Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var

Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər varAzərbaycanda ilk dəfə süni mayalanma 2004-cü ildə Mərkəzi Klinikada həyata keçirilib.

Bunu Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri, süni mayalanma mütəxəssisi, əməkdar həkim Mahirə İsmayılova Modern.az saytına danışarkən bildirib.

"Dünya üzrə statistikaya nəzər salsaq, təqribən insanların 15-20 faizi sonsuzluqdan əziyyət çəkir. Azərbaycanda da bu faiz göstəricisi özünü göstərməkdədir. Son dövrlərdə süni mayalanma ilə uşağa sahiblənmək üçün müraciət edənlərin sayı da artıb. Bu onunla bağlıdır ki, ölkədə süni mayalanma üzrə kifayət qədər öz sözünü demiş mütəxəssislərimiz var",- Mahirə İsmayılova bildirib.

Onun sözlərinə görə, əvvəllər cəmiyyət süni mayalanmaya birmənalı yanaşmırdı, indi isə vəziyyət dəyişib:

"Çoxları elə başa düşürdü ki, süni mayalanmadan doğulan uşaq başqasına aid olacaq. Maarifləndirici tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin süni mayalanmanı dəqiq şəkildə işıqlandırması insanlarda sanki o qorxunu aradan qaldırdı. Təbii ki, bu işin ən gözəl nəticəsi də dünyaya sağlam uşağın gəlməsidir".

Mahirə İsmayılova deyib ki, Azərbaycanda süni mayalanma üsulu ilə minlərlə uşaq dünyaya gəlib və hər biri də sağlam həyat yaşayırlar:

"Əvvəllər sonsuzluqdan əziyyət çəkən cütlüklər xarici ölkələrə üz tuturdular, indi isə xaricdən ölkəmizə daha çox müraciət edirlər. Bizə ən çox Rusiya, Qazaxıstan, Dağıstan, Orta Asiyadan, hətta Avropa ölkələrində yaşayan soydaşlarımız da müraciət edirlər. Eyni zamanda, maddi baxımından da xarici ölkələrlə nisbətdə, Azərbaycanda bu proses ucuz başa gəlir. Bizim klinikaya müraciətlərin əsas səbəbi də odur ki, bu sahədə 15 illik bir təcrübə qazanmışıq".

M.İsmayılova onu da qeyd edib ki, süni mayalanmada hamiləlik şansı 100 faizlik deyil, dünya statistikası maksimum 50-60 faiz göstərir, Azərbaycan statistikası da bu rəqəmdən heç də geri qalmır.

Bəs bir ailəyə süni mayalanma neçəyə başa gəlir? Həkimin sualımıza cavabı belə olub:

"Bilirsiniz ki, süni mayalanma prosesi bir çox klinikalarda həyata keçirilir. Qiymətlər də təqribi eyni rəqəmləri göstərir. 3500- 5000 min manat arası dəyişir. Bu proseduru nisbətən bahalı edən dərmanlardır.

Mərkəzi Klinikada qiymətlər 3000-3500 manatdır, dərmanla birlikdə xidmət də göstərilir. Dərmanların qiyməti ortalama 1500-2000 manata qədər dəyişir.

Ümumi dünya üzrə statistikaya nəzər salsaq, məsələn, Amerikada bu prosedur 18 min dollar qiymətində aparılır.

Bir pasiyent var, söyləyir ki, Fransada onlara 25 min evro qiymət deyilib. Bu ölkələrlə müqayisədə Azərbaycanda qiymət çox aşağıdır".

Maraqlıdır, süni mayalanma yolu ilə uşaq sahibi olmaq istəyənlər arasında surroqat analıq etmək istəyənlər də varmı?

Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri maraqlı cavab verib:

"Surroqat ana daşıyıcı ana deməkdir. Məsələn, bir qadının uşaqlığı var, ancaq yumurtalıqları fəaliyyətdə deyil. Bu cür qadınlara yumurta hüceyrələri seçilir, mayalanma prosesi gedir.

