomu" nədir? – Qıjılıq bu analizlə təyin edilir"Qıjı" sözünü eşidən kimi yəqin ki, ilk növbədə fikrinizə el arasında işlədilən insan tipi gəldi. Biz isə sizdə elmi tibdə həqiqətən mövcud olan simptom barədə məlumat vermək fikrindəyik.

Qıjı simptomu ("simptom paporotnika") ginekoloji termin olub, uşaqlıq boynunun selikli qişasının kristallaşmasıdır.

Medicina.az xəbər verir ki, qadınlarda menstrual tsiklin 7-8-ci günündə servikal selikdən nümunəyə mikroskop altında baxsaq, orda qıjıotunun yarpaqları formasında mənzərə görülür. Elə bu görünüşünə görə, bu sindroma "qıjı" adı qoyulub.

Ovulyasiya anında qıjıkimi görünüş daha da maksimal həddə çatır. Bu görüntü xlorid natrium duzlarının selikli qişaya yapışaraq, kristallaşması ilə alınır.

Kimlərdə olur:

Menstruasiya görməyə başlayan qızlarda və qadınlarda. Daha çox estrogen hormonu yüksək olanda müşahidə edilir.
Getdikcə tsiklin sonuna yaxın azalır və itir.

"Qıjı" simptomunun aktivliyi qadınlarda sonsuzluq, hamiləlik və hormonal problemlərdə yumurtalıqların vəziyyəti və orqanizmdə estrogenin nə səviyyədə olmasınını göstərir.

"Qıjı simptomu" nədir? – Qıjılıq bu analizlə təyin edilirAnaliz üçün:

Uşaqlıq boynu kanalından selik materialı götürülür. Mikroskop altında kristallaşmaya baxılır. Eləcə də əgər selik 6-7 sm uzunluqda dartıla bilirsə, deməli orqanizm estrogenlə kifayət qədər doyub.

Sonsuzluq problemlərində follikul yetişməzliyi və sarı cisim yaranmadıqda, estrogen hormonunun miqdarının təyini vacibdir.
Estrogenin dəyişməsi prosesi ktistallaşmasını, yəni qıjı simptomunu artırır.

Qıjı sindromu analizi ilə ginekoloqlar yumurta hüceyrənin tsiklin hansı günündə çıxışını və estrogenlə progesteronun bir-birinə təsiri və miqdarını təyin edə bilər.

Qıjı yarpaq görüntüsündə dalğavari xarakter aşkar olunursa, yumurtalıqların funksiya pozğunluğu diaqnozu qoyulub, müvafiq hormonal müalicə təyin edilir.

Azərbaycanda bu müayinə və analiz aparılır və ginekoloqların sonsuzluq, yumurtalıqların problemi və ovulyasiya diaqnostikasında istifadə etdiyi metoddur.
Odur ki, Qıjı və qıjıkimilər heç də göydəndüşmə söz deyil və elmi cəhətdən onun də izahı var. Amma elmi tibbi baxımdan bu termini kişilərə aid etmək olmur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1664   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459