14 yaşlı qızı liftdə tək gördü, şalvarını çıxardı və... - Bakıda ŞOK

14 yaşlı qızı liftdə tək gördü, şalvarını çıxardı və... - Bakıda ŞOKBakıda yetkinlik yaşına çatmayan qıza qarşı təcavüz etməkdə və narkotik vasitələrin qanunsuz istifadəsində təqsirli bilinən Quba rayon sakini Ruslan Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Ruslan Əmrahov 29 may 2018-ci ildə, saat 16 radələrində Xətai rayonunda binalardan birinin girişində yerləşən liftdə 2004-cü il təvəllüdlü Ləman Məmmədovaya (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) qarşı zor tətbiq edib. Ona qarşı əxlaqsız hərəkətlər göstərib.

Azyaşlıya əxlaqsızlıq etdi, narkotiklə tutuldu

Azyaşlıya qarşı əxlaqsız hərəkətlər göstərən Ruslan Əmrahovdan narkotik vasitə aşkar olub. Ondan satış məqsədilə xalis çəkisi 2,106 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib və özündə saxladığı müəyyən olunub.

İyulun 2-də həbs olunan Ruslan Əmrahov Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə gətirilib və ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

"Dolanışığımız çətin olduğu üçün Bakıya köçdük"

İstintaq orqanı tərəfindən Ruslan Əmrahovun barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan Əmrahov dolanışıq çətin olduğundan 2014-2015-ci ildə anası Sevil və qardaşı Seymur ilə birlikdə yaşadığı Quba rayonundan Bakı şəhərinə köçüblər: "Bakıda müxtəlif ünvanlarda kirayə qalmışıq. Son dövrlərdə xalam Kəmalənin Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki bağ evində məskunlaşmışıq".

"Qızla tanış olmaq istədim"

Ruslan Əmrahovun sözlərinə görə, təxminən beş ay Xətai rayonunda gips zavodundakı tikintisi aparılan yerdə fəhlə işləyib: "Anam isə uşaq bağçalarından birində şirniyyatçi işləyib, qardaşım isə məktəbli olub. Mayın 29-da hava möhkəm küləkli olduğuna görə iş yerindən bizi tez evə buraxdılar. Mən də işdən çıxdıqdan sonra Xətai rayuonunda metrolardan birinin yanına gəldim. Orada gəzişməklə hansısa bir qızla tanış olmaq istədim".

"Ehtiraslanaraq şalvarımı soyundum"

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 16 radələrində binaların arası ilə küçə ilə gedərkən, 15-16 yaşlarında bir qızın, adı istintaqda ona məlum olan Ləmanın getdiyini görüb: "Ləmanı bəyəndiyim üçün onun dalınca düşdüm. Qızın moyka tərəfindəki doqquz mərtəbəli evin daxil olduğu bloka arxasınca liftə girdim. İçəridə ehtiraslanaraq özümdə gözlənilmədən Ləmanın gözü qarşısında şalvarımı soyundum. Cinsi orqanını çıxardaraq oynatdım. Amma Ləmana qarşı heç bir zorakılıq hərəkəti etməmişəm".

Ruslan Əmrahov bildirib ki, lift açılan kimi qız mənzilin biri tərəfə qaçaraq qapını döyüb: "Mən isə yaxalanmağımdan qorxduğumdan sürətlə pilləkənlərlə aşağı endim və oradan uzaqlaşdım. Əməlimdən peşmanam, əvvəllər belə işlərlə məşğul olmamışam".

"Narkotiklə bağlı ittihamı qəbul etmirəm"

Ruslan Əmrahovun sözlərinə görə, iyunun 2-də, saat 19.30-da metronun yanında olarkən üç nəfər polis əməkdaşı ona yaxınlaşıb və onu 34-cü polis şöbəsinə gətiriblər: "İdarədə iki nəfər hal şahidinin və vəkilin iştirakı ilə üzərimə baxış keçirildi. Cibimdən metro kartı, pul, alışqan və siqaretin folqası çıxdı. Polis işçisi folqanı açdıqda içərisində toz şəklində sarımtıl rəngli maddə oldu. Nə olduğunu soruşulanda, mənə məxsus olmadığı cavabını verdim. Narkotikin istifadəçisi və satanı deyiləm. Kiçik yaşlarımdan atasız böyüyərək fəhlə işləmişəm. Əziyyətlə pul qazanmışam. Narkotiklə bağlı ittihamı qəbul etmirəm".

"Mənə ayıb yerini göstərdi"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləman Məmmədova bildirib ki, İmişli rayonunda anadan olsa da, anası və qardaşı ilə birlikdə artıq altı ildir Bakıda kirayə yaşayır: "Atam Rusiyanın Rostov şəhərində bazarda işləyir. Bakı şəhəri Xətai rayonundakı orta məktəbin 10-cu sinfində oxuyuram. Mayın 29-da, saat 16 radələrində riyaziyyatdan fərdi hazırlıqdan çıxandan sonra tək evə gələrkən daxil olduğum blokun liftinə dalımca adı sonradan mənə məlum olan Ruslan girdi. Lift hərəkətə başlayanda oğlan birdən-birə şalvarını soyundu, mənə ayıb yerini göstərdi, sonra oynatmağa başladı. Mənə qarşı zorakılıq hərəkətləri etmədi. Onun hərəkətlərindən utandım, başımı aşağı saldım. Ruslan mənə dedi ki, qorxmayım, mənimlə heç bir işi yoxdur. Lift açılan kimi dərhal qaça-qaça evə çatdım, qapını döydüm. Oğlan sürətlə piləkəni aşağı düşərək, oradan uzaqlaşdı. Hazırda onunla barışmışam, şikayətim yoxdur".

2 il cəza

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və hökm elan edilib. Hökmə əsasən, Ruslan Əmrahovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.

Məhkəmə Ruslan Əmrahovu Cinayət Məcəlləsinin 153.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilib. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Şikayətçi oldu, cəzadan azad edilmədi

Hökmdən narazı qalan Ruslan Əmrahov apelyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini, digər ittiham üzrə təqsirli bilinməsini, amma həbsdə olamayan cəza növünün təyin olunmasını istəyib.

Ruslan Əmrahovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ruslan Əmrahovun şikayəti təmin olunmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3535   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 124
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

04.05.2024 697
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

04.05.2024 689