NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxar

NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarSSRİ dövrünün Stalin hakimiyyəti illərində NKVD adlı bir qurumun qanun çərçivəsində müəyyən olunmuş funksiya və təyinatları ilə yanaşı, qeyri-rəsmi digər bir vəzifəsi də olub: insanlarda xof yaratmaq, kütlələri qorxu içində saxlamaq...

Ola bilər ki, bu qurumla bağlı miflər də yaranıb, amma NKVD-nin amansız, ağılasığmaz fəaliyyəti haqqında həqiqəti əks etdirən faktlar da az deyil. İllər ötsə də, elə indi də bəzən yaşlı nəslin nümayəndələri NKVD haqqında az qala ehtiyatla danışırlar.

NKVD-ni bu qədər qorxulu edən nə olub? Repressiya, həbslər, sürgünlər, yüz minlərlə günahsız insanın güllələnməsi öz yerində... Bunlarla yanaşı, bu qurumun türmələrində insanlara verilən işgəncələr sözün əsl mənasında, sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli olub.

Həmin dövrün şahidlərinin, təsadüf nəticəsində NKVD zirzəmilərindən sağ çıxanların söylədikləri bu dəhşətləri bir daha sübuta yetirir.

Söylənilənlərdən belə qənaətə gəlmək olar ki, işgəncələrin "kəşf"i üçün xüsusi bir qrup işləyib.

İnsanın dərisi üzərində siqaret söndürmək, yaxud kəlbətinlə dırnaqlarını çıxarmaq NKVD cəlladları üçün ən adi və ən asan cəza sayılıb.

Məhbusları dəli olmaq vəziyyətinə gətirmək üçün kameralarda xüsusi səsgücləndiricilərdən istifadə olunub. Belə ki, müstəntiqlər ittiham olunanlardan ifadə alarkən, sualları onlara bu səsgücləndirici vasitələri qulaqlarına yerləşdirərək veriblər. Səs o qədər güclü olub ki, sinir sistemində fəsad yaratmaqla yanaşı, həm də məhbusların qulaqlarından qan açılıb.

O cümlədən, kameralara həddindən artıq güclü işıq verilib. Bir neçə sutka gecə və gündüz bu "işıqlı kamera"da oturan məhbusun gözləri hədəqəsindən çıxmaq dərəcəsinə çatıb.

İşcəncələrdən biri də məhbusları 10-15 gün ac saxlamaq olub ki, bundan sonra onlar istənilən ifadəni verməyə razı olublar.

Döyülmə prosedurları gündəlik işgəncələrdən biri olub ki, burada əsas zərbələr cinsi orqanlara yönəldilib.

Ən ağır cəzalardan biri susuzluqla bağlı olub. Amma bu cəza növündə məhbuslar əvvəlcə yaxşı "qidalandırılıb". Belə ki, onlara duzlu-istiotlu qidalar yedizdirilib. Bundan sonra isə lazım olan müddətə qədər onlara su verilməyib.

İfadəni tez və rahat almaq üçün məhbuslar tam soyundurularaq üzərində mismarlar olan stullara əyləşdirilib. Bu işgəncədən sonra məhbusdan istənilən ifadəni almaq asan olub.

İşgəncənin daha bir növü xüsusi kameralarda həyata keçirilib. "Otstoynik" adlanan bu kameralara o qədər məhbus yerləşdirilib ki, burada nəinki oturmağa, hətta əyilib ayağını qaşımağa imkan olmayıb. Sıxlıq o dərəcədə olub ki, məhbuslardan kimsə ölübsə, onun meyiti də ayaqüstə qalıb.

Daha dəhşətli işgəncələrdən biri xüsusi hazırlanmış şkaflarda tətbiq edilib. Belə ki, həmin şkafların içərisinə yalnız bir nəfəri güclə yerləşdirmək mümkün olub. Həmin şkafların içərisinə böyük sayda həşəratlar doldurulub, sonra isə məhbus həmin şkafın içərisinə pərçim edilib.

İşgəncələr çöl şəraitində də həyata keçirilib. Məhbusları boğazlarına qədər torpağa basdırıblar.

"Karser" işgəncələri isə əsl cəhənnəmi xatırladıb. Burada məhbusları sutkalarla yuxuya həsrət qoyublar. Soyuq havalarda "karser"ə buz kimi su buraxıblar. Məhbuslar beton kamerada dizə qədər suyun içində saxlanılıb.

NKVD təcridxanalarında qadınlar üçün də cəzalar tətbiq olunub.

Qadınlar üçün ən "populyar" cəza növü cinsi zorakılığa məruz qalmaq olub. Hətta bəzən bir qadın tam soyundurularaq, 50-60 nəfərlik kişi kamerasına buraxılıb.

Nəzərdə tutulan ən dəhşətli işgəncə isə körpəsi olan qadınlara tətbiq edilib. Belə ki, onların gözünün qabağında körpələrinin dırnağı çıxarılıb, qızdırılmış dəmir parçaları uşaqların bədəninə yapışdırılıb.

Əgər bu və ya digər cəza növlərinin tətbiqi ittiham olunanlardan lazımi ifadəni almaq məqsədi daşıyıbsa, ikinci bir tərəfdən bu cəzaları tətbiq etməklə cəllad xislətli NKVD əməkdaşları zövq alıblar. Amma bu işgəncələri verərkən çoxları düşünməyib ki, özlərinin də yolu bu kameralardan düşə bilər.

faktlara istinad etsək, şahidi olarıq ki, saysız-hesabsız NKVD əməkdaşları sonda özləri də bu türmələrin "qonağı" olublar.

Qeyd edək ki, tarixə amansız "yejovşina" dövrünü yazan NKVD-nin rəhbərlərindən biri olmuş Yejov da məhz nə vaxtsa başçılıq etdiyi bu qurumun türməsində ən ağır işgəncələrə məruz qalıb...

Mənbə: Musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1361   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir" - Qida eksperti

Dondurma mövsümü artıq gəlmiş sayılır. Bəs keyfiyyətli dondurmanı necə seçə bilərik?. Mövzu ilə bağlı -a danışan Fərid Səfərov bildirib ki, sağlamlıq şərtlərinə uyğun mühitlərdə istehsal edilən, lazım olduqda qorunan və sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir:. "Dondurm

16:33 202
.

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin oğlunu atasının əsas mümkün varisi edir. Məlumata görə, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun ali dini lider kimi Xameneini əvəz edə biləcəyi ilə bağlı fərziyyələrə səbə

15:49 602
.

Ərdoğan Rəisini əvəz edən şəxsə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberə zəng edib. Məlumata görə, telefon danışığı zamanı Ərdoğan İbrahim Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib və Türkiyənin bu ağrılı gündə İranın yanında olduğunu bildirib. İran xalqını

20:31 130
.

Bakıda qadın özünü 7-ci mərtəbədən atıb

Binəqədidə qadın özünü 7-ci mərtəbədən atıb. -ın əldə etdiyi məlumata əsasən, 1959-cu il təvəllüdlü Bəyzadə Kazımova Cəfər Xəndan küçəsində yerləşən binanın 7-ci mərtəbəsindən özünü ataraq canına qəsd edib. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

14:46 450
.

İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirildi

İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Həmçinin

11:13 312
.

Ermənistan prezidenti İran hökumətinə və xalqına başsağlığı verib

Ermənistan Prezidenti Vahaqn Xaçaturyan İran İslam Respublikası Prezidentinin və onu müşayiət edən heyətin həyatına son qoyan helikopter qəzası ilə əlaqədar İran hökumətinə və xalqına başsağlığı verib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "İran İslam Respublikasının prezidenti Seyi

21:00 69
.

Qarabağda yeni idarə yaradıldı

Nazirlər Kabineti 14 may 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərişıq" ASC-nin strukturunda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsinin yerinə Abşeron Rayo

20:25 95
.

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, 2006-cı ildə doğulmu

17:58 306
.

Ermənistan müdafiə naziri Papikyan İran prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib

Ermənistanın müdafiə naziri Suren Papikyan İran İslam Respublikası Prezidentinin vəfatı ilə əlaqədar İranın Müdafiə və Silahlı Qüvvələrin maddi-texniki təminatı naziri, briqada generalı Məhəmməd Rza Aştianiyə başsağlığı məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "İra

20:15 123