Hava proqnozunun verilməsi çətinləşib - Fəsillər arasında keçidlər "sürüşür"

Hava proqnozunun verilməsi çətinləşib - Fəsillər arasında keçidlər "sürüşür"Hava proqnozunun verilməsi çətinləşib.

BiG.AZ xəbər verir ki, bunu jurnalıstlərə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

"İqlim və hava şəraiti daim insanı həyatı üçün mühüm olub.​ Biz hava şəraitindən tam asılı olan ibtidai insanlardan danışmırıq. Hazırda bəşəriyyətin, elm və texnikanın sürətli inkişafına baxmayaraq, həyatımız hələ də müəyyən dərəcədə hava şəraitinin ​və iqlim dəyişmələrinin təsirlərindən asılıdır.

Bu barədə çox və ətraflı danışmaq olar, lakın biz sinoptiklərin öhdəsinə düşən hava şəraitinin proqnozlaşdırılması ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirik. Belə ki, sinoptika sahəsində ​ təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hava şəraitini proqnozlaşdırmaq daha ​da çətinləşib.​ Soruşa bilərsiniz ki, bütün dünyada, o cümlədən bizdə də ildən-ilə texniki imkanlar yaxşılaşır, müasir avadanlıqlar tətbiq olunur, bu sahədə elm irəli gedir. Onda nə üçün hava proqnozunu vermək daha mürəkkəb olub?

Əlbətdə ki, müxtəlif fikirlər, fərziyələr var, səmimi desəm, bu suala birmənalı cavab verməkdə çətinlik çəkirəm. Əgər əvvəllər ilin ​fəsilləri və onlara səciyyəvi hava şəraiti daha aydın özünü biruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər, əgər belə demək olarsa "sürüşür", meteoroloji anomaliyalar daha gabarıq və daha tez-tez özünü göstərir".​ ​

Mütəxəssis qeyd edir ki. 90-cı illərdə, bu prosesləri izləyərək, onların başlanmasını, inkişafını və dinamikası bu təsfirlərə uyğun baş verirdiyinin ​şahidi olduğu halda, bu gün həmin klassik proseslərı getdikcə daha az müşahidə edirik: 2Sabit sinoptik şəraitdə gözlənilməz anı dəyişikliklər qeyd edirik ki, bunları hətta bir gün əvvəl ​ proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri ​ "tutmur".

U. Tağıyeva hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdıqları bəzi problemlərə toxunub. Qeyd edib ki, bu problemlər, ilk növbədə, güclü külək, leysan yaşışlar, anomal isti və soyuqlarla bağlıdır: "Beynəlxalq təcrübədə qəbul olunmuş termin və formatlara uyğun xəbərdarlıqlar olunur. ​
Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki, ​həm panika ​yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar və onların xasiyyətləri, davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidərək, dərhal mağazalara üz tutur, uzunmüddətli blokadaya hazılaşırmış kimi davranırlar. Elə bu səbəbdən də, biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyatla yanaşmağa məcburuq.
Çox gözəl başa düşürük ki, bizim vaxtında və düzgün verilmiş proqnoz və xəbərdarlıqlardan insanların sağlamlığı, bəzən hətta həyatı ( neftçilər, dənizçilər, və s.) asılıdır . Ekstremal hava şəraiti haqqında xəbərdarlıqlarımız bütün müvafiq ​ struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun olaraq öz işlərini tənzimləyirlər".

Nazirliyin rəsmisi qeyd edib ki, son zamanlar, Bakı şəhər İcra Hakimiyyəti​ onlara böyük dəstək göstərir, xəbərdarlıqlara operativ reaksiya verərək, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır: "Bununla yanaşı, öz səhlənkarlığını və lageyidliklərinin məsuliyyətini sinoptiklərin ünvanına atmaq istəyənlər də tapılır. Biz konstruktiv tənqidə də açığıq".

Onun sözlərinə görə, dövlət tərəfindən sinoptiklərin işinin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki baza yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur ki, bu da öz növbəsində işin keyfiyyətinin yüksəlməsinə yönəlir: "Bu ili sonunadək, dövlət investiaiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq".

O qeyd edib ki, Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir. Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə ​ bizi tez-tez sınağa çəkdiyi zaman: " Yalnız sahələrarası düzgün əlagələndirilmiş iş sayəsində, ola biləcək insan itkisinin qarşısını almaq​ mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabr ayında özünün 70 illik yübileyini qeyd edəcək Neft Daşları stansiyasının​ avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər ​ idarə etməlidir. Bu mütəxəssilərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlıdır və inasanlara lazımlıdır. Biz öz sıralarımızda bu sahə ilə maraqlanan gəncləri görmək istərdik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1069   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245