"Çernobıl" serialında şahidlərin və tamaşaçıların tutduğu maraqlı səhvlər

"Çernobıl" serialında şahidlərin və tamaşaçıların tutduğu maraqlı səhvlər"Çernobıl" serialı dünyada ciddi rezonans doğurub. 33 il əvvəlki faciədən bəhs edən serial bu kateqoriya üzrə reytinq sıralamasında hamını geridə qoyur. Rusiyada isə SSRİ-yə tənqidi baxışı da özündə əks etdirən serialda çox şeylə razı deyillər.

Faciənin canlı şahidləri və tamaşaçılar bir çox səhvləri qabardırlar. Bizimyol.info bunları sizə təqdim edir:

Yanıqlar: Serialın yaradıcı heyəti radioaktiv təsiri çox şişirdib. İnsanlar dərhal yanıq xəsarəti alır. Halbuki belə faciələr gücünü bir neçə saat sonra göstərir.

İçki qadağası zamanı araq: Filmin qəhrəmanları hər imkandaca içir. Dördüncü seriyada isə araqla dolu yeşikləri boşaldırlar. Bir fakt unudulur ki, 1985-88-ci illərdə SSRİ-də içki satışı və istifadəsi məhdudlaşdırılmışdı. Bir çox mağazalar içki satışından imtina etmişdi, qiymətlər artmışdı, iş yerində içməyə görə böyük cərimələr yazılırdı, partiyadan qova bilərdilər. Əlbəttə, içirdilər, amma bu qədər yox.

"Ölüm körpüsü": Serialda hadisə baş verən zaman Pripyat şəhərinin bir sıra sakinləri körpüyə çıxaraq, Atom Elektrik Stansiyasındakı faciəni izləyirlər. Filmdə sonradan onların hamısının öldüyü iddia edilir. Körpü faciədən dərhal sonra bağlanmışdı. Bu günlərdə həmin körpüyə 7 yaşı olanda çıxmış bir oğlanın müsahibəsi yayılmışdı. Deməli, hamı ölməyib.

İkinci nüvə partlayışı: Ulyana Xomyuk ikinci nüvə partlayışından danışırdı. Baş versəydi, faciə bütün Avropanı bürüyəcəkdi. Ehtimal böyük deyildi. Filmdə deyildiyi kimi, 2-4 meqaton gücündən söhbət gedə bilməzdi. Bunun üçün termonüvə istiliyi lazımdır. Hansı ki, Çernobıl stansiyasında yox idi.

Dalğıcların missiyası: Filmdə dalğıcların faciədən sonra stansiyaya daxil olmasını da çox dramatikləşdiriblər. Orada suyun onların sinəsinə qədər qalxdığı göstərilir. Halbuki su təhlükəsi olmayıb, uzağı dizə qədər qalxa bilərdi. Heç biri faciə nəticəsində ölməyib, ikis hələ də sağdır.

Vertolyotun düşməsi: Vertolyotun 1986-cı ilin mayında krana çırpılıb yerə düşdüyü göstərilir. Hadisə oktyabrda baş vermişdi.

Hirosima ilə müqayisə: Serialda iddia edilir ki, reaktor hər saat Hirosimaya atılan bombadan çox radiasiya buraxırmış. "Greenpeace"in nüvə enerjisi üzrə baş eksperti Yan Haverkampın fikrincə, müqayisə düzgün deyil. Bomba zamanı zərər partlayışdan hansı uzaqlıqda olması ilə ölçülür. Reaktor isə radioaktiv maddələri atmosferə buraxırdı. Beş il ərzində Hirosimada ölənlərin sayı 245 min nəfərə çatmışdı. Çernobıl qəzasında isə cəmi 4 min nəfər həyatını itirmişdi. O vaxt Pripyat şəhərinin 45 min sakini vardı.

Heyvanların güllələnməsi: General-mayor Nikolay Tarakanov deyir ki, insanların gözünün qarşısında belə şey baş verməyib. Güllələyiblər, amma insanları hadisə baş verən ərazidən uzaqlaşdırandan sonra.

Tam ad və soyadla müraciət: Rus tamaşaçılar bütöv adlarla müraciəti qüsur sayır. Axı ruslar qısaldılmış müraciət formalarına alışıblar. "Sergey", "Boris", "Leqasov" ifadələri qəribə səslənirdi. "Yoldaş" müraciəti də əsasən Kommunist partiyasının yığıncaqlarında eşidilirdi.

Çılpaq şaxtaçılar: Şaxtyorların köynəklərini çıxarıb işləməsi epizodu da birmənalı qarşılanmayıb. Tarakanov bunun da belə olmadığını deyir.

Çalov şəkilli bellərlə yer qazmaq: Filmdə iri planda yerin belə bellərlə qazılması göstərilir. Faktiki mümkün deyil. Çalov şəkilli bellərdən torpağın kənara atılması, maşına yüklənməsi üçün istifadə olunur.

Kömür sənayesi naziri: Filmin epizodlarının birində kömür sənayesi naziri Mixail Şadov yeni kostyumda şaxtaçıların yanına gəlir. Onlar bir-bir nazirin yanından keçərək əllərini üstünə sürtürlər, ya da üzünə toxunurlar. Beləcə, Şadovun yeni kostyumu çirklənir, üzü qaralır. Elə göstərilib ki, sanki nazir heç vaxt əlində bel də tutmayıb. Halbuki Şadov 13 il şaxtalarda işləyib, sonradan vəzifəyə keçib. Qəza zamanı isə filmdə göstərildiyi kimi gənc deyildi, 59 yaşı vardı. Ona qarşı heç kim belə hörmətsizlik etməzdi.

Leqasov şaxtaçıların missiyası haqda: Serialda Leqasovun dilindən deyilir ki, şaxtaçılar olmasa, qrunt sularının 50 faizi radioaktiv maddələrlə çirklənəcək. Kimyaçı sonradan xatirələrində belə olmadığını deyirdi.

Plastik pəncərələr: Filmdə sovet reallığı pis göstərilməyib. Amma bəzi səhnələrdə plastik pəncərələr gözə dəyir. SSRİ-də belə pəncərələr yox idi.

Xatirə abidəsi: Dördüncü seriyada qəzanın nəticələrini aradan qaldıranlara ucaldılan abidə gözə dəyir. 1986-cı ildə belə bir şey ola bilməzdi. Abidə 2011-ci il aprelin 26-da Kiyevdə ucaldılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1149   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

15:51 0
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 218
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 167
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 774
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 0
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 0
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 446
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 0
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 454