"Pensiyaların artımı gözlənilir" - Deputatdan əhaliyə şad xəbər

"Pensiyaların artımı gözlənilir" - Deputatdan əhaliyə şad xəbərXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə minimum əmək haqqının 250 manata qaldırılması ilə bağlı sərəncam imzalayıb.

Bununla bağlı BiG.AZ-a açaıqlama verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, cənab prezident inqilabi xarakter daşıyan, əhalinin sosial durumunun yaxşılaşdırmağa xidmət edən sənədlər toplusuna imza atdı: "Minumum əməkhaqqının 250 manata qaldırılması ölkə prezidentinin sosial islahatlar paketinin tərkib hissəsidir və o, inqilabi xarakter daşıyır. Bu, həm də təkcə dövlət orqanlarında işləyənlər üçün deyil, həm də özəl sektorlarında çalışan soydaşlarımızın əməkhaqqının ciddi şəkildə artmasına xidmət edəcəkdir. Artıq sentyabrdan Azərbaycanda heç kim 250 manatdan aşağı maaş almayacaq. Bu addımla biz MBD ölkələri arasında ikinci yerə kimi qalxa bildik. Pensiyaların da artımı gözlənilir. Xüsusi xidmət orqanlarında, fövqəladə hallar nazirliyində, polis və hərbi sahədə çalışanların maaşlarının artırılmasına ehtiyac var idi. Cənab prezidentimizin dünən imzaladığı sərəncamla bu problem də aradan qaldırıldı. Sentyabrın 1-nə qədər dövlət büdcəsindən 3 milyon soydaşımıza 3 milyard manata yaxın vəsait ayrılacaq. Təbii ki, bütün bunlar xalqımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən və cənab prezidentimizin vətəndaşlarımıza olan diqqətinin göstəricisidir. Şübhə yoxdur ki, ölkəmizin iqtisadiyyatı gücləndikcə, maliyyə imkanları artdıqca əhalimizin sosilal durumunun yaxşılaşdırılması da davamlı olacaq. Əlbəttə, bütün bunlar prezidentimizin uzun illərdən bəri həyata keçirdiyi siyasətin məntiqinə söykənir. Cənab prezidentin sərəncamlarını yüksək qiymətləndirir, əmək haqqı artanlar arasında bütün xalqımızla bərabər, mənim qohumlarım, yaxınlarım, ailə üzvlərim və seçicilərim də var. Ona dərin təşəkkürümü bildirirəm.

Deputat qazın və işığın limitinin ləğv edilmə ehtimalına da fikir bildirib.

O qeyd etdi ki, araşdırmalara görə, qazın və işığın limitinin aradan qaldırılmasına ehtiyac var:

"Seçildiyim dairə kəndlərdən ibarətdir. Burada insanların istifadə etdiyi və evlərini qızdırdığı avadanlıqlar qazla işləyir. Dövlətimiz limitlə bağlı müəyyən addım atdı. Ancaq həqiqət naminə etiraf etmək lazımdır ki, limitdən cəmi 2-3 ay istifadə edilir. Qazın keyfiyyətində də problemlər var. Cənab prezident Nazirlər Kabinetinin iclasında bununla bağlı iradın bildirdi. Təbii qazla yanaşı, işığa qoyulan limitin də aradan qaldırılması ölkə prezidentinin həyata keçirdiyi islahatların ruhuna uyğundur".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 20 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179