Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA

Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKAEvlənməmişdən qabaq cütlüklərin tibbi müayinədən keçməsi vacib şərtlərdən biridir. Müayinəni vacib edən məqam gələcəkdə cütlükdə və dünyaya gələcək uşaqda hər hansı problemin yaranmaması ilə bağlıdır.

Maraqlıdır, tibbi müayinədən keçən gənclərdə hansı xəstəliklər aşkarlanır, cütlüklər daha çox hansı xəstəliyin daşıyıcısıdır?

BiG.AZ xəbər verir ki, bu barədə modern.az-a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva danışıb.

Zöhrə Əlimirzəyeva deyir ki, əvvələr nikah öncəsi müayinədən keçmək könüllü idisə, indi məcburi hal daşıyır.

"2015-ci ildən Azərbaycanda nikahdan qabaq müayinələrin aparılmasına başlanılıb. Əvvələr bu proses könüllü idi sonralar icbari xarakter daşımağa başladı. Azərbaycan talassemiya xəstəliyinin çox yayıldığı ölkələr sırasındadır. Nikahdan qabaq bu proqramın həyat keçirilməsində məqsəd həmin xəstəliyin cütlüklərdə əvvəlcədən aşkarlanmasıdır. Hazırda ölkədə bir milyondan çox talassemiya daşıyıcısı var. Daşıyıcı praktik cəhətdən sağlam insandır. Yəni müayinə olunmayacağı təqdirdə onda bu daşıyıcılığın olması bilinmir. Lakin iki talassemiya daşıyıcısı olan insan evlənərsə o zaman həmin şəxslərin övladlarının xəstə doğulması ehtimalı yüksək olur".

Zöhrə Əlimirzəyeva bildirir ki, indiyədək 600 mindən çox insan müayinədən keçib ki, onlardan da 20 mininin daşıyıcı olduğu aşkarlanıb.

"225 cütlüyün hər ikisində talasimiya daşıyıcılığının olduğu aşkarlanıb. Həmin cütlüklər də hamiləliyin 12, 18-ci həftələrində bizə müraciət edirlər və molekulyar genetiki müayinə aparılır. Daha sonra qadından dölyanı maye götürülür və uşağın genotipi müəyyən olunur ki, uşaq xəstədir ya yox. İndiyədək aparılan müayinələrdə 30 uşağın sağlam olduğu, 30 uşaqda xəstəlik, 69 uşaqda daşıyıcılığın olduğu aşkarlanıb. Keçən ay 14 min 303 nəfər müayinə olunub ki, onların 4 min 141-i talasimiya daşıyıcısı, 61- nin "siflis", 15 nəfərinin isə "QİÇS" olduğu öyrənilib. Həmin şəxslər təkrar dəvət olunaraq müayinə olunur və məsləhət verilir ki, ailə qurduqdan sonra hansı qaydalara əməl etmələri lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 19 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988