Narkotik çəkib arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxsdən YENİ XƏBƏR

Narkotik çəkib arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxsdən YENİ XƏBƏRArvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən "Buta Palace"ın art direktoru Ramiz Taxvelinin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə R. Taxvelinin vəkili vəsatət verərək məhkəmə iclaslarının audio və video görüntülərlə lentə alınmasını istəyib. Vəsatət təmin edilməyib.

Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dindirilməsi barədə vəsatət verilib. Ramiz Taxvelinin avtomobilinə baxış keçirilib oradan marixuana aşkar olunarkən R.Məmmədova hal şahidi kimi orada iştirak edib. Məhkəmə bu vəsatəti təmin edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan R.Taxveli məhkəməyə əlil arabasında gətirilib. Şüşə qəfəsdə deyil, konvoyun nəzarəti ilə salonun girişində əlil arabasına saxlanılır. O, proses zamanı rabitəsiz nitqlər söyləyir. Lakin istintaq onun anlaqlı vəziyyətdə olduğunu müəyyənləşdirib. Keçmiş qayınanası isə Taxvelinin bu hərəkətlərini şou adlandırıb.

Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.
İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.

Mərhum Adelya Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası nazirin xalası qızıdır.

Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1159   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

22:00 66
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

18:10 149
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

20:10 117
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 165
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 290
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

11:50 251
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

10:00 146
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

20:50 98
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

21:40 76