Azərbaycandan Türkiyəyə qadın "ixrac edən" şirkətlər - "İndi ancaq qadınları göndəririk, nə istəsəniz var..." - FOTO

Azərbaycandan Türkiyəyə qadın "ixrac edən" şirkətlər - "İndi ancaq qadınları göndəririk, nə istəsəniz var..." - FOTOTürkiyə KİV-ləri az qala hər gün ölkənin bu və ya digər vilayətində polisin fahişəliklə məşğul olan qadınlara qarşı keçirdiyi əməliyyatlar barədə xəbərlər yayır. Və bu xəbərlərdə hər dəfə Azərbaycandan olan qadınların da adları keçir. Elə iki gün əvvəl polis əvvəlcə imkanlı qocalara ərə gedib Türkiyədən oturum alan, daha sonra boşanıb fahişəlik edən 14 azərbaycanlı qadının, onları "bazarlayan" 3 türkiyəlinin saxlanılması barədə xəbərlər yayılmışdı.

Ötən il ərzində Azərbaycanda 144 insan alveri cinayəti qeydə alınıb. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2018-ci il üçün açıqladığı hesabata görə, bununla bağlı 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, 51 nəfər barəsində axtarış elan olunub, təqsirləndirilənlərdən 34-ü tutulub.

Bunlar insan alveri qurbanları ilə bağlı bir il üçün olan rəsmi rəqəmlərdir. Heç kim inkar etmir ki, əslində statistika rəsmi rəqəmlərdən dəfələrlə böyükdür. Bəs azərbaycanlı qadınları insan alverinin qurbanına çevirən nədir? Kimlərin qurban olma ehtimalı daha yüksəkdir?

Əsas marşrutlar: Türkiyə və Birləşmiş Ərəb Əmirliyi

İnsan alverini silah alverindən sonra ən çox gəlirli sahə adlandırırlar. Qurbanlar arasında uşaqlar və kişilərə də rast gəlinsə də, əsas zərərçəkmişlər qadınlardır. Araşdırmalar nəticəsində məlum olur ki, Azərbaycanda bu sahədə əsas marşrutlar Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinədir. Amma bu klassik yoldur, bundan əlavə, insan alveri qurbanlarının Hindistan, İran, Suriya, İraq və digər ölkələrə də aparılması hallarına rast gəlinir. Bundan başqa, Azərbaycan Moldovadan, Özbəkistandan, Qazaxıstandan Türkiyəyə fahişəliyə aparılan qadınlar üçün həm də tranzit ölkə rolu oynayır.

Seksual istismara, qul kimi işlədilməyə məruz qalan azərbaycanlı qadınlar daha çox yay aylarında - Türkiyənin dəniz sahili turizm bölgələrində - Trabzon, Antalya, Bodrum və həmçinin, İstanbul və Ankaraya aparılaraq əxlaqsızlığa vadar edilir. Bunlar daha çox maddi vəziyyəti aşağı olan, evsiz, köməksiz qadınlar, bəzi hallarda isə internatda böyümüş gənc qızlardır. Onları daha çox yüksək məvacib təklif edən iş elanları ilə cəlb edirlər.

İnternetdə kiçik bir araşdırma aparsaq, heç bir ali təhsil və ya dil biliyi tələb olunmadan Türkiyədə yüksək məvacibli iş təklif edən xeyli sayda elana rast gələrik. Daha çox Antalya, Bodrum, İstanbul və digər şəhərlərdə iş təklif edən bu şirkətlərdə tələblər nə qədər zəif olsa da, məvacib kifayət qədər yüksəkdir - min manatdan , üç min manata qədər.

"Nəinki ali, orta təhsiliniz də yoxdursa olar..."

Belə şirkətlərdən birinə zəng edib şərtlərlə maraqlanırıq. Operator xanım cır səslə izah edir ki, bu qədər maaşı bizə demək olar ki, heç bir ali təhsil haqqında sənəd və ya dil biliyi olmadan verəcəklər: "Əlbəttə sizin ali təhsiliniz varsa, bu daha yaxşıdır, daha çox maaş alma imkanınız var. Çünki məvaciblər bundan asılı olaraq arta bilər. Amma yoxdursa da, problem deyil. Bizdə nəinki ali, orta məktəbi bitirmək də şərt deyil. Amma bilməlisiniz ki, təyyarə bileti və "oturum izni" üçün ödəniş sizlikdir", -dəstəyi götürən Kəmalə adlı xanım bildirir.

Həmsöhbətimizi hürkütmədən son vaxtlar iş adı ilə fahişəliyə cəlb edən firmaların yayılmasından bir qədər narahat olduğumuzu bildiririk və bu şirkətin nə qədər etibarlı olub-olmadığını soruşuruq. Həmsöhbətimiz izah edir ki, onların şirkəti rəsmi şirkətdir və xaricə göndərəcəyi işçi ilə müqavilə bağlayır: "Bizim ofisimizə yaxınlaşın, sizə daha ətraflı məlumat verək. Bizə müraciət edənlər çoxdur və demək olar ki, hər gün Türkiyəyə işçi göndəririk. Bunu gəlsəniz öz gözlərinizlə görə bilərsiniz. Müqaviləyə görə isə cəmi 30 manat zəhmət haqqı alırıq. Bundan əlavə 1500 manat oturum izni üçün köçürməlisiniz. Biz sizi qalmağa yerlə təmin edirik. Heç narahatlığa əsas yoxdur".

"İndi Türkiyəyə ancaq qadınları göndəririk..."

