Azərbaycanın bəzi ali məktəblərində magistraturaya qəbul dayandırılıb

Azərbaycanın bəzi ali məktəblərində magistraturaya qəbul dayandırılıb2012/2013-ci tədris ili üçün Azərbaycanın bəzi ali məktəblərində magistraturaya qəbul dayandırılıb.Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

TQDK sədri bəzi məktəblərdə magistraturaya qəbulun dayandırılmasının səbəbinin onlara məlum olmadığını deyib və bildirib ki, magistraturaya qəbul planı onlara hazır şəkildə daxil olur.

Abbaszadə magistraturaya qəbulun dayandırıldığı ali məktəblərin adlarını da açıqlayıb. O deyib ki, Təfəkkür, Bakı Asiya, Avrasiya, Bakı Biznes, Qızlar, Azərbaycan Koorporasiya, Mingəçevir Politexnik universitetləri və Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya qəbul aparılmayacaq.

TQDK sədri əlavə edib ki, cari ildə magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 olub. Ötən il isə plan yerlərinin sayı 5815 olub. Dövlət sifarişi üzrə ayrılmış yerlərin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir. Ötən il bu rəqəm 2095 olub.

mənbə: trend.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1655   Tarix: 02 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İrana hücum hazırlığı: ABŞ desant göndərdi - Təcili

ABŞ İranın cənubunu ələ keçirmək üçün desant qüvvələrini gizli şəkildə İsrailə göndərib. xəbər verir ki, bu barədə amerikalı jurnalist Kennet Klipenşteyn məlumat yayıb. "Pentaqon mart ayında 82-ci Hava-Desant Diviziyasının Yaxın Şərqə yerləşdiriləcəyini elan edərkən bir vacib detalı gizlətdi: əld

22:00 1
.

ABŞ hərbi helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb; heyət üzvləri xilas edilib

"New York Times" qəzetinin verdiyi məlumata görə , dünən Hörmüz boğazı ərazisində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb və iki heyət üzvü xilas edilib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, hadisədən xəbərdar olan iki şəxsə istinadən verilən hesabatda Apache-nin vurulduğu

11:24 168
.

İlqar Məmmədovla Kamal Cəfərov dalaşdı: "Hələ də anlaya bilmir ki..."

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Kamal Cəfərovla Respublikaçı Alternativ Partiyasının (ReAL) sabiq sədri, siyasətçi İlqar Məmmədov arasında qarşıdurma yaranıb. "Yeni Sabah" xəbər verir ki, buna iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələr

20:15 59
.

"Bakı Kart" kartlarının qiyməti dəyişdirilir

İyulun 1-dən etibarən "Bakı Kart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. xəbər verir ki, bu barədə "Bakı Kart" məlumat yayıb. Qeyd edək ki, "Bakı Kart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzind

15:02 234
.

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim edib

Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında bildirib. "Rusiya neftinin qiymət tavanına müvəqqəti dondurm

20:45 2
.

Ukraynada vəziyyət ağırlaşır: Rusiyadan genişmiqyaslı hücumlar - POLİTOLOQDAN AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsində gərginlik yenidən pik həddə çatıb. Son günlər Moskvanın Ukraynanın müxtəlif şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə yaşayış məntəqələri, enerji infrastrukturu və strateji obyektlərin hədəfə alınmas

15:27 187
.

Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel

11:10 224
.

Aybəniz Haşımovaya nə olub?

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O, iynə vurdurduğu yerdə görüntülərini paylaşıb. A.Haşımova paylaşımına "İnşallah, tez bitər" şərhini yazıb

16:25 247
.

Şahzadə Endrunun keçmiş həyat yoldaşı Kral III Çarlzı şantaj etdi

Böyük Britaniya Kralı II Çarlzın qardaşı şahzadə Endrunun (Endru Mauntbetten-Vindzor) keçmiş həyat yoldaşı Sara Ferqyuson sükut müqabilində ömürlük maddi təminat almaq ümidi ilə kral ailəsini gizli şəkildə şantaj etməyə başlayıb. Bizim.Media xəbər verir ki, bu barədə "Closer Magazine" jurnal

21:45 1
.

TOP MP3