Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş

Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş

Çeçenistan Respublikasının prezidenti olmuş Əhməd Kadırov referendum keçirilmədən Çeçenistanın Rusiyaya birləşdirilməsi haqqında sənədi imzalamaqdan imtina etmişdi.

TASS xəbər verir ki, bunu Çeçenistanın indiki başçısı Ramzan Kadırov deyib.

"Xeyr, mən bunu öz xalqımdan soruşmalıyam. Xalq referendumda “biz Rusiya ərazisinin hissəsiyik, Rusiyanın tərkibində yaşamaq istəyirik” deyərsə, mən bu kağızı imzalayacağam", - o, atası Ə.Kadırovun Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı respublikanın birləşdirilməsi haqqında müqavilənin imzalanması üçün belə şərt irəli sürdüyünü deyib.

Qeyd edək ki, sözügedən referendum 2003-cü il martın 23-də keçirilib. Səsvermədə 510 mindən çox adam iştirak edib. Seçicilərin 95,48 faizi sənədin lehinə səs verib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 474 Tarix: 19.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər