"Hərbçi olmaq istəyənlərin sayı artacaq" - Prezidentin hərbçilərlə bağlı sərəncamı haqda

"Hərbçi olmaq istəyənlərin sayı artacaq" - Prezidentin hərbçilərlə bağlı sərəncamı haqdaÖtən gün ölkə Prezidenti əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzaladı. Prezidentin imzaladığı sərəncam bir çox sahələri, o cümlədən hərbi sahəni əhatə etdi. Sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılılıb.

Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, dünənki sərəncamlar Azərbaycan cəmiyyətində müsbtət əks-səda doğurdu.

"Bunların içərində hərbi qulluqçuların əməkhaqlarının 40 faiz artırılması da oldu. Bunun özü göstərir ki, cənab Prezident bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna çox diqqət edir. Hərbi qulluqçuların əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması onları sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcık. Bundan başqa, onlara mənzil verilməsi, ilin əvvəlində kirayə haqqının artırılması və bu qəbildən olan məsələləri də qeyd etmək lazımdır. Bu gün orduda qulluq etmək, hərbi qulluqçu olmaq şərəf məsələsi ilə yanaşı, yaxşı əməkhaqqı almaq imkanıdır. Qeyd edim ki, bu artım sonuncu olmayacaq, ölkə Prezidenti dəfələrlə bildirib ki, vaxtaşırı əməkhaqqı artırılacaq. Bunların içərisində hərbi qulluqçular öndədir".

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu, çoxdan gözlənilən və dünyanın ən nüfuzlu 50 ordusu arasında olan Silahlı Qüvvələrin şəxsi heyətinin sosial vəziyyətinin bir qədər də yaxşılaşmasına yönəlmiş bir addımdır:

"Sözsüz ki, sərəncam zabitlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların rifah halını daha da yaxşılaşdıracaq, xidmətin daha da yüksəlməsinə səbəb olacaq. Müxtəlif yanaşmalar var, düşünürəm ki, bu artımların davamı gələcək. Yaxınlarda Silahlı Qüvvələr günü ilə əlaqədar Prezident yəqin ki, hərbçi qulluqçuların mənzil şəraiti ilə bağl da sərəncam verəcək. Tam şəkildə də olmasa, müəyyən qədər insanların problemləri həllini tapacaq. 40 faiz artım kifayət qədər ciddi artımdı".

Ekspert deyib ki, bundan sonra hərbçi olmaq istəyənlərin sayında artım olacaq:

"2019-cu ilin dövlət büdcəsindən müdafiə sahəsinə 3 milyard 370 min manat ayrılıb. Bu, 2018-ci ildəkindən 4,6 faiz çoxdur. Hərbi elə bir sahədir ki, həm şərəflidir, həm də ağır olmasına baxmayaraq imtiyazlar da çoxdur.Bizim hərbçilərimizin aldığı pensiya bir çox ölkələrdə həsəd aparılacaq qədərdir. 90-cı illərdə bizim arzuladıqlarımız, xəyal kimi gördüklərimiz indi reallaşır. Bu çox sevindirici haldır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1644   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467