"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜM TƏFƏRRÜATI

"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜM TƏFƏRRÜATI"Rəşadın nəşi təyyarənin düşdüyü yerdən tapılıb".

Bu haqda News24.az-a mərhumun qayınatası Qabil Hüseynli məlumat verib.

Onun sözlərinə görə, cəsəd bütöv deyilmiş: "Hazırda nəşin tapıldığı yerdən qayıdıram. Cəsədin tanınması üçün məni çağırmışdılar. Cəsəd bütöv deyil. Çanaq və bədənin müəyyən hissələri tapılıb".

Q.Hüseynlinin dediyinə görə, pilotun cəsədinin bir ayağı 3 gün öncə tapılıbmış. Amma bu haqda ailəsinə məlumat verilməyib: "Ayağının birini tapıblarmış. Amma bizə bu haqda heç nə deməmişdilər. İndi də bədənin kresloda olan hissəsi aşkarlanıb".

Mərhum pilotun qayınatasının dediyinə görə, sabah saat 9-da onunla vida mərasimi olacaq: "Bu gün Təzə Pir Məscidində cəsəd yuyulacaq. Sabah səhər saat 9-da Dadaş Bünyadzadə küçəsində yaşadığı evdə onunla vida mərasimi keçiriləcək. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Tədris Mərkəzində rəsmi vidalaşma mərasimi olacaq. Və əsgəri qaydada II Fəxri Xiyabanda dəfn olunacaq".

Qabil Hüseynlinin dediyinə görə, təyyarə düşdüyü yerə bərk çaxıldığı üçün cəsəd hissələrə ayrılıb: "Mütəxəssislər deyir ki, "MİQ 29" yerə enərkən burnu üstə zərblə çırpılıb. Sıxılma prosesi gedib və cəsəd əzilib. Pilot kabinəsi də bu səbəbdən yerini dəyişib. Cəsədin ancaq bədən hissəsi bütöv qalıb".

Xatırladaq ki, polkovnik-pilot Rəşad Ataakişiyevin nəşi bu gün tapılıb.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Allah rəhmət eləsin!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7300   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telli dünyasını dəyişən qardaşından danışıb ağladı

Aşıq Telli Borçalı "Qonaqcanlı" proqramına telefonla qoşulub. Axşam.az xəbər verir ki, o, mərhum qardaşı Ataxan Qurbanovdan danışaraq göz yaşlarına hakim ola bilməyib:. "Bəzən deyirlər "xoşbəxt ölüm". Amma nə bilim. Allahın işinə qarışmaq olmur. Amma qəbullanmaq da çətindir

02.04.2026 385
.

"Möhtəşəm yüz il" yenidən çəkiləcək

"Möhtəşəm yüz il" serialı 12 ildən sonra yenidən ekranlaşdırılacaq. Axşam.az xəbər verir ki, serial bu dəfə "Aşk ve taht" ("Eşq və taxt") adı altında lentə alınacaq. Hələlik layihədə kimlərin rol alacağı bəlli deyil. Qeyd edək ki, sözügedən serial ilk dəfə 2011-2014-cü illərd

02.04.2026 488
.

Rumıniyada Mirça Luçesku erası başa çatdı

Rumıniya Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırdığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu açıqlamasında Luçeskuya təşəkkür edərək deyib: "Cənab Mirça Luçesku bu çağırışı qəbul etdi və Rumıniy

02.04.2026 325
.

Burada nəfəs almaq belə təhlükəlidir - Dünyanın ən çirkli paytaxtı açıqlandı

Hindistanın paytaxtı Yeni Dehli ardıcıl səkkizinci ildir ki, dünyanın ən çirkli paytaxtı olaraq qalır. "Qafqazinfo" xəbər verir ki, bu, İsveçrənin hava monitorinqi agentliyi olan "IQAir" tərəfindən açıqlanan 2025-ci il Dünya Hava Keyfiyyəti Hesabatında əksini tapıb. Qeyd olunur ki

02.04.2026 459
.

Bulvarda Milli Etalon Vaxtı göstərilir

Artıq Dənizkənarı Milli Park ərazisində yerləşən "Saat qülləsi"ndə Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əks olunur. Milli Etalon Vaxtı - UTC (AZ)-ın nümayişi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın göstərilməsini təmin edir, vətəndaşlara saatlarını buna uyğun şəkildə tənzimləm

10:33 150
.

Kallas: Hörmüz boğazında təhlükəsizlik Aİ üçün təxirəsalınmaz prioritetdir

Hörmüz boğazında təhlükəsizlik Avropa İttifaqı üçün prioritetdir. APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X"-də Çin XİN rəhbəri Van İ ilə danışıqlarının yekununa dair yazıb. "İranın mülki gəmilərə hücumları və dah

02.04.2026 420
.

Bağçalarda uşaq menyuları yenidən hazırlanacaq

Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq. "Report"a istinadən xəbər verir ki, məqsəd uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviq etməkdir. Qaydaların hazırlanmasını Azərbayca

10:32 138
.

İphone 20 əyri ekranlı olacaq - 2027-ci ildə İLK

Apple şirkətinin ilk iPhonenin 20 illiyi münasibətilə görünüş baxımından ciddi dəyişikliklərə malik yeni model hazırladığı iddia olunur. -ın xarici mediaya istinadən məlumatına görə, 2027-ci ildə təqdim olunması gözlənilən iPhone 20 modeli əyri kənarlı ekran və indiyədək heç bir flaqman smartfonda görülməyə

02.04.2026 531
.

"Instagram" ödənişli olacaq - Yeni funksiyalar gəlir

"Instagram" istifadəçilər üçün yeni ödənişli abunəlik paketini təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, "Instagram Plus" adlandırılan bu xidmət platformada əlavə funksiyalar və daha geniş imkanlar vəd edir. Yeni abunəlik vasitəsilə istifadəçilər paylaşanın xəbəri olmada

02.04.2026 442
.

TOP MP3