Ay tutulur (Fotolar)

Bu gün qismən Ay tutulmas baş verəcək, 5-6 iyun tarixlərində isə Venera Günəş diskindən keçəcək.

Astrofizik Cəsart Əliyev Lent.az-a açıqlamasında deyib ki, Amerikan folkloruna görə iyunda görünən tam Ay həm də "Çiyələk Ay" adlanır.

Bu termin həmin dövrdə çiyələk yetişməsi bağlı yaranıb. Bu gün dünya vaxtilə 06:16 və 13:19 arasında "Çiyələk Ay"-ın tutulması baş verəcək. Tutulmanın maksimumu saat 11:03-ə düşür. Tutulma Quzey və Güney Amerikada, Avstraliyada, Doğu Asiyada və bütün Sakit okean boyu görünəcək. Azərbaycanda isə tutulma görünməyəcək.

Venera Günəş diskindən keçməsinə gəlincə, astrofizik bildirib ki, Veneranın ölçüləri Günəşin ölçülərindən çox-çox kiçik olduğundan o, günəş səthində qara ləkə kimi görünür: "Bu olay bəzən bir neçə ildən bir, məsələn bundan öncə 2004-cü il iyunun 8-də baş vermişdi, bəzən isə 100 ildə bir baş verir. Məsələn, sonrakı 2117-ci il dekabrın 11-də olacaq. Yəqin ki, səbirsiz oxucularınız 2117-ci ili oturub gözləmək istəməyəcəklər. Onlar olaya elə indi də aşağıdakı şəkillərdə baxa bilərlər. Oxucular şəkillərdə Yer kürəsinin fərqli bölgələrində günəş tutulmasını və Veneranın günəş səthindən keçidini görə bilərlər".

Cəsarət Əliyev Ay və Günəş tutulmalarının mexaniki-optik olaylar olduğunu və Yerdə baş verənlərə birbaşa təsiri olmadığını da söyləyib: "Bir məqamı da qeyd etmək istəyirəm. Mayda başlayan yertərpənmələri bu günə kimi səngiməyib və az qala hər gün bir 6 maqnitudalı yertərpənməsi baş verib. Elə bu gün də, yəni iyunun 4-də, Güney Panamada Sakit okeana düşən iki 6.2 və 6.4 və maqnitudalı yertərpənməsi baş verdi. Günəşdən gələn dəyişən plazma seli, planetlərarası maqnit sahəsində zərbə dalğasının yayılması, Yerin maqnit sahəsində bu gün baş verən qasırğa və nəhayət, Günəşdə çox iri tac dəliyi yertərpənmələrinin törədiciləridir. Seysmik aktivliyin Ayın qravitasiyası ilə bağlılığı olmamış deyil. Amma Ay və Günəş tutulmaları mexaniki-optik olaylardı və seymik aktivliyə səbəb olmur".

mənbə: lent.az

Ay tutulur (Fotolar)Ay tutulur (Fotolar)Ay tutulur (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3127   Tarix: 05 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281