Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - Monteneqroda

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - MonteneqrodaMoskvadakı "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun aktivlərinə Monteneqroda həbs qoyulub.

"Kommersant" xəbər verir ki, T.İsmayılov uzun illər öncə BM-Bankda (VTB-yə 100 faiz məxsus olan keçmiş "Bank Moskva") iri məbləğdə kreditlər alıb və geri qaytarmayıb.

Podqoritsa (Monteneqro) şəhərinin ümumi məhkəməsi VTB-nin hüquqşünaslarının ərizəsini təmin edərək, "Montenegro Management Group d.o.o." (MMG) şirkətində Ə.İsmayılova məxsus səhmlərin 100 faizinə həbs qoyulması haqqında qərar qəbul edib.

Bundan başqa, "Casino Avala Budva d.o.o" şirkətində MMG-yə məxsus səhmlərin 50 faizinə təminedici tədbirlər tətbiq edib. "Casino Avala Budva d.o.o" Budva şəhərində eyniadlı kazionun balans saxlayıcısıdır. Həmçinin, daha bir şirkətin – "Sanata d.o.o."nun 20 faiz səhminə həbs qoyulub. Ə.İsmayılov həmin şirkətin baş direktoru və şərikidir.

Monteneqroda oyun biznesi ilə məşğul olan Ə.İsmayılovun problemləri atasına görə yaranıb. "BM-Bank" 2012-2014-cü illərdə T.İsmayılovun şirkətlərinə - "Ruslayn 2000" MMC və "Tropicano Finance B.V" (Niderland) - 230 milyon dollardan artıq məbləğdə üç kredit verib.

Kreditlər üzrə zaminlər qismində İsmayılovun özü və Kiprin "Tandum Ltd" şirkəti çıxış ediblər. Sonuncu İsmayılovun nəzarətində olub. Borclular tədricən kreditlərə xidmət göstərməyi dayandıraraq, banka 15 milyon rubldan artıq borclu qalıblar.

"BM-Bank"ın hüquqşünasları müəyyənləşdiriblər ki, "Tandum Ltd" şirkəti Ə.İsmayılova aktiv şəkildə kredit verib. O, bir neçə il ərzində borc qismində 12,3 milyon dollar alıb və qaytarmayıb. Hazırda onun "Tandum" qarşısında borcu yığılan faizlər nəzərə alınmaqla, 19,2 milyon dolları ötüb. Bu borcun ödənilməsi çərçivəsində Ə.İsmayılovun aktivlərinə həbs qoyulub.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 694
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

14:37 176
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

20:30 85
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

16:57 400
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

20:38 90
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

14:50 356
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

20:45 64
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

15:28 115
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 175