Baş Prokurorluq KİV-ə müraciət etdi: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıq

Baş Prokurorluq KİV-ə müraciət etdi: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıqBir çox mütəxəssislər hesab edirlər ki, KİV-də intihar xəbərlərinin yer alması belə hadisələrinin insanların gözündə adiləşməsinə gətirib çıxarmaqla yanaşı, həyatda ümidsizliyə qapılıb psixoloji sarsıntı keçirən insanların diqqətini cəlb edir və onlarda intihar meyllərini artırır.

BiG.AZ xəbər verir ki, bununla bağlı Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, prokurorluq intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir:

"Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümüdsüzliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir".

Baş Prokurorluğun sözçüsünün sözlərinə görə, intiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər:

"İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveç adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 633   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 314
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 141
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 103
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 154
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 270
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211