Çinli biznesmen Bakıda sənədlərini və pulunu itirdi, polis kömək etdi

Çinli biznesmen Bakıda sənədlərini və pulunu itirdi, polis kömək etdiAvqustun 15-də Bakıya gələn Çin Xalq Respublikasının vətəndaşı Vei Yulinin üzləşdiyi çətinliyin həllində polis əməkdaşları ona yaxından köməklik göstəriblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Çin vətəndaşı Nəsimi rayon Polis İdarəsi 22-ci Polis şöbəsinə müraciət edərək bildirib ki, Gürcüstandan Bakıya gəldiyi "Mersedes" markalı sərnişin mikroavtobusundan paytaxt ərazisində düşən zaman içərisində 2000 ABŞ dolları, 300 yuan, 1000 Sinqapur dolları, 400 lari, 100 manat və bank kartları olan pul kisəsini həmin nəqliyyat vasitəsində unudub.

Polis şöbəsində sənədləri və pulları itən həmin şəxsə lazımi köməklik göstərilib.

DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, Nəsimi RPİ və 22-ci Polis şöbəsi əməkdaşlarınını qısa zamanda həyata keçirdikləri birgə tədbirlər nəticəsində həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyən edilib və nəqliyyat vasitəsinin Goranboy rayonu ərazisindəki stasionar postda saxlanılması təmin olunub. Nəqliyyat vasitəsinin sürücüsü Gəncə şəhər sakini Dursun İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə gətirilib. O, Çin vətəndaşının itmiş əşyalarının polisə təqdim etdikdən sonra izahatı alınaraq buraxılıb.

Çin vətəndaşı V.Yuli qısa zamanda ona belə böyük köməklik göstərdiklərinə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.

V.Yuli əlavə edib ki, Bakı haqqında həmişə gözəl sözlər eşidib və bir daha bunun şahidi olub. O, öz ölkəsinə qayıtdıqdan sonra dostlarına Bakıda gördükləri və polislərin ona göstərdikləri köməklik barədə danışacağını bildirib.

Qeyd edək ki, V.Yuli iş adamıdır və Azərbaycana biznes qurmaq məqsədilə gəldiyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 619   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218