"Gilan Holding" "Natura" şirəsi ilə bağlı rəsmi açıqlama yaydı

"Gilan Holding" "Natura" şirəsi ilə bağlı rəsmi açıqlama yaydıBu günlərdə bəzi xəbər saytlarında vətəndaş Ayxan Rəhimli tərəfindən "Gilan Holding"-ə aid Qəbələ Konserv Zavodunun istehsal etdiyi "Natura" meyvə şirəsinin keyfiyyətində uyğunsuzluq aşkarlanması haqqında məlumat yayılıb. Qeyd olunan şikayətlə bağlı, tərəfimizdən komissiya yaradılıb və sözügedən şaftalı nektarından nümunə Qəbələ Konserv Zavodunun laboratoriyasına ekspertiza üçün təqdim olunub.
Götürülən nümunə laboratoriya şəraitində müxtəlif parametrlər üzrə incələnərək, məhsulun tərkibinin pH, turşuluq, orqanoleptik və digər göstəricilərə uyğun olması aşkar olunub. Məhsulun istehsalından sonra, 30.04.2019-cu il tarixində keçirilmiş mikrobioloji analizlər nəticəsində də heç bir uyğunsuzluq üzə çıxmayıb. Ekspertizanın daha dəqiq olması üçün, eyni tarixə aid istehsalat xəttindən olan digər meyvə şirələrindən də təkrar sınaqlar götürülüb və keyfiyyətə nəzarət zamanı heç bir uyğunsuzluq aşkar edilməyib. Laboratoriya sınaqları üçün nümunələr, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də təhvil verilib ki, Agentliyin də sınaq nəticələri yaxın günlərdə bəlli olacaq və ictimaiyyətə açıqlanacaqdır.
"Gilan Holding"-in Marketinq və kommunikasiyalar şöbəsinin direktoru Fərid Məmmədovun mətbuata verdiyi açıqlamaya əsasən: "23.04.2019-cu il tarixində istehsal olunmuş bu meyvə şirəsinin qutusuna baxış keçirilib və problemin qutuya kənardan fiziki müdaxilə nəticəsində yaranması ehtimal olunur. Bildirmək istərdik ki, bu tip məhsullar steril şəkildə qablaşdırılaraq satışa təqdim olunur. Qablaşdırmaya xarici fiziki təsir nəticəsində qutunun içərisinə hava sızması yarandıqda, sterillik pozulur və beləliklə, açıldıqdan uzun müddət sonra aseptik olmayan qablaşdırmada kif və ya maya göbələkləri inkişaf edərək, bu tip halların ortaya çıxmasına səbəb olur. Bununla əlaqədar, istehlakçılara qablaşdırmanın üzərində qeyd edilən saxlama tələblərinə riayət etmələri, qoruyucu halqası qırılmayan, sızıntı və şişmə olmayan şirə paketlərini istifadə etmələri tövsiyə olunur".
"Bütün bunlarla yanaşı, müştərimizə, bu kimi mümkün problemin işıqlandırılması və istehlakçılarımızı bir daha maarifləndirmək imkanına görə təşəkkürümüzü bildirir, Qəbələ Konserv zavodunu ziyarət edərək, istehsalat prosesi ilə canlı tanış olmağa dəvət edirik" – F.Məmmədov qeyd edib.

Qeyd edək ki, Qəbələ Konserv Zavodunda mövcud olan istehsalat avadanlıqları dünyanın bir nömrəli qablaşdırma istehsalçısı "Tetra Pak" şirkətinə məxsusdur. Bu avadanlıqlarla ildə 25 milyon ədəddən çox şirə məhsulları istehsal edilərək, Azərbaycan istehlakçısına təqdim olunur. "Natura" meyvə şirələri isə, istehlakçı seçiminə və satışa görə bazarın daim liderlərindəndir. Bununla yanaşı, "Gilan Holding"-ə məxsus Qəbələ Konserv Zavodu dünyanın tanınmış bir çox keyfiyyət sertifikatlarına malikdir ki, bu da istehsal olunan məhsulların nəinki Azərbaycan, hətta, dünyanın 30-dan çox ölkəsinə ixrac edilməsini təmin edir.
Zavod ISO 9001:2008, ISO 22000:2005, Kosher və ECOCERT sertifikatlarını əldə etmiş, həmçinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmışdır.
"Gilan Holding" "Natura" şirəsi ilə bağlı rəsmi açıqlama yaydı"Gilan Holding" "Natura" şirəsi ilə bağlı rəsmi açıqlama yaydı"Gilan Holding" "Natura" şirəsi ilə bağlı rəsmi açıqlama yaydı


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1057   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518