Yeni tələbə olanların NƏZƏRİNƏ - Qeydiyyat üçün bu sənədlər lazım olacaq - SİYAHI

Yeni tələbə olanların NƏZƏRİNƏ - Qeydiyyat üçün bu sənədlər lazım olacaq - SİYAHIDövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.
Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Tələbə adını qazananlar üçün əsas məsələ nəticələr bilindikdən sonra universitetə qeydiyyatın nə zaman aparılması və hansı sənədlərin lazım olması ilə bağlıdır.

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib.

Bundan sonrakı görüləcək işlərin təqvimini ekspert mərhələlərə bölüb.

- Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 15 - 27 avqust

- Boş qalan yerlərə ixtisas seçimi 15 - 19 avqust

- Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 avqust - 2 sentyabr

Qeydiyyat üçün lazım olan sənədlər:

1. Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar (kollec) diplomu;
2. 4 foto (ölçü 3x4sm);
3. Tibbi arayış (sağlamlıq haqqında);
4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);
5. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;
6. Tələbənin FİN kodu və parolu (iş nömrəsi);
7. Ağ qovluq (Sənədlər üçün).
8. Məcburi köçkün vəsiqəsi.

Qeyd 1: 18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.

Qeyd 2: Qanunda nəzərdə tutulan ödənişdən azad olunanlar ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.

Qeyd 3: Bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən (facebook səhifələrindən həmçinin) əldə edə bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1366   Tarix: 09 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bloomberg: "2026-cı ildə qızılın qiyməti sürətlə bahalaşacaq"

Bloomberg-in analitiklərinə istinadən yayılan məlumatda bildirilir ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklər və geosiyasi risklərin artması fonunda qızılın qiyməti kəskin şəkildə yüksələcək. BİG.AZ Bloomberg-ə istinadən xəbər verir ki, hesabata görə, mərkəzi bankların dollar ehtiyatlarını azaltmas

16:37 192
.

"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat

11:59 148
.

Türkiyənin hər yerində Bibliyada deyilən nəhəng torpaq çökəklikləri yaranır

Türkiyənin müxtəlif bölgələrində torpağın iri miqyaslı çökmələri getdikcə daha tez-tez müşahidə olunur. Bu çökəkliklərin bəzilərinin dərinliyi onlarla, hətta yüzlərlə metrə çatır. Ən xurafatçı insanlar bunu ali qüvvələrin əlaməti kimi dəyərləndirir və hətta Bibliya peyğəmbərliklərini xatırladırlar. Laki

11:40 461
.

Sabah bəzi yollar buz bağlayacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 16-da gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

17:00 191
.

"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ

Hər il ölkədə minimum əmək haqqı artsada, bu il heç bir artım olmadı. Ölkədə ərzaq qiymətləri sözün əsl mənasında hər gün artır. Bir müddət bundan əvvəl ictimai nəqliyyatda qiymət artımı baş verdi. Hökümət artıq yanvar ayından kommunal xidmətlərin artacağını anons edib. Bütün bunların fonunda isə maa

15:35 395
.

Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:. "general-leytenant"

16:06 216
.

"Express Lounge" qeydiyyatsız işləyirmiş... - Fotolar

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus "Express Lounge" ictimai iaşə obyektində yoxlama keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirili

17:19 160
.

Ramaldanovun qəzaya düşən qohumlarının vəziyyəti necədir?

Qusarın Yuxarı Ləgər kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, ötən gün saat 15:00 radələrində Qusar rayonu ərazisində ba

11:11 457
.

Rusiyayönlü siyasət Avropada narahatlıq yaratdı

Macarıstanın baş naziri Viktor Orbanın siyasi baxışları və mövqeyi Avropa Birliyindən (AB) daha çox Moskva ilə yaxınlıq təşkil edir. xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın Sky News telekanalına açıqlamasında Polşanın ədliyyə naziri Valdemar Žurek səsləndirib. "Bu gü

18:30 101
.

TOP MP3