Digər şirkətdən - "AHB İş Mərkəzi"ndən də eyni şərtləri eşidirik. Hər iki işə düzəltmə şirkətində bizə yalnız qadınları işə götürdüklərini deyirlər: "Kişilərlə bağlı vakansiyalarımız hazırda yoxdur. İndi Türkiyəyə ancaq qadınları göndəririk. Orada nə iş istəsəniz var - uşaq baxıcısı, oteldə xadimə, masajçı və sair, seçim sizin özünüzdən asılıdır", - şirkətin əməkdaşı deyir.

Sosial şəbəkələrdə də xeyli sayda belə iş elanları yayan şirkətlərə rast gəlirik. Cəmi bir-iki işçisi olan belə şirkətləri elə sosial şəbəkə elanlarının altında yazılan şərhlər ifşa edir. Məsələn, "Facebook"da azərbaycanlı qadınlara Türkiyədə ər tapan səhifələrin birində hər paylaşıma yüzlərlə şərh yazılır. Tanışlıq üçün öz mobil nömrələrini yerləşdirən türk kişilərin çoxu ciddi niyyətdə olduğunu, evlənmək üçün də məhz azərbaycanlı qadın axtardığını yazsa da, bəziləri niyyətlərini açıq şəkildə yazaraq əylənmək üçün qız axtardıqlarını deyirlər. İnstagram sosial şəbəkəsində də xeyli belə səhifəyə rast gəlirik. Əksəriyyəti bir neçə il əvvəl açıldığından orada yerləşdirilən telefon nömrələrinə zəng çatmır.

"Borc verib özlərindən asılı hala salırlar..."

BiG.AZ xəbər verir ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov virtualaz.org-a açıqlamasında bildirir ki, insan alveri qurbanları ən çox klassik yolla - xaricdə iş vədi verməklə, iş təklifi etməklə məşğul olan xüsusi qruplaşmalar tərəfindən aldadılırlar. Amma bu tək üsul deyil, digər üsullar da var.

"Müəyyən qruplaşmalar var ki, onlar sosial şəbəkələr vasitəsilə müəyyən məlumatlar paylaşmaqla potensial qurbanlar axtarırlar. Bu klassik üsuldur və bu üsulun zaman-zaman müxtəlif formaları ortaya çıxa bilər. Amma hamısısnın kökündə bu məsələ durur. Daha çox xanımlara xaricdə iş təklif olunur. Hədəf işsiz, natamam ailələrdən olan zümrələrdir. Sosial şəbələkər belə qruplar üçün daha əlverişlidir. Digər tərəfdən də, bu üsulun özündə də yeniliklər tətbiq olunur. Həmin qruplaşmalar yalançı, uydurulmuş tarixçələrdən istifadə edirlər: guya kimsə getdi, iş tapdı, indi həyatı da gözəldir. Hətta yalançı şəkillər də paylaşılır. Bunlar saxtadır və əsasən "fake" profillər vasitəsilə tirajlanır".

A.Allahverənov deyir ki, bəzi hallarda isə xaricdə yaşayan şəxslər müəyyən məsləhətlər almaq və ya işə düzəlmək üçün belə şirkətlərə yaxınlaşır və həmin qruplaşmanın üzvləri tərəfindən tora salınır: "Bəzən onlara borc verirlər və nəticədə özlərindən asılı hala salırlar. Bəzən sənədlərini alıb qaçaq yollarla, qeyri-qanuni üsullarla xaricə miqrasiyaya kömək edirlər. Bu halda da onlar həmin qruplaşmanın təsiri altına düşürlər. Bəzən də olur ki, şəxslərlə müqavilə bağlayan, möhürü olan şirkəti araşdıranda məlum olur ki, əslində heç müvafiq dövlət orqanlarında qeydiyyatdan keçməyib".

Amma bu o demək deyil ki, bütün xaricdə iş elanlarının hamısı təhlükəlidir. A. Allahverənov deyir ki, bir çox hallarda həqiqətən xaricdə iş təklif edən şirkətlərə də rast gəlinir. Belə hallardan qaçmaq üçün isə bütün sadalanan məsələlərin hamısını hüquq müstəvisində həll etməyə çalışmaq lazımdır. Çünki qeyri-qanuni yollarla miqrasiya etməyə çalışanlar əsas potensial qurbanlardır.

Azərbaycandan Türkiyəyə qadın "ixrac edən" şirkətlər - "İndi ancaq qadınları göndəririk, nə istəsəniz var..." - FOTOAzərbaycandan Türkiyəyə qadın "ixrac edən" şirkətlər - "İndi ancaq qadınları göndəririk, nə istəsəniz var..." - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1451   Tarix: 10 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış

14.12.2025 147
.

Levon Ter-Petrosyan yenidən EMK Partiyasının sədri seçilib

Levon Ter-Petrosyan dekabrın 14-də keçirilən partiya qurultayında yenidən Ermənistan Milli Konqresinin (EMK) sədri vəzifəsinə seçilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bu qərar 29 üzv arasında keçirilən gizli səsvermə nəticəsində qəbul olunduğu bildirilib

14.12.2025 120
.

Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu

Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdl

14.12.2025 156
.

Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib

HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə

14.12.2025 114
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

14.12.2025 154
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14.12.2025 129
.

Nərimandan tənqidlərə "cavab"

"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu

14.12.2025 364
.

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi

Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd

14.12.2025 181
.

Britaniya hökuməti: "Ukrayna üzrə danışıqlarda dönüş nöqtəsi yaxınlaşıb"

Ukrayna üzrə danışıqlarda dönüş nöqtəsi yaxınlaşıb. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə danışığından sonra krallığın hökumətinin Mətbuat Xidməti tərəfindən yayımlanan bəyanatda bildirilir. Bəyanata əsasən, Ki

14.12.2025 119
.

TOP MP3