Bu məsələ ilə bağlı müraciətlər də çox olur. Çox güman ki,qanunvericiliklə surroqat analıq qadağan ediləcək. Ancaq bununla bağlı klinikaya müraciət edənlər çoxluq təşkil edir. Donor xidmətinə ehtiyac var. Hər klinikaya ayda 10-dan çox qadın müraciət edir.

Qanunla qadağan olunsa, təbii ki, Azərbaycanda bu xidmət göstərilməyəcək. Bu da insanlarda narazılıq yaradacaq. Cütlüklər məcbur olacaq ki, xarici ölkələrə üz tutsun. Nəticə etibarı ilə yəqin ki, Gürcüstana və Rusiyaya gedəcəklər. Genefondun dəyişməsi nəticəsində yumurta hüceyrələri başqa ölkənin vətəndaşlarına mənsub olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 04 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəblilər 10 gün DƏRSƏ GETMƏYƏCƏK - SƏBƏB

Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb. BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ümumtəhsil müəssisələrində may-iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı

18:40 257
.

İran: "Davamlı sülh üçün nüvə hüquqlarımıza hörmət olunmalıdır"

Tehran regionda sülhün əsas şərtlərindən biri kimi dinc nüvə enerjisindən istifadə hüququnu önə çəkir. xarici mediaya istinadən xəbər verir ki, İran müvəqqəti atəşkəsi deyil, uzunmüddətli və davamlı sülhü vacib hesab edir. Belə bir sülhün təmin olunması üçün konkret mexanizmlər olmalıdır. Bildirili

11:07 248
.

Türkiyəli aktrisa Bakıda yol hərəkət qaydasını pozdu

Türkiyəli aktrisa Zəhra Yılmaz Bakıya gəlib. Axşam.az xəbər verir ki, paytaxt gəzintisinə çıxan aktrisa yol hərəkət qaydalarını pozub. Bu haqda o, özü məlumat yayıb. Zəhra bildirib ki, işıqforda sarı işıqda keçib:. "Bakıda sarı işıqda keçmək qadağan imiş. Şansımdan arxada da polis olub və məni saxladı

11:04 353
.

Hizbullah terror təşkilatının raketi şimali Qolan əyalətinə düşdü, siren işə düşmədi

Şənbə günü hücum ərəfəsində sirenlər işə düşmədikdən sonra Hizbullah raketi İsrailin şimal sərhədi boyunca mülki əhali yaşayan əraziyə düşüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, məlumata görə, yanğınsöndürənlər yerli sakinlərdən zərbə barədə məlumat aldıqdan və zərbə yerini açıq yold

10:59 256
.

Türkiyədəki güclü zəlzələnin ANBAAN VİDEOsu

Xəbər verdiyimiz kimi, Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, sosial şəbəkə istifadəçiləri zəlzələ anının videolarını paylaşıblar. Qeyd edək ki, yerli vaxtla 08:52də baş verən zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.Yeraltı təkanın ətra

18:10 195
.

Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?

Dünən Sumqayıt 1 nömrəli xəstəxanasında insident yaşanıb. Bu barədə -a hadisə şahidləri məlumat verib. Xəstəxanada göndəriş almaq üçün böyük növbə yaranıb. Həmin vaxt xəstəxana mühafizəçiləri tez-tez göndəriş yazılan otağa girib çıxmağa başlayıb. Vətəndaşlar mühafizəçilərin əllərində kağız növbədənkəna

12:04 297
.

Azərbaycanda bank depozitləri il ərzində 2 %-dən çox artıb

Bu il martın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 345,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 % çox, ilin əvvəli ilə müqayisədə 0,9 % az, ötən il martın 1-nə nisbətən isə 2,3 % çoxdur. Depozi

17:00 169
.

"JEK"lər ləğv edilir - Əvəzində nə olacaq?

Bakı şəhərində uzun illərdir fəaliyyət göstərən və idarəetmə mexanizmi tez-tez tənqid hədəfinə çevrilən Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) üçün artıq yolun sonu görsənir. Paytaxtın mənzil təsərrüfatı sistemində inqilabi dəyişiklik kimi qiymətləndirilən bu addım, ölkənin 2022-2026-cı illə

16:58 202
.

Ziya Məmmədov illər sonra toyda göründü - Foto

Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb. İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədo

12:19 414
.

TOP MP3