Yevlaxda ailə quran gənc oğlan həbsxanalıq oldu - Şok səbəb
Yevlax rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Simran Talışlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Yevlax rayon Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Simran Talışlı yetkinlik yaşına çatmayan Samirə Vəliyeva ilə ailə qurub.
Toy mərasimi keçiriləndən sonra Simran Talışlı Samirə ilə cinsi əlaqədə olub. Simran Talışlı cinsi əlaqədə olan zaman Samirə Vəliyevanın 16 yaşlı tamam olmayıb.
Bu da qanunla nəzərdə tutulmuş qaydada cinayət hesab olunub.
Simran Talışlının 16 yaşına çatmayan qızla ailə qurduğu, sonra onunla cinsi əlaqədə olması barədə Yevlax rayon polis şöbəsinə məlumat verilib.
Polisdə aparılan araşdırma zamanı Simran Talışlının əməlində cinayət tərkibi olduğu üzə çıxıb və o, həbs edilib.
İstintaq orqanı tərəfindən Simran Talışlının barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
Qapalı məhkəmədə iclasında ifadə verən Simran Talışlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Simran Talışlı evlənərkən qızın yaşını dəqiq bilmədiyini, törətdiyi əməlin cnayət olmasından xəbərsiz olduğunu, qıza qarşı hər hansı zorakılıq etmədiyini deyib.
Məhkəmənin növbəti iclası iyulun 24-də davam edəcək.
Qeyd edək ki, məlum hadisəyə görə təqsirləndirilən şəxsi 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 4308 Tarix: 21 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAdil Əliyevin ailəsinə ağır itki
Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!
04.05.2024 430 Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)
Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə
04.05.2024 697 Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib
Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını
04.05.2024 173 Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"
"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan
04.05.2024 121 Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb
Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər
04.05.2024 128 XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı
04.05.2024 155 PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr
04.05.2024 141 Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"
04.05.2024 175 Erməni diasporu Paşinyanı hədələdi
Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa
04.05.2024 178