Göyərmiş dodaqlar hansı təhlükədən xəbər verir?- DƏHŞƏTLİ XƏSTƏLİYİN ƏLAMƏTİ

Göyərmiş dodaqlar hansı təhlükədən xəbər verir?- DƏHŞƏTLİ XƏSTƏLİYİN ƏLAMƏTİƏgər siz hər hansı rəngli qida, şirniyyat yeməmisizsə, hər hansı xarici təsir olmadan dodaqlarınızın rəngi qaçıb, göyərirsə, deməli, səhhətinizlə bağlı narahatlığa əsas var.

Medicina.az göyərmiş dodaqların hansı səbəblərdən ola biləcəyini təqdim edir.

1.Ən axı adi, zərərsiz variant – orqanizm temperaturunun kəskin azalması, soyuq

2.SİANOZ – dərinin hər hansı səthinin göy, tünd rəng almasıdır. Nəyə görə dəri rəngini dəyişir. Dəriyə yaxın səthdə xırda kapilyarlar sıx yerləşib. Damarlar dolanda və genişlənəndə onlar göyərir, bir də qan dövranı zəifləyəndə, damarlar sıxılanda göyərir. Oksigen çatışmazlığından dəri əvvəlcə avazıyır, ağarır, sonra göyərir. Eləcə də qanda qatılaşma olduqda da bu baş verir.

3.Qanın öz rəngi - körpə uşaqların dərisi xoş çəhrayı rəngdə olur, bu sağlamlıq əlamətidir. Amma yaş keçdikcə fiziki yük, stress, xəstəliklər dərinin rəngini dəyişir. Dərinin çəhrayı rəngdə olaması onun zəngin oksingenlə yaxşı təchiz olunmasını göstərir. Amma qanında karbon qazı olanlarda dəri göyümtül rəng alır.

Bir insanda periferik çianoz varsa, onun ayaqları, barmaqları göyərmiş kimi və soyuq olur. Bu zaman qan dövranı pozğunluğu xəstəlikləri – Reyno sindromu, tromboz, varikoz, diabetik angiopatoya, aterosklerozdan şübhələnirlər.
Qanı qatılaşan insanlarda da periferik sirroz olur.

-Ürək-damar patologiyaları – ürək ritminin pozulması, azlaması, ürək əzələsinin gec yığılıb açılmasında, klapan stenozunda, ürək çatışmazlığında da dodaqlar göyərir.

Sizdə sianoz olub-olmamasını bu testlə öyrənə bilərsiz. Qulağın uclarını bərk sıxıb saxlayın və bir neçə saniyə sonra buraxın. Əgər qulaq ucu göyərib tez itirsə bu periferik sianozdur, yox göyərmə gec itirsə, bu mərkəzi sianozdur.

-Hemoqlobin azlığı - Dəmir tərkibli hemoqlobin – Qanda oksidləşmiş hemoqlobin az olduqda qan bir o qədər göyərmə verir.
Eləcə də hemoqlobinin karbon qazı ilə birləşməsi də təhlükəlidir, o da dodaqlara göyərmə yaradır. Bir sözlə, xüsusən uşaq və gənclərdə göyərmiş dodaqlar gördükdə, hemoqlobin və dəmir defisiti yoxlanmalıdır.

-Dağ xəstəliyi – Dəniz səviyyəsindən hündür yerlərə çıxdıqda, dağlıq ərazi, dağ rayonları və s. havada oksigenin təzyiqi azalır, nəticədə qanda oksigen də düşür. Yüngül dağ xəstəliyində başgicəllənmə, ürək bulanma, təngnəfəslik, üzün şişkinliyi, taxikardiya ola bilir. Eləcə də dodaqlar göyərir

-Ağciyərlərin xəstəlikləri – tənəffüs orqanları toxumasında hər hansı pozulma qazların mübadiləsini pozur və hipoksemiya yaradır. Bu xəstəliklər zamanı da dodaqlar göyərmiş ola bilir

-Astma bronxit – nəfəs yollarının daralması nəticəsində oksigen çatışmazlığı olur. Bu adamların da dodağının rəngi qaçır.

-Pnevmoniya və ağciyərlərə maye dolması – ağciyərlərin iltihabı zamanı ora qida qalığı, mədə şirəsi, ağız suyu düşür. Ağciyərlər oksigeni çatdıra bilmir. Öskürək, ağrı, hərarət, xoşagəlməz qoxu, eləcə də ağız ətrafının göyərməsi simptomları olur.

Ağız ətrafı və dodaqların göyərməsi ümumiyyətlə səhhətdə problemlərdən xəbər verir, bu siqnalı görməzdən gəlməyin.
Həm uşaqlarda, həm böyüklərdə qan, ürək, ağciyər xəstəlikləri istisna edilməlidir. Əgər hər hansı müvəqqəti təsir yoxdursa, dodaqlarda göyərmə həftələrdir keçmirsə, terapevtdə müayinədən başlayın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1455   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 109
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

04.05.2024 319
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 173
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223