Bakı universitetlərində ən bahalı ixtisaslar (QİYMƏTLƏR)

Bakı universitetlərində ən bahalı ixtisaslar (QİYMƏTLƏR)Xarici universitetlərlə müqayisədə tələbədən oxşar ödəniş alınır

Müqaisə üçün "A-Level Education" şirkətinin rəhbəri Ayan Əliyevaya müraciət etdik. Ayan xanım öz növbəsində Belarus Dövlət Universitetlərində olan qiymətlərdən danışdı. Onun sözlərinə görə, Belarus Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı 3735 USD (6 350 manat), beynalxalq münasibətlər ixtisası üzrə isə 4250 USD (7225 manat) təşkil edir. Belarus Dövlət Tibb Universitetində isə müalicə işi ixtisası üzrə illik təhsil haqqi 4100 USD (7 000 manat) təşkil edir.

Təbii ki, məbləğ baxımından elə də böyük fərq yoxdur, amma xarici təhsilin üstünlüklərini, ölkədə mövcud təhsil problemlərini, xüsusilə də qəbul imtahanlarının nə dərəcədə qəliz olmasını və s. məqamları nəzərə alsaq, öz ölkəsində bu ixtisaslara görə pul xərcləməkdən imtina edən və ölkədən kənarda ali təhsil almaq istəyən gəncləri başa düşmək heç də çətin deyil.

Bakının ən bahalı universitetlərinin siyahısını təqdim edirik:

ADA Universiteti

ADA Universiteti Azərbaycanda təhsil haqqının yüksəkliyinə görə birincidir. Burada yerli tələbələr üçün kompüter elmləri və informasiya texnologiyaları ixtisasları, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil haqqı 6000 AZN, hüquq, biznesin idarə edilməsi, iqtisadiyyat fakültələri üzrə təhsil haqqı isə 6500 AZN təşkil edir. Universitet bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ da verir, amma bu tələbələr universitetə "tələbə xərci" kimi illik 750 manat ödəniş etməlidirlər. Xarici ölkə vətəndaşları üçün isə bütün fakültələr üzrə qiymətlər standart – 8500 manat təşkil edir.

Xəzər Universiteti

Azərbaycanın ilk özəl universitetlərdən biri sayılan Xəzər Universiteti 1991-ci ildə yaradılıb. Universitetdə 2019/2020-ci il üçün nəzərdə tutulan ödəniş haqları fakültələrə görə dəyişir. Burada kompüter elmləri, kompüter mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə, turizm və hotelçilik ixtisasları 5000 AZN, mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisasları 4500 AZN, pedaqoji, tərcümə, dizayn ixtisaslarının ödənişi isə 4000 AZN-dir.

Bakı Dövlət Universiteti (BDU)

Azərbaycanın ən qədim universiteti olan BDU 1919-cu ildə təsis edilib. Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşunaslıqdır – burada təhsil 4500 manata başa gəlir. BDU-da ödənişli əsaslarla təhsil alanlar beynəlxalq münasibətlər ixtisası üçün 2900 AZN, iqtisadiyyat, menecment, davamlı inkişafın idarə edilməsi ixtisasları üçün 2500 AZN, dövlət və ictimai münasibətlər ixtisası üçün isə illik 2800 AZN ödəməlidirlər.

Azərbaycan Tibb Universiteti (ATU)

Azərbaycan Tibb Universiteti ölkədə fəaliyyət göstərən yeganə ali tibbi təhsil ocağıdır. 1991-ci ildə universitet adını alan ATU təkcə ödəniş qiymətlərinə görə yox, həm də qəbul ballarının yüksək olmasına görə fərqlənir. Burada müalicə işi, əczaçılıq ixtisasları üzrə təhsil almaq istəyənlər dövlət imtahanında ən azı 650 bal toplamalıdırlar. Ödənişlərə gəlincə isə, təhsil ocağında müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq, stomatologiya, tibbi profilaktika ixtisasları üzrə təhsil isə illik 4000 manat təşkil edir.

Bakı Ali Neft Məktəbi (BANM)

Bakıda son illə məşhurlaşan özəl universitetlərdən biri də şübhəsiz ki, Bakı Ali Neft Məktəbidir. Yüksək səviyyəli təhsili ilə seçilən universitetdə tələbələrin sosial fəaliyyəti və yataqxana şəraitinə də xüsusi diqqət göstərilir. BANM-da təhsil almaq istəyənlər informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə illik 4500 manat ödəməlidirlər. Bu ixtisasların tədrisi ingilis dilində keçirilir.

Azərbaycan Universiteti

Azərbaycan Universiteti ölkədə yaradılan ilk özəl ali təhsil ocağıdır. Universitetin tərcümə ixtisasından məzun olmaq istəyənlər illik 3000 AZN, filologiya, tarix, sosial iş, regionşünaslıq, turizm və hotelçilik, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, menecment, marketinq, biznesin idarə edilməsi, kompüter mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, eləcə də kommersiya ixtisaslarını seçənlər 2000-2500 AZN ödəməlidirlər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası da nüfuzlu dövlət universitetlərindən biri sayılır. Təhsil ocağında hüquqşünaslıq (3000 AZN), informasiya təhlükəsizliyi və iqtisadiyyat (2000 AZN) ixtisasları ödənişlidir. Akademiyanın ixtisaslarını ərizələrində imtahan verəcəyi xarici dil kimi yalnız ingilis dilini qeyd etmiş abituriyentlər seçə bilər.

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığı həyata keçirir. Bu ali məktəbdə turizm və hotelçilik ixtisası üzrə illik təhsil haqqı 3000 AZN, tərcümə ixtisası 2600, maliyyə, biznesin idarə edilməsi isə 2400 AZN təşkil edir.

Bakı Mühəndislik Universiteti

Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını həyata keçirən bu universitetdə maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil 2900 AZN, iqtisadiyyat, biznesin idarə edilməsi ixtisasları üzrə 2800 AZN, memarlıq ixtisası üzrə təhsil isə 2700 manata başa gəlir.

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi üçün yüksək səviyyəli mütəxəssislər hazırlayır. Dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə fəaliyyət göstərən bu akademiyada iqtisadiyyat, kompüter elmləri, davamlı biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq münasibətlər, menecment, politologiya, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ödənişli təhsil 2500 AZN-dir.

Qeyd olunan qiymətlər Dövlət İmtahan Mərkəzi tərəfindən dərc edilən "Abituriyent №4 2019" jurnalına əsasən tərtib edilib. / Bakucity.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1701   Tarix: 19 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

TOP MP3