Uşaqların döyüldüyü bağçanın müdiri: "Görüntülər mənim günahsız olduğumu ortaya qoydu"

Uşaqların döyüldüyü bağçanın müdiri: "Görüntülər mənim günahsız olduğumu ortaya qoydu"Bu gün Bakı Apellyasiya Məhkəməsində azyaşlının uşaq bağçasında fiziki zorakılığa məruz qalması ilə bağlı açılmış cinayət işi üzrə bəraət almış Nigar Müseyibova barəsindəki hökmdən prokurorun verdiyi apelyasiya protesti üzrə proses keçirilib.

E-huquq.az xəbər verir ki, N.Müseyibova deyib ki, heç bir günahı yoxdur: "Bir ilə yaxın istintaq və məhkəmə davam edib. Sübut olundu ki, mənim günahım yoxdur. Mən işdə olduğum müddətdə belə hal olmayıb. Kameralara "reseption"da işləyən Nərgiz Novruzova nəzarət edirdi. O da mənə heç nə deməyib. Özü də həm istintaqda, həm də birinci instansiya məhkəməsində bunu etiraf etdi". N.Müseyibova iddia edir ki, valideynlərin özlərinin də online qaydada bağçada olanları izləmək imkanı vardı. Onlardan heç bir şikayət eşitməyib. Uşaqları döyməkdə suçlanan tərbiyəçiyə gəlincə, müdir deyir ki, F.Tağıyeva əvvəl işlədiyi bağçadan olan on nəfər uşağın valideyni ilə birlikdə onlara müraciət edib: "Dedilər ki, əvvəlki bağçanın müdiri onları sıxır, daha çox sərbəstlik istəyirdilər. Valideynlər özləri də o müəlliməni istəyirdilər". Məhkəmə kameralara nəzarət edən Nərgiz Novruzovanın dindirilməsinə qərar verib. İyulun 29-da keçiriləcək növbəti məhkəmədə N.Novruzova gəlib izah etməlidir ki, videolarda uşaqların döyüldüyünü görübmü? Bu barədə müdirə məlumat veribmi?".

Qeyd edək ki, 2018-ci ildə Yasamal rayonunda yerləşən "Kids Studio" Uşaq Mərkəzində azyaşlıların fiziki zora məruz qalması barədə video yayılıb. Uşaqlara qarşı zorakılıq tərbiyəçi Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb və Yasamal Rayon Məhkəməsinin hökmü ilə şərti azadlıqdan məhrum edilib.

"Kids Studio"nun rəhbəri N.Müseyibova isə Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilsə də, məhkəmə ona bəraət verib. Prokuror protest verərək N.Müseyibovanın məsuliyyətə cəlb edilməsini istəyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1148   Tarix: 22 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 614
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 153
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 146
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 634
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 155
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 348
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 443