"Roshen" şirkətinə məxsus "Galaretka" şokoladlı konfeti xarab çıxdı - FOTOLAR

"Roshen" şirkətinə məxsus "Galaretka" şokoladlı konfeti xarab çıxdı - FOTOLARBakının mərkəzindəki iri supermarketlərin birindən məşhur Ukrayna brendi olan "Roshen" şirkətinə məxsus "Galaretka" şokoladlı konfeti xarab çıxıb.

BiG.AZ xəbər verir ki, virtualaz.org-un əməkdaşı "Galaretka" şokoladı alıb. Lakin konfeti açanda məlum olub ki, məhsul xarabdır, kiflənib. Rəngi ənənəvi şokolad rəngində deyil, sarımtıl rəngə çalır, üzərində ovuntuların olması və bərkliyi onun köhnə və xarab olduğunu göstərir.

Çəki ilə satıldığından şokolad kağızının üzərində saxlanma müddəti ilə bağlı hər hansı qeyd olmayıb. Nəzərə alsaq ki, isti yay qida zəhərlənmələri ilə aktualdır, keyfiyyət standartları pozulmuş belə qidalar əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyi ola bilər.

Bəs Ukraynanın keçmiş prezidenti, "şokalad kralı" kimi tanınan Pyotr Poroşenkonun şirkətinin xarab konfetləri Bakı marketlərinin piştaxtalarına necə gəlib çıxıb?

Məsələni aydınlaşdırmaq üçün xarab konfetlərin satıldığı mağazaya gedilib. Mağazanın direktor müavini, özünü Şölə xanım kimi təqdim edən qadın bildirir ki, satdıqları konfetlərin xarab olmasından xəbərsizdir. Mağaza rəsmisi "Roshen Azerbaijan" firmasının ekspeditoruna zəng vurub. Dəstəyi götürən ekspeditor xanım həqiqətən xarab konfetlərin olması ilə bağlı deyilənlərlə razılaşır:

"Bəli, təəssüf ki, bu partiya vurduğumuz "Galaretka" şokoladları xarab çıxıb. Əslində bu şokoladlar təzə məhsuldur və az müddətdir ki, ölkəyə idxal olunur. Amma buna baxmayaraq əhalinin diqqətini cəlb eləmişdi və yaxşı satılırdı. Təəssüf ki, son partiya xarab çıxdı. Biz özümüz də bilmirik ki, niyə belə olub. Hazırda bütün mağazalardan həmin məhsulları yığışdırmışıq, bir bu mağaza yadımızdan çıxıb. Üzrlü sayın, biz oradan da yığışdıracağıq", - firma rəsmisi bildirir.

Amma əməkdaş özünü təqdim etmək istəmir və dəstəyi "Roshen Azerbaijan" şirkətinin bölgə müdiri Ramin Qəhrəmanova ötürür. Lakin R. Qəhrəmanov təxminən yarım dəqiqə əvvəl açıqlama verən xanımın dediklərini təkzib edir: "Biz müştərilərə xarab mal satmırıq. Özünüz də gəlib maraqlana bilərsiniz, bizdə məhsul maksimum 21 gün qalır. Hər həftə də yeni məhsul gəlir. Mağazada müştəriyə çatdırılan xarab məhsul mağazanın saxlama şəraitinin problemidir. Biz kondisionerli maşınla ölkəyə idxal olunandan sonra maksimum 4-18 gün ərzində məhsulu müştəriyə çatdırırıq. Müştəri qutunu açır, baxır, sonra alır", - deyə R. Qəhrəmanov bildirir.

Qeyd edək ki, supermarketlərdə xarab qənnadı məhsullarının satılması ilə bağlı bu yeganə hal deyil. Bir neçə gün əvvəl də"Veysəloğlu Yaycılı Qardaşlar" MMC-yə məxsus olan "Sweet" konfetindən də qurd çıxdığı haqda xəbərlər saytlarda yayılmışdı.
"Roshen" şirkətinə məxsus "Galaretka" şokoladlı konfeti xarab çıxdı - FOTOLAR"Roshen" şirkətinə məxsus "Galaretka" şokoladlı konfeti xarab çıxdı - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1400   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Masazırda bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasınd

10:48 129
.

Mağazada gecələmək faciə ilə nəticələndi

ABŞ-ın Florida ştatında yerləşən Dollar Tree mağazasının anbarındakı dondurucuda kişi meyiti tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı Helen Massiell Garay Sanchezin cəsədi səhər növbəsində işləyən əməkdaş tərəfindən aşkar edilib. İlkin məlumata görə, Sanchez mağaza bağlanmazdan əvvə

11:29 120
.

Petteri Orpo: Avropa üçün alternativ yoxdur

Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq

12:00 94
.

Alimlər təbii elektrik stansiyaları kimi fəaliyyət göstərən qayalar kəşf etdi

Alimlər hidrogen istehsal edən və "reaktor" kimi davranan süxurlar aşkar ediblər. Bu tapıntı dərin okeanların kimyasının necə işlədiyini və ehtimal ki, milyardlarla il əvvəl həyatın necə yarandığını anlamaq üçün mühüm açar rolunu oynayır. Qaynarinfo nəşrinə istinadən xəbər verir ki, Kardif

15.12.2025 247
.

Gizir Xanıya şəhidlik statusu verildi

Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib

15.12.2025 354
.

Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu

15.12.2025 653
.

2035-ci ilə qədər insanlar və robotlar arasında müharibə təhlükəsi

2035-ci ilə qədər insanlar və robotlar arasında münaqişənin baş verə biləcəyi proqnozlaşdırılır. xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın "The Daily Telegraph" qəzeti bu barədə məlumat yayıb. Məlumata görə, növbəti onillikdə robototexnika çatdırılmadan tutmuş təmizliyə qədər insa

15.12.2025 234
.

Fransada qaçqınlarla bağlı gərginlik artıb

Fransada bir çox qadın, ukraynalı qaçqınların fransız kişilərlə münasibət qurmasından narazıdır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Shot qəzeti məlumat yayıb. Məlumatda, yaranan gərginlik səbəbindən bəzi ukraynalı qadınlara Fransanı tərk etmələri tövsiyə olunub. [hh4-unikal

15.12.2025 234
.

"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ

15.12.2025 512
.

TOP MP3