Generala tüpürən şairimizin qol saatındakı sirr - 10 fakt

Generala tüpürən şairimizin qol saatındakı sirr - 10 faktBu gün mərhum xalq şairi Bəxtiyar Vahabzadənin 94 yaşı tamam olur.

BiG.AZ kult.az-a istinadən Bəxtiyar Vahabzadə ilə bağlı 10 maraqlı faktı təqdim edir:

1. Deyilənə görə, Bəxtiyar Vahabzadənin ögey qardaşı Mahmud Vahabzadə övladı olmadığı üçün onu övladlığa götürüb.

2. 1990-cı ildə 20 Yanvar hadisələri zamanı Bəxtiyar Vahabzadə xalqa divan tutan rus hərbçilərini təhqir edib və hətta generalın üzünə tüpürüb. Rus hərbçisi avtomatı çəkib B.Vahabzadəni vurmaq istəyəndə, o biri hərbçi deyib ki, sən onu vursan, tək Azərbaycan yox, bütün dünya ayağa qalxar.

3. Dramaturq Firuz Mustafa xatirə yazısında qeyd edib ki, 20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin üzünə tüpürdüyü adam general Dubinyak yox, Ovçinnikov olub. Onun sözlərinə görə, Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı "özünün" AzTV-dəki "kabinetinə" yığaraq söhbət edib:

"Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim sizin, lap elə bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək".

4. Xalq şairi 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, müstəqillikdən sonra isə 1995-2000-ci illərdə millət vəkili olub.

5. B.Vahabzadənin 1958-ci ildə yazdığı "Gülüstan" poemasına görə 1962-ci ildə "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılması və yalnız 2 ildən sonra işə bərpa edilməsi barədə məlumatlar var. Professor Şirməmməd Hüseynov isə Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını, onun məcburi şəkildə doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərildiyini söyləyib.

6. B.Vahabzadə böyük Hüseyn Cavidin nəşinin vətənə qaytarılması üçün imza atan ilk şəxs olub.

7. Professor Şiməmməd Hüseynov Azərbaycanın İrana və ya Rusiyaya birləşmək əvəzinə müstəqil dövlət olması ideyasını gündəmə gətirməsindən sonra B.Vahabzadə "Gülüstan" poemasını yazmağa qərar verib.

8. B.Vahabzadə dünyasını dəyişəndə qolundakı saatın kiçik əqrəbi səkkizin, böyük əqrəbi isə üçün üstündə dayanıb. Xalq şairi səksən üç yaşında dünyasını dəyişmişdi.

9. Vahabzadə Türkiyədə "Varlıq" jurnalında Füzuli barədə tənqidə cavab olaraq yayımlanan "Yel qayadan nə aparır" məqaləsi ilə tanınıb. Bundan sonra onun yazıları türk ədəbiyyatı jurnallarında müzakirə mövzusuna çevrilib.

10. Bəxtiyar Vahabzadə Səməd Vurğunun poeziyasından dissertasiya yazıb. O, Səməd Vurğunla bağlı maraqlı bir xatirəsini də danışıb:

"Onda S.Vurğun xəstə yatırdı. Osman Sarıvəlli ilə yanına getmişdik. Sarıvəlli evə girib dedi ki, "Ayə, çoxmu yatassan, qalx, millət səndən yeni şeirlər gözləyir. Al, budur ey, üçcildliyin birinci cildi çıxıb". Vurğun bir qədər dirçəldi və uşaq sevinci ilə kitabı vərəqləməyə başladı. Birinci səhifədən başlayaraq, uzun-uzadı rəhbərə salam, rəhbərin şineli, rəhbər, rəhbər, partiya, komsomol məzmunlu şeirləri düzülmüşdü. Birdən kitabı evin ortasına atdı və dedi: "Ə, bunu nəyə gətirmisən, mən ölməmiş mənim yaradıcılığım ölüb ki!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1738   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

06.05.2024 352
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

06.05.2024 228
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 73
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

06.05.2024 455
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 256
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

06.05.2024 18
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

06.05.2024 252
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

06.05.2024 489
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 125