Bayıl sürüşmə yamacı abadlaşdırılacaq

Bayıl sürüşmə yamacı abadlaşdırılacaqSəbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Səbail rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması ilə əlaqədar elan etdiyi tenderin nəticəsi məlum olub.

BiG.AZ apa-ya istinadən xəbər verib ki, tenderin qalibi "Şa-İnşaat" MTK olub. Bağlanmış müqaviləyə əsasən, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi Səbail rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması üçün "Şa-İnşaat" MTK-ya 250 min manat ödəyəcək.

Qeyd edək ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti bu ilin may ayında Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan fərdi yaşayış evlərində yaşayan sakinlərə birdəfəlik maddi yardımın ödənilməsi barədə sərəncam verib. Sərəncama əsasən, Bakı şəhərinin Bayıl yamacındakı sürüşmə zonasından köçürülən 92 fərdi yaşayış evinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödənilib. Həmin 92 ailə arasında 27 məcburi köçkün ailəsi də var. Sərəncama əsasən, ümumilikdə, 9 milyon 201 min 533 manat Səbail rayon İcra Hakimiyyətinin hesabına köçürülüb və İcra Hakimiyyəti bu vəsaitlərin müvafiq qaydada bank hesablarına köçürülməsini təmin edib. Başqa sözlə, 92 fərdi yaşayış evində yaşayanların köçürülməsi üçün birdəfəlik yardım qismində 8 milyon 920 min 312 manat, bank xərcləri üçün 31 min 221 manat ayrılıb.

Fərdi evlərin sökülməsi və tikinti illəri başa çatdıqdan sonra ərazinin abadlaşdırılması üçün 250 min manat ayrılıb.

Sərəncama əsasən, evlərinin sahəsi az olan ailələr xüsusi olaraq nəzərə alınıb və 35 min manat minimum maddi yardım da məhz bu səbəbdən müəyyənləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 385   Tarix: 17 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağda

01:42 302
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 129
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27.04.2024 321
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27.04.2024 187
.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 202
.

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 % çoxdur. Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dollar

27.04.2024 187
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 428
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 227
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 196