Saxta spirtli içkilər 19 nəfərin həyatına son qoydu

Saxta spirtli içkilər 19 nəfərin həyatına son qoydu

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Kosta-Rikada tərkibində yüksək dozada metanol spirti olan saxta içkilərdən 19 nəfər həyatını itirib.

CNN telekanalının saytı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Kosta-Rikada saxta spirtli içkilərin geniş yayılması səbəbindən bu sahədə xüsusi rejim elan olunub. Gizli sexlərdə istehsal olunan alkoqolun yayılması nəticəsində 32-72 yaş arasında on dörd kişi və beş qadın ölüb. Hüquq-mühafizə orqanları tərəfindən müxtəlif markalı 30 min şüşə spirtli içki müsadirə edilib, sexlərin sahibləri həbs olunub. Səhiyyə Nazirliyi əhalini metanol tərkibli spirtli içkilərdən istifadə etməməyə çağırıb. Bildirib ki, bu cür içkilər zəhərlənmə, kəskin başağrısı, ani ürəktutmalarına səbəb olur.

Dünya Səhiyyə Təşkilatı da bu problemlə bağlı həyəcan təbili çalıb. Qeyd olunub ki, ötən il Hindistanda saxta spirtli içkilərdən 154 adamın ölməsi, digər ölkələrdə bu səbəbdən baş vermiş itkilərlə əlaqədar hökumətlər tərəfindən müvafiq tədbirlər görülməlidir.(AZƏRTAC)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 464 Tarix: 22.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər