Sovet liderlərini özünə tabe etdirmiş məşhur fotoqrafın maraqlı xatirələri…

Sovet liderlərini özünə tabe etdirmiş məşhur fotoqrafın maraqlı xatirələri…"Onlar eyni siyasi əqidənin sahibi olsalar da, xarakterləri fərqli idi. Hər bir Siyasi Büro üzvü özünəməxsus kaprizləri, münasibət tərzləri, davranışı ilə fərqlənirdi. Kimisi mehriban idi, kimisi isə sərt... Amma bunlar mənim işimə mane ola bilməzdi. Çünki mən xidməti vəzifəmi icra edirdim. Məsələn, Nukuta Xruşov siyasətdə səbrsiz bir sima olsa da, mənim kameramın qarşısına keçəndə hövsələli olurdu. Mən işimi gördüyüm vaxt onu özümə tabe edə bilirdim. Bəzən isə özü xahiş edirdi ki, şəklini təkrar bir də çəkim. Çünki bilirdi ki, şəkdiyim şəkil sabahısı gün mərkəzi qəzetlərin birinci səhifəsində olacaq..."

Bu sətirlər 40 ilə yaxın bir müddətdə Kremlin fotoqrafı olan İlya Filatovun mətbuata verdiyi müsahibəsindəndir. Özü tez-tez jurnalistlərin arasında olsa da, İlya Filatov heç vaxt jurnalistlərə açıq olmayıb. Kremlin fotoqrafı yalnız ömrünün son illərində cəmisi 2-3 dəfə jurnalistlərlə hömsöhbət olub. Müsahibələrin sonunda ondan şəkil istəyəndə isə, o qəzetdə şəklinin getməsinə razılıq verməyib.

İlya Filatov peşəkar fotoqraf olmağı ilə yanaşı, son dərəcə mədəni, yüksək intellektli, böyük dünyagörüşünə malik bir şəxs olub. Bəlkə də bunun nəticəsidir ki, siyasi liderlərin şəkillərini çəkdikdən sonra arabir onlarla fikir mübadiləsi aparmağa da nail olub.

Özü söylədiyi kimi bu məsələdə fotoqraf daha çox Leonid İliç Brejnevlə ünsiyyətdə olub: "Leonid İliç Brejnev mülayim və sadə bir insan idi. O məni tez-tez bağ evinə də çağırırdı, ailə tədbirlərini, müxtəlif yığıncaqları çəkirdim. Şəkil çəkdirməyi çox xoşlayırdı. Aramızda tez-tez söhbətlər də olurdu. O, daha çox suallar verirdi, insanların güzəranı, sosial problemləri ilə maraqlanırdı. Mən də bu suallara hər şeyi gördüyüm və bildiyim kimi cavab verirdim. Brejnevin həyat yoldaşı Viktoriya Petrovna çox mehriban, qayğıkeş qadın idi. İşimi gördükdən sonra, o məni yedizdirməmiş yola salmazdı. Hələ bundan əlavə evə aparmaq üçün ərzaqlar da qoyurdu maşına. Bir sözlə, mən bu ailədən həmişə razı qalmışam..."

İlya Filatov müsahibələrində digər rəhbərləri də xarakterizə edib: "Mixail Suslov çox soyuq adam idi. Siyasi Büro üzvlərinin portretlərini hazırlayanda hər bir üzvün şəklini çəkmək üçün konkret vaxt ayrılmışdı. Digərlərindən fərqli olaraq Suslov üçün ayrılmış vaxta bir dəqiqə gecikmək, yaxud bir dəqiqə vaxtından əvvəl tez gəlmək böyük problem yarada bilərdi. O danışmağı sevmirdi. Amma mənim çəkilişlə bağlı komandalarıma ciddi riayət edirdi, sonda isə ciddi şəkildə soruşurdu: "Mən öz işimə davam edə bilərəm?"

Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişin maraqlı adam idi. Həm də şəkil çəkdirməyi çox sevirdi. Mən işimə başlamazdan əvvəl, o mənim problemlərimlə maraqlanırdı. Yeri gəlmişkən, Kreml yaxınlığında fotoatelye açmağıma o mənə kömək etmişdi. Qrişin şəkil çəkdirmək üçün kifayət qədər vaxt ayırırdı, hətta qəbulda kimlərinsə gözləməyinə baxmayaraq məni tələsdirmirdi.

İşlədiyim illər ərzində özümə ən yaxın saydığım adam Aleksey Kosıgin olub. Ümumiyyətlə Kosıgini hamı sevirdi və ona olan rəğbət təkcə onun tutduğu vəzifədən deyi, insanlığından irəli gəlirdi. Kösıgin siyasi elita arasında yeganə şəxs idi ki, mən istənilən vaxt ona öz sözümü deyə bilərdim. Məni tez-tez ailə tədbirlərini çəkməyə dəvət edirdi. İşimi görüb qurtardıqdan sonra isə heç olmasa yarım saatlıq olsa da məni süfrə arxasına keçməyə məcbur edirdi.

Konstantin Çernenko şəkil həvəskarı olsa da, çəkilən şəkillərə qarşı çox tələbkar və kaprizli bir adam idi. Bəzən elə olurdu ki, mən onun şəkillərini "retuş" etmək üçün saatlarla vaxt sərf edirdim.

Mixail Qorbaçov isə şəkil məsələsinə laqeyd idi. O, həmişə tələsirdi və məni də tələsdirirdi..."

İlya Filatovun şəkdiyi şəkillər "Pravda", "İzvestiya", "Oqonyok" və s. mətbu orqanların birinci səhifəsini bəzəyib. Fotoqraf zəngin həyat tərzi sürməsə də, dolanışığından narazı olmayıb. Yüksək əmək haqqı, qəzet və jurnallardan aldığı qonorar onun normal yaşaması üçün kifayət edib. Bundan başqa siyasilərin hədiyyələri də öz yerində. Fotoqrafın evindən bahalı işkilər, defisit ərzaq məhsulları da əskik olmayıb.

İlya Filatov müsahibəsində siyasi elitanın yaşam tərzi haqqında da danışıb: "Əsl kommunizmi onlar görüblər. Bir zəng və hər şey dərhal hazırdı. Siyasi Büro üzvlərinin ailələri, xüsusilə də həyat yoldaşları çox zəngin həyat tərzi sürüblər. Xidmətçilər, aşbazlar, bağbanlar, sürücülər, dayələr, mühafizəçilər və onlarla insanlar məhz bu ailələrə xidmət ediblər. Təsəvvür edin ki, Andrey Qromıko Ali Sovetin Rəyasət heyətinin sədri olanda, ona 9 maşın ayrılıb..."

İlya Filatov aldığı ən böyük qonorardan da danışıb: "1970-ci ildə Leonid İliç Brejnevin göstərişi ilə Siyasi Büri üzvləri və üzvlüyə namizədlərin portretlərinin yenilənməsi mənə tapşırılmışdı. Mən onların hamısının portretlərini çəkdim. Bu işə görə Mərkəzi Komitənin İşlər İdarəsi mənə 2600 rubl pul verdi. Həmin dövr üçün bu olduqca böyük məbləğ sayılırdı. Ondan əvvəl isə bir dəfə Nikita Xruşov Kremlin hesabından mənə 2000 rubl pul ayırmışdı..."

İlya Filatov siyasilərlə işləməyin çətinliyindən, məsuliyyətli olmağından də söhbət açıb, amma işinin çox maraqlı olduğunu söyləyib: "İşim böyük məsuliyyət tələb edirdi. Amma buna baxmayaraq çox maraqlı idi. Televizorda "ütülü" gördüyümüz insanları idman paltarında, ov libasında, içki məclisində görmək, bəzən onların zarafatlarına qulaq asmaq və ümumiyyətlə birincilərin siyasətdən kənar həyatlarını müşahidə etmək həqiqətən də maraqlı idi..."

Mənbə: Musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467