Uşaqlarda kökəlmənin qarşısını necə alaq? - Pediatr izah edir

Uşaqlarda kökəlmənin qarşısını necə alaq? - Pediatr izah edir
Əksər valideynlər uşaqlarının kökəlməsi üçün əlindən gələni edir və adətən də buna lap balaca yaşlardan başlayırlar. Bir çox valideyn elə hesab edir ki, köklük və çox yemək sağlamlıq əlamətidir. Mütəxəssislər isə hesab edir ki, uşaqları çox yeməkdən qorumaq lazımdır və kökəlmələrinin qarşısı alınmalıdır.

BiG.AZ bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan pediatr bildirib ki, uşaqları həddindən artıq çəki almaqdan qorumaq üçün düzgün qidalanma ilə bərabər, qidalanma şəklinə və gündəlik hərəkətlərə diqqət yetirməkdə lazımdır:

"Uşaqların həddindən artıq çəki almaması üçün diqqət edilməsi vacib olan bir necə nüans var. Yemək hər gün eyni vaxtda olmalıdır. Bütün ailə üzvləri birlikdə yemək yeməlidir və yemək yeyərkən söhbət etmək lazımdır. Bu, çox yemənin qarşısını alır.

Valideynlər uşaqların sevimli məşğuliyyətləri olmasına diqqət yetirməlidr. Mümkün qədər bu məşğuliyyətlər hərəkətli olmalı və uşaq bu işlə məşğul olarkən lazımi qədər hərəkət etməlidir. Valideynlər çalışmalıdır ki, uşaqlarında yeni hobbilər, məşğuliyyətlər tapmaqda onlara yardım etsinlər. Bu uşağı daha da həvəsləndirir".

Pediatr bildirib ki, uşaqların sağlam qidalanması üçün valideynlərin də eyni formada qidalanması və uşaqlara örnək olması önəmlidir:

"Günün müəyyən bir hissəsini bir neçə dəqiqəlik idman üçün ayırmaq lazımdır. Bu zaman valideynlər də idman edərək uşaqlara nümunə olmalıdır. Uşaqları TV-yə baxmaqdan, kompüter oyunları oynamaqdan, bir sözlə, passiv həyat tərzi keçirməkdən uzaq tutmaq vacibdir".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 552 Tarix: 13.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər