Əfəndi "Star of Asia"da - Kubok verdilər... +Video

Əfəndi "Star of Asia"da - Kubok verdilər... +Video

Müğənni Samirə Əfəndi Azərbaycanı Qazaxıstanda təmsil edib.

BiG.AZ xəbər verir ki, o, iyunun 15-16-da Almatanın “Medeo” idman kompleksində təşkil olunan “Star of Asia” festivalına qatılıb.

Nüfuzlu tədbirdə Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edib. Sənətçilər əvvəlcə ənənəyə uyğun olaraq qrımızı xalça üzərinə çıxıblar, kamera qarşısına keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar. Tədbir Türkiyə, Rusiya və Qazaxıstan kanalları tərəfindən canlı yayımlanıb.

Həmyerlimiz ulduz qonaq kimi səhnədə hitə çevrilən “Tocame” mahnısını səsləndirib. Onu 10 nəfərdən ibarət “ballet baqyt girls” rəqs qrupu müşayiət edib. Əfəndinin libaslarını Ayşən Təhmirazova hazırlayıb.

Gecədə “Black Star” üzvü MOT, Dan Balan, Soqdiana, Outlandish və başqaları iştirak edib. Tədbirdə açılışı edən Əfəndiyə Almatanın rəmzi olan kubok təqdim olunub.


Əfəndi "Star of Asia"da - Kubok verdilər... +Video
Əfəndi "Star of Asia"da - Kubok verdilər... +Video


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 407 Tarix: 18.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər