ÖLKƏ ŞOKDA! Körpənin gözü önündə atasını qətlə yetirdilər - VİDEO- FOTOLAR

ÖLKƏ ŞOKDA! Körpənin gözü önündə atasını qətlə yetirdilər - VİDEO- FOTOLAR

Ataları gözlərinin önündə öldürülən azyaşlıların baxışı hər kəsi kövrəldib.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Adana bölgəsində baş verib. Belə ki, silahlı şəxs biri motosikletdə, ikisi isə çayxanada olmaqla 3 nəfəri qətlə yetirib.

Onlardan H.Özkaya adlı şəxs 5 yaşlı oğlu ilə birlikdə mini motosikletdə gedərkən silahlı hücuma məruz qalıb. Qanlar içində qalan şəxs yerə yıxılıb. Hadisədən xəbərsiz 5 yaşlı Osmanı isə ətrafdakı vətəndaşlar atanın qucağından alaraq kənarlaşdırıb. Bu zaman uşaq göz yaşlarına boğularaq atasına baxıb. Onun son dəfə atasına baxmağı hər kəsi kövrəldib.

Digər iki şəxs isə çayxanada uşaqları ilə birlikdə əyləşdiyi zaman silahla vurulub. Bu zaman azyaşlı uşaqlar hər şeyə şahid olub.

Silahlı şəxs hadisə yerindən qaçıb. Onun cinayəti nə səbəbdən törətməsi isə hələ dəqiqləşdirilməyib. Polis araşdırmaları davam etdirir.


ÖLKƏ ŞOKDA! Körpənin gözü önündə atasını qətlə yetirdilər - VİDEO- FOTOLAR

ÖLKƏ ŞOKDA! Körpənin gözü önündə atasını qətlə yetirdilər - VİDEO- FOTOLAR

ÖLKƏ ŞOKDA! Körpənin gözü önündə atasını qətlə yetirdilər - VİDEO- FOTOLAR

Səma

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1055 Tarix: 22.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər