"Mahnıda seks havası varsa, bunu göstərirəm"
"Sənət adamı hər tərəfli olmalıdır. Sənətçinin özünəməxsusluğu mütləqdir".
Bu sözləri Axşam.az-ın suallarını cavablandıran müğənni Dilarə Kazımova deyib.
O, konsert vermə planlarından söz açıb:
"İstəyirəm ki, çoxlu mahnılar yığım. Azərbaycan dilində xeyli mahnılarım olmalıdır ki, konsert verim. Fərqli üslubda olan "Harem" mahnısını ifa etdim və klip çıxardım. Kütlənin arxasınca qaçmıram. Bazarda hər bir üslubda ifaçı olmalıdır. Bu zaman insanlar seçim edə bilirlər. İnanıram ki, insanlar keyfiyyətli musiqiyə qayıdacaqlar".
Sənətçi açıq-saçıq fotolarından danışıb:
"Deyirlər ki, indi soyunmağa başlamısan. Ancaq "Sing your song" yarışmasında ilk dəfə səhnəyə bodi ilə çıxmışdım. Üzərimdə işləyirəm, fərqliyəm. Özümə inanıram. Bilirəm ki, hər yerdə fərqliliyimi göstərə bilirəm. Özümü stresdən çıxara bilirəm. Çətin vəziyyətdə belə düşünməlisən ki, bu, bir sınaqdır. Emosionalam, bu zaman çalışıram ki, ona qədər sayım və cavab verməyim. Özümü cilovlayıram. Hərdən elə bilirlər ki, nəyisə əsəbi deyirəm. Halbuki səs tembrim belədir".
D.Kazımova builki ad günündə aldığı reaksiyalardan xoşhal olduğunu deyib:
"Ad günümdə çox gözəl reaksiyalar aldım. Ötən il builki kimi deyildi. Düşünürəm ki, öz yolumu tapmışam. Dama-dama göl olar. 35 yaşım olsa da, özümü bu yaşda hiss etmirəm. Deyirlər bir az ağır olmalısan, amma mən həmişəki Dilarə olacam. Yerinə görə davranıram. Nə edirsənsə, vaxtında etmək lazımdır. Qadınlar var baxırsan ki, 70 yaşında şortik geyinməyə başlayıb (gülür)".
Müğənninin ideal kişi obrazı isə belədir:
"Özümü xoşbəxt hiss edirəm. Xoşbəxt olub, sonra sevgili tapmaq lazımdır. Kimisə tapıb, onunla xoşbəxt olmaq lazım deyil. Xoşbəxtliyi kiminləsə bölüşmək lazımdır. Sevəcəyin adamla kimyan tutmalıdır. Onu görəndə həyəcanlanmalısan.
Kişi çox işləməlidir. Yumor hissi olmalıdır. Məni düşünməli, sevməlidir. O məni sevsə, mən də onun sözlərinə qulaq asacam. Yanımda kişi olanda onunla məsləhətləşirəm. Sənətimlə bağlı sərhədlər qoymamalıdır. Mən açıq geyinirəmsə, deməli, məqsədə uyğun edirəm. 35 yaşım var. Əgər həyatıma gəlirsə, məni olduğum kimi qəbul etməlidir. Uzun yol keçmişəm, kimsə birdən-birə mənə "bunu etmə" deyə bilməz. Düşünürəm ki, gəl lütləşək, bunun ortasında nəsə edək. Mahnıda seks havası varsa, bunu göstərirəm. Bir sözlə, PR üçün soyunmuram".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467