Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var

Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər varAzərbaycanda ilk dəfə süni mayalanma 2004-cü ildə Mərkəzi Klinikada həyata keçirilib.

Bunu Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri, süni mayalanma mütəxəssisi, əməkdar həkim Mahirə İsmayılova Modern.az saytına danışarkən bildirib.

"Dünya üzrə statistikaya nəzər salsaq, təqribən insanların 15-20 faizi sonsuzluqdan əziyyət çəkir. Azərbaycanda da bu faiz göstəricisi özünü göstərməkdədir. Son dövrlərdə süni mayalanma ilə uşağa sahiblənmək üçün müraciət edənlərin sayı da artıb. Bu onunla bağlıdır ki, ölkədə süni mayalanma üzrə kifayət qədər öz sözünü demiş mütəxəssislərimiz var",- Mahirə İsmayılova bildirib.

Onun sözlərinə görə, əvvəllər cəmiyyət süni mayalanmaya birmənalı yanaşmırdı, indi isə vəziyyət dəyişib:

"Çoxları elə başa düşürdü ki, süni mayalanmadan doğulan uşaq başqasına aid olacaq. Maarifləndirici tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin süni mayalanmanı dəqiq şəkildə işıqlandırması insanlarda sanki o qorxunu aradan qaldırdı. Təbii ki, bu işin ən gözəl nəticəsi də dünyaya sağlam uşağın gəlməsidir".

Mahirə İsmayılova deyib ki, Azərbaycanda süni mayalanma üsulu ilə minlərlə uşaq dünyaya gəlib və hər biri də sağlam həyat yaşayırlar:

"Əvvəllər sonsuzluqdan əziyyət çəkən cütlüklər xarici ölkələrə üz tuturdular, indi isə xaricdən ölkəmizə daha çox müraciət edirlər. Bizə ən çox Rusiya, Qazaxıstan, Dağıstan, Orta Asiyadan, hətta Avropa ölkələrində yaşayan soydaşlarımız da müraciət edirlər. Eyni zamanda, maddi baxımından da xarici ölkələrlə nisbətdə, Azərbaycanda bu proses ucuz başa gəlir. Bizim klinikaya müraciətlərin əsas səbəbi də odur ki, bu sahədə 15 illik bir təcrübə qazanmışıq".

M.İsmayılova onu da qeyd edib ki, süni mayalanmada hamiləlik şansı 100 faizlik deyil, dünya statistikası maksimum 50-60 faiz göstərir, Azərbaycan statistikası da bu rəqəmdən heç də geri qalmır.

Bəs bir ailəyə süni mayalanma neçəyə başa gəlir? Həkimin sualımıza cavabı belə olub:

"Bilirsiniz ki, süni mayalanma prosesi bir çox klinikalarda həyata keçirilir. Qiymətlər də təqribi eyni rəqəmləri göstərir. 3500- 5000 min manat arası dəyişir. Bu proseduru nisbətən bahalı edən dərmanlardır.

Mərkəzi Klinikada qiymətlər 3000-3500 manatdır, dərmanla birlikdə xidmət də göstərilir. Dərmanların qiyməti ortalama 1500-2000 manata qədər dəyişir.

Ümumi dünya üzrə statistikaya nəzər salsaq, məsələn, Amerikada bu prosedur 18 min dollar qiymətində aparılır.

Bir pasiyent var, söyləyir ki, Fransada onlara 25 min evro qiymət deyilib. Bu ölkələrlə müqayisədə Azərbaycanda qiymət çox aşağıdır".

Maraqlıdır, süni mayalanma yolu ilə uşaq sahibi olmaq istəyənlər arasında surroqat analıq etmək istəyənlər də varmı?

Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri maraqlı cavab verib:

"Surroqat ana daşıyıcı ana deməkdir. Məsələn, bir qadının uşaqlığı var, ancaq yumurtalıqları fəaliyyətdə deyil. Bu cür qadınlara yumurta hüceyrələri seçilir, mayalanma prosesi gedir.

Bu məsələ ilə bağlı müraciətlər də çox olur. Çox güman ki,qanunvericiliklə surroqat analıq qadağan ediləcək. Ancaq bununla bağlı klinikaya müraciət edənlər çoxluq təşkil edir. Donor xidmətinə ehtiyac var. Hər klinikaya ayda 10-dan çox qadın müraciət edir.

Qanunla qadağan olunsa, təbii ki, Azərbaycanda bu xidmət göstərilməyəcək. Bu da insanlarda narazılıq yaradacaq. Cütlüklər məcbur olacaq ki, xarici ölkələrə üz tutsun. Nəticə etibarı ilə yəqin ki, Gürcüstana və Rusiyaya gedəcəklər. Genefondun dəyişməsi nəticəsində yumurta hüceyrələri başqa ölkənin vətəndaşlarına mənsub olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 04 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

TOP MP3