Bədəninizdəki təhlükəli xallar – Hansılar xərçəncə çevrilə bilər?

Bədəninizdəki təhlükəli xallar – Hansılar xərçəncə çevrilə bilər?Melanoma hazırda dünyada geniş yayılmış, müalicəsi mümkün olmayan və əlamətləri də kəskin bilinməyən dəri xərçəngidir. 90% hallarda xəstəni öldürür.

Yay gəldikcə ultrabənövşəyi şüalar aktivləşir, insanın bədəninin çox hissəsi açıqda qalır, xallara günəş işığı düşür, insanlar müxtəlif isti ölkələrə gedərək gün altında qaralır.

Amma çox insan bilmir ki, özü ilə hər an partlayan bomba gəzdirir. Bu onun xallarıdır. Hər bir insan xallarının xarakteristikasını bilməlidir.

BiG.AZ medicina-ya istinadən xəbər verir ki, rusiyalı həkim onkoloq, radioloq P. A. Qerçenin hansı xalların təhlükəli olması və melanomaya çevrilməsi, eləcə də xalların qorunması və ya onlardan xilas olmaq yolları barədə fikirlərini təqdim edir.

Melanomanın yaş həddi yoxdur. Uşaqdan tutmuş 70 yaşlı qocaya kimi hamı tutula bilər. 100 min nəfərə 7-8 nəfər düşür. Dünyada melanoma yayılmış ölkə Avstraliyadır. Bu oranın iqlimi ilə bağlıdır. 100 min insana 33 nəfər.

Günvurma və gündə yanma xəstəliyi oyadır

İstənilən gündən yanma dərini zədələyir. Dəri gün şüalarından çox zədələnəndə melanositlər adlı hüceyrələrində təhlükəli mutasiyalar proqramı işə düşür və yad hüceyrələr yaranır. İllər sonra bu hüceyrələr melanoma yaradır.

Xüsusən 5 yaşa kimi uşaqların gündə yanması çox təhlükəlidir. Uşaqları çimərliyə, hovuz kənarına aparmayın. Eləcə də bədənində çoxsaylı piqmentasiyalı xalları olanlar, iri ət xalları olanlar, xal törəməsi olanlar gündə yanmamalı, gün altında qaralmamalıdır.

Dərinin pasportu

Melanomanı yaradan digər səbəblər də var.
-Ailədə, nəsildə bu xəstəlik olubsa
-Genetik mutasiyalar
-Zədələnməyə məruz qalan xallar – elə yerdədir ki, sürtülür, toxunur, ilişir

Bu qruplara aid bütün şəxslər uşaq yaşlarından onkoloq yanında müşahidədə olmalı, tez-tez müayinə edilməlidirlər ki, xallar melanomaya çevrilməsin.
Artıq 10 ildir ki, dünyada iri mərkəz və xəstəxanalarda xüsusi texnologiya tətbiq olunur. "Dərinin pasportu" adlanan metodda pasoyentin bütün xalları iri planda fotoşəkli çəkilir, bir arxivə yığılır və hər 6 aydan bir onların dəyişməsi izlənilir: rəngi, ölçüsü, sayı və s. Əgər həkim hansısa xaldan şübhələnsə dermatoskopiya apararaq, xalı incələyir və lazım gələrsə onu götürür.

Xallar harda oldu yandırıla, götürülə bilməz

Xalları yalnız onkoloq götürə bilər. Əgər xal digər yerlərdə, gözəllik salonu, kosmetoloq və ya dermatoloq vasitəsilə götürülərsə, ciddi səhvə yol verilsə, melanoma sürətlə böyüyüb, metastaz verə bilər.
İstənilən xalı kəsəndən sonra onu histoloji analizə göndərməlidirlər. Əgər histologiya nəticəni təmiz göstərsə çox yaxşı, yox xal şiş hüceyrəli olsa, müalicə lazım olacaq.

Melanomaya doğru gedən xalın əlamətləri:

-Xalın ölçüsünün böyüməsi, yayılması
-Formasının dəyişməsi
-Rənginin dəyişməsi: tündləşmə, qaralma, qırmızı, göyümtül rəng
-Yeni xalların yaranması
-Xalın qaşınması, qanaması

Əgər xalınızla bağlı, şübhəli məqam varsa, dərhal onkoloqa müraciət edin


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2469   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 855
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 531
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 442
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1101
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 827
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 792
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 126
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1100
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1856