DGK-dən sərnişinlərə ŞAD XƏBƏR: Əl yükləri və baqajlara gömrük nəzarəti tətbiq edilməyəcək

DGK-dən sərnişinlərə ŞAD XƏBƏR: Əl yükləri və baqajlara gömrük nəzarəti tətbiq edilməyəcəkArtıq gömrük-keçid məntəqələrində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.

BiG.AZ xəbər verir ki, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarətiDövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.

Bu məqsədlə, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində, Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib.

Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.

Son bir il ərzində İran İslam Respublikasının gömrük xidmətinin sədri ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin sədri. gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İran İslam Respublikasının müvafiq qurumları qarşısında məsələ qaldırılıb.

Aparılan danışıqların və görülən tədbirlərin nəticəsi olaraq, 13 iyun 2019-cu ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub.

Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir və avtobuslar İran İslam Respublikasında gömrük yoxlamasından keçirilmir. Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.

Pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir. Belə ki, əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində də gömrük nəzarəti zonası yaradılıb.

Dövlət Gömrük Komitəsi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.
DGK-dən sərnişinlərə ŞAD XƏBƏR: Əl yükləri və baqajlara gömrük nəzarəti tətbiq edilməyəcəkDGK-dən sərnişinlərə ŞAD XƏBƏR: Əl yükləri və baqajlara gömrük nəzarəti tətbiq edilməyəcəkDGK-dən sərnişinlərə ŞAD XƏBƏR: Əl yükləri və baqajlara gömrük nəzarəti tətbiq edilməyəcək


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1205   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 90
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 241
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 288
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 974
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 202
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 0
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 610
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

16:00 0
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 272