Əməkdar jurnalistin qardaşının evi qarət olundu: "Bu, birinci dəfə deyil" - FOTOLAR

Əməkdar jurnalistin qardaşının evi qarət olundu: "Bu, birinci dəfə deyil" - FOTOLARƏməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət olunub.

E.Dərziyeva "Facebook" hesabında hadisə ilə bağlı foto və məlumatlar paylaşıb. Bildirib ki, Binəqədi rayonundakı evdən qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib. Belə ki, naməlum şəxs və ya şəxslər günorta saatlarında Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə basqın edərək qızıl-zinət əşyalarını oğurlayıblar.

Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Ekspertlər əl izlərini götürüblər.

Məsələ ilə bağlı oxu.az əməkdar jurnalistlə əlaqə saxlayıb. O, açıqlamasında fakt üzrə artıq cinayət işinin açıldığını bildirib:

"Çox acınacaqlı bir vəziyyətdir. Oxşar hadisə ikinci dəfədir başımıza gəlir. Özü də günün günorta çağı. Oğurluğun bir və ya bir neçə nəfər tərəfindən törədildiyi hələ dəqiqləşməyib. Həmin ərazidə yaşayan digər insanların da evi müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən qarət olunub. Bizə ümumilikdə 5 min manat ziyan dəyib.

Oğrular evin altını-üstünə çeviriblər. Pul axtarıblar, amma evdə pul olmadığını görüb, qızıl-zinət əşyalarını götürüblər. Ümid edirik ki, cinayətkarlar tez bir zamanda tapılaraq məsuliyyətə cəlb olunacaq".

Qeyd edək ki, Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi iki il öncə də qarət olunub.

Əməkdar jurnalistin qardaşının evi qarət olundu: "Bu, birinci dəfə deyil" - FOTOLARƏməkdar jurnalistin qardaşının evi qarət olundu: "Bu, birinci dəfə deyil" - FOTOLARƏməkdar jurnalistin qardaşının evi qarət olundu: "Bu, birinci dəfə deyil" - FOTOLARƏməkdar jurnalistin qardaşının evi qarət olundu: "Bu, birinci dəfə deyil" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 667   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788