"Bu yay Sazz keçəcək"

"Sazz 4G" genişzolaqlı simsiz limitsiz internet xidməti yay endirim kampaniyasına başlayır.

ANN.Az-ın verdiyi xəbərə görə, iyunun 1-dən avqustun 31-dək nəzərdə tutulmuş "Bu yay Sazz keçəcək" kampaniyası çərçivəsində şirkət müştərilərə müxtəlif endirim paketlərini təqdim edəcək. Kampaniyada təqdim olunan endirim paketlərindən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm "Sazz" abunəçisi ola biləcək, həm də onlara lazım olan qurğu və avadanlıqları əldə emək imkanına sahib olacaqlar.

"Sazz 4G Internet" yay endirim kampaniyasına üç paket təqdim edib.

Qiyməti 99 manat təşkil edən birinci paketə pulsuz qoşulma, iki aylıq abunə haqqı və AX326 USB modemi daxildir.

159 manatlıq ikinci paketə pulsuz qoşulma və altı aylıq abunə haqqı ilə bərabər AX326 USB modemi daxildir.

Dəyəri 329 manat olan üçüncü paket isə abunəçilərə böyük endirimlə bərabər həm də seçim imkanı verir. Belə ki, həmin paketi almağa qərar verənlər pulsuz qoşulma və 10 aylıq abunə haqqı ilə bərabər iki avadanlıq komplektindən birini seçə bilərlər. Bunlardan birinə AX326 USB modemi, SX361 gücləndiricisi və MF-10 Wi-Fi routeri, digərinə isə AX350 WiFi-WiMax mərkəzi daxildir.

Kampaniya "Sazz 4G Internet"in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisi daxil olmaqla şirkətin brend mağazalarında da keçərlidir.

Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz internet xidməti olan "Sazz 4G Internet" 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub. "Sazz 4G Internet" istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrinin böyük qismini əhatə edən "Sazz Internet" 2012-ci ilin sonlarına qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5425   Tarix: 03 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 168
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 402
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

28.04.2024 272
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 192
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 207
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 282
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 165
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 169