Qansoran həşaratların hücumuna məruz qalanlar evlərini tərk edir – Foto

Qansoran həşaratların hücumuna məruz qalanlar evlərini tərk edir – FotoZaqatala rayonunun Qanıx (Alazan) çayı vadisində yerləşən kəndləri iri ağcaqanadların və digər həşəratların hücumuna məruz qalıb. Bu il yazın əvvəllərində çayın daşması nəticəsində əmələ gələn bataqlıqlar həşəratların sürətlə çoxalması üçün əlverişli şərait yaratdığından, isti yay aylarında çay hövzəsi kəndlərdə yaşamaq müşkülə çevrilib. Qanıx sahilində yerləşən Kəpənəkçi, Mosul, Aşağı Çardaxlar və digər kəndlərin sakinləri evlərində rahat yaşaya bilmədiklərindən yay aylarında hətta öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır.
Bu şikayətlə virtualaz.org-un redaksiyasına Qanıx vadisində yaşayan sakinlər müraciət ediblər. Şikayətçilər deyirlər ki, daşqınlardan sonra çayın Gürcüstan ərazisindəki kəndlərdən keçən hissəsi ətrafında dezinfeksiya işləri aparılıb. Amma Azərbaycan tərəfdə daşqın nəticəsində yaranan bataqlıqlar dərmanlanmır və nəticədə qansoran, eyni zamanda malyariya və digər təhlükəli xəstəliklərin daşıyıcıları olan həşəratlar bulud topaları kimi kəndlər üzərində uçuşur.

Rayonun Faldarlı bələdiyyəsinin sədri Sərdar Yusubov da vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir. Onun sözlərinə görə, aidiyyati orqanlara problemlə bağlı müraciət olunsa da, lakin heç bir tədbir görməyiblər.

"Doğrudan da bu il ağcaqanad əlindən dayanmaq mümkün deyil. Əvvəllər də olurdu, bu il isə ümumiyyətlə çoxdur. Həm barama, həm də bal arısı saxlandığına görə kəndləri dərmanlaya bilmədilər. Dedilər gözləyin, dezinfeksiya işləri aparılacaq. İndi həm barama, həm bal mövsümü başa çatmaq üzrədir, yəqin ki, bundan sonra dərmanlama işləri aparılacaq",-bələdiyyə sədri belə ümid edir.
Qansoran həşaratların hücumuna məruz qalanlar evlərini tərk edir – FotoKəpənəkçi bələdiyyəsinin sədri Xuraman Şabanova isə bildirir ki, ağcaqanad və digər həşəratlar rayonun Qanıx vadisində yerləşən ərazilərində daha çox yayılıb. Orada isə yaşayış yoxdur, yalnız kəndlilərə məxsus təsərrüfatlar yerləşir.

"Barama və arılar yetişdirilən ərazilərdə ağcaqanad yayılıb. Sırf ağcaqanadların çox olduğu ərazidə insanlar yaşamır. Orada fermalar, digər təsərrüfat obyektləri var. Hər il ağcaqanad və digər həşəratlar olurdu, dərman vururdular. Amma bu il baramalar hələ təhvil verilməyib, ona görə dezinfeksiya tədbirləri görə bilmirlər. Mütəxəssislər belə izah edirlər ki, dərman vurulsa, həşəratlar da qırılacaq, barama və arılar da məhv olacaq, insanların təsərrüfatlarına külli miqdarda ziyan dəyəcək. Çünki hamı 5-10 qəpiyin dalınca düşüb, əziyyətlərinin bəhrəsini görmək istəyir",-Şabanova deyir.

X. Şabanova kəndlərin ağcaqanadların yayılması səbəbindən boşalması ilə bağlı deyilənlərlə razılaşmır: "Burada ağcaqanad var, amma elə narahatlığa səbəb olacaq qədər deyil. Təxminən bir-iki həftə əvvəl çox yayıldı, lakin sonradan düşən güclü istilərdən tələf oldular. Qanıx vadisi, göl ərazisində indi də var, amma orada insanlar yaşamır. Yalnız mal-qara örüşə aparılır. Təhlükəli vəziyyət, malyariya yayılma ehtimalı yoxdur. Kim şikayət edibsə, 5-10 milçəyin xofuna düşüb…"

Problemlə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Zaqatala Gigiyena və epidemiologiya mərkəzindən isə artıq dərmanlama işlərinə başlandığını dedilər. Zaqatala GEM-in direktoru Əlişad Qüdrətoğlu virtualaz.org-a açıqlamasında bildirdi ki, artıq dərmanlama işləri Aşağı Çardaxlar, Uzunqazmalar kəndlərində, meşə massivində, əhalinin həyətyanı sahələrində aparılıb.

"Bizə sakinlərin müraciət etməsinə ehtiyac yoxdur, çünki bizim öz tədbirlər planımız var və ona uyğun dezinfeksiya işlərini ardıcıl həyata keçiririk. Növbəti belə tədbirlər Muğanlı kəndində aparılacaq. Bu kənd də Qanıx vadisində yerləşir. Oradan Kəpənəkçi, Qanqax və Mosul kəndlərinə keçəcəyik", – o deyib.
Qansoran həşaratların hücumuna məruz qalanlar evlərini tərk edir – FotoƏ. Qüdrətoğlu bildirib ki, bu il ağcaqanad və həşəratların çoxalması Qanıx çayının daşmasından sonra bəzi ərazilərin və meşə massivlərinin suyun altında qalması ilə bağlıdır. Onun sözlərinə görə, Aşağı Çardaxlı kəndinin yarısı suyun altında qalmışdı, son dövrlər müşahidə olunan kəskin istilərdən sonra su çəkilib.

"18 dərəcə temperatur olanda, gölməçələr əmələ gələndə ağcaqanadların çoxalması üçün münbit şərait yaranır. Digər tərəfdən isə, əhali mal-qaranı meşə ərazilərində otarır, örüşdən qayıdan heyvanlar da özləri ilə kəndə ağcaqanadlar gətirilər. Sovet dövründə təyyarə ilə dərmanlama işləri aparılırdı. Artıq bu üsul qadağan olunub. Doğrudur, Qanıx vadisində bəzi evlərdə arı və barama təsərrüfatları var. Biz onlara dərman vura bilmirdik. Amma hazırda bu tədbirlər həyata keçirilir",-Ə.Qüdrətoğlu belə deyir.

Qeyd edək ki, Qanıx çayı Kürün ən böyük sol qoludur və Mingəçevir su anbarına tökülür. Sonuncu dəfə bu ilin may ayında çayda daşqın baş verib, həm Gürcüstan, həm də Azərbaycan tərəfdə xeyli ərazi suyun altında qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki

30.04.2024 253
.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

11:20 302
.

Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İranda məcburi eniş edib

İranın Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb və məcburi eniş edib. xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Rezevi Xorasan Hava Limanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Cəfəri mövzu ilə bağlı məlumat verib. İran rəsmis

30.04.2024 249
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

10:14 143
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

30.04.2024 157
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30.04.2024 317
.

"Formula-1" yarışları yenidən İstanbulda keçiriləcək

"Formula-1" yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib. Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi təslimi ilə bağlı ikinci mərhələ başlayıb. "Daha sonra 2026-cı ildən etibarə

30.04.2024 266
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

30.04.2024 1224
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

10:05